Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

gəlindiyi işgüzar mü hitində bu amil olduqca vacibdir. Müştəri
ilə yaradıcı məhsul istehsal edilməsi barədə sövdələşmə baş
tutanda münasibətlərin işə cəlb olunan bütün tərəflər üçün
aydın olması üçün yaradıcılıq məhsullarına sahiblik və onların
gələcək istifadəsi əvvəlcədən razılaşdırılmalıdır. Əqli Mülkiyyətə
sahiblik və onun ötürülməsi müştərilər ilə bağlanan müqavilələrdə
və ticarət şərtlərində göstərilməlidir. Baxın 
JAB Design.
Beləliklə, qeyri-maddi aktivləri müəyyən dərəcədə qorumaq
mümkündür, lakin onların istehsal vasitələri üzərində mülkiyyət
hüququnun olması faktiki olaraq mümkün deyil. Ərzaq məhsulu
hər  hansı  bir  şəxsin  mülkiyyətində  olan  torpaq  sahəsində
yetişir, mallar firmaya məxsus zavodda istehsal olunur, ideyalar
isə  mülkiyyət  anlayışına  uyğun  gəlməyən  və  istədiyi  vaxt
biznesdən  uzaqlaşmağa  qərar  verə  bilən  insanın  beyninin
məhsuludur.
Bütün əməkdaşlarınız qrup şəklində lotereya cekpotunun qalibi
olduğu və bazar ertəsi işə çıxmadığı (bu hadisə İspaniyada baş
verib)  təqdirdə,  yaradıcılıq  müəssisənizin  yerdə  qalan  dəyəri
nədən ibarət olacaqdır? Dəyərli insanlar torpaq sahəsi və ya
fabrik deyil, onlar çıxıb gedə bilər.
Bütün əməkdaşlar çıxıb gedəndən sonra yerdə nə qalarsa sizin
həqiqətən sahib olduğunuz biznesin dəyəridir. Ancaq fiziki şəxslərdən
asılı  olmayan  əşyalar  sizin  müəssisəyə  məxsusdur.  Ehtimal  ki,
həmin maddi aktivlər sırasına ofis mebeli, kompüterlər və bır sıra
avadanlıqlar daxildir. Yaradıcı müəssisənin sərvətinin əsasını yəqin
ki, daha çox onun qeyri-maddi aktivləri, daha dəqiq desək, lazımi
qaydada  qeydiyyatdan  keçmiş  və  qorunmuş  müəllif  hüquqları,
brendlər, ticarət nişanları və patentlər kimi əqli mülkiyyət nümunələri
təşkil edir.
İdeyaların generasiyası yaradıcılıq və mədəniyyət müəssisə -
lərinin gündəlik işidir və həmin ideyaların ifadəsi əqli mül kiyyət
yaradır. Həmin əqli mülkiyyətin ticarət nişanlarının, dizaynların
və  patentlərin  qeydiyyatdan  keçirilməsi  yolu  ilə  qorunması
müəllifi  olduğunuz  əsərlərdən  qanunsuz  şəkildə  istifadə
edilməsinin  qarşısını  alır,  beləliklə  siz  biznes  fəaliyyətinizi
davam etdirirsiniz. Qeyri-maddi aktivə çevrilən əqli mülkiyyətə
sahib olmaq biznes fəaliyyətinizin sizdən sonra da mövcudluğunu
davam etdirməsi üçün müəssisənizin əhəmiyyətini gücləndirir.
Yolunuza davam etmək istədikdə və ya istefa verməyi qərara
aldıqda satmalı olduğunuz tək şey budur, çünki müəssisənin
tamamilə sizin bacarıqlarınıza və ağlınızdakı fikirlərə əsaslandığı
təqdirdə, biznesinizi başqa birisinə sata bilməzsiniz.
New Mind
57
Gerçəkləşən İdeyalar

səhifə 42-ə baxın


Йарадыcы
мцяссисянин
сярвятинин
ясасыны йягин ки,
даща чох онун
гейри-мадди
активляри тяшкил
едир


gələcəkdə ayrı-ayrılıqda satıla bilməsi üçün bütün əqli mülkiyyətini
şirkətlərindən birinə həvalə etmişdir.
Yaradıcılıq Potensialının Pul Vəsaitləri
Axınına Çevrilməsi
Şəxsi qeyri-əmlak hüquqları rəssamın və ya müəllifin tanınmasını
təmin  etsə  də,  biznes  nöqteyi-nəzərindən  əqli  mülkiyyət
hüquqlarının mahiyyəti onların sahibi üçün birbaşa satışlar
və lisenziya müqavilələri vasitəsilə gəlir mənbələrinin yaradılması
məqsədilə  sözügedən  hüquqların  istifadəsindən  (istismar
edilməsindən) ibarətdir.
Yaradıcılıq müəssisələrinin əksəriyyəti bütövlükdə əqli mülkiyyət
sahəsinə öz hüquqlarını qorumaq üçün sadəcə bir müdafiə
vasitəsi kimi baxır. Uğurlu yaradıcı sahibkarlar gördükləri işə
daha  inamlı  yanaşır.  Fikrimi  əsaslandırmaq  üçün  maddi
məhsullardan, məsələn, anbarda saxlanılan mallardan misal
gətirim.
Bəli, biz onları gecə vaxtı təhlükəsizlikdə saxlamaq və oğrulardan
qorumaq üçün qapıları bağlamalıyıq. Lakin mallarımızı satmaq
üçün  gün  ərzində  qapılarımızı  insanların  üzünə  geniş  və
əminliklə açmalıyıq. Çünki, pulu məhz bu zaman qazanırıq.
Əqli  mülkiyyətimizi  oğrulardan  qorumaqdan  əlavə,  biz  onu
satmaq üçün imkanlar da axtarmalıyıq, əgər bütün diqqətimizi
mühafizəyə yönəldib qapıları bağlı saxlasaq bunu heç vaxt
edə bilməyəcəyik.
Yaradıcılıq  məhsulunun  təyinatı  dəyişdirilə  bilər,  daha  dəqiq
Nəticə etibarilə...
yaradıcı biznes məşhurluğu
mükafata çevirmək sənətidir və 
əqli mülkiyyətin gəlir mənbəyinə
çevrilməsi haqqında elmdir.
58
Gerçəkləşən İdeyalar 
— 
səhifə 50-ə baxın
Gerçəkləşən ideyalar
— 
səhifə 78-ə baxın


59
Əsas Məqamlar
1     Maddi və qeyri-maddi aktivlərinizi hesablayın.
    Güclü və zəif cəhətləriniz üzrə PRIMEFACT təhlili
çərçivəsində cari intellektual aktivlərinizi
qiymətləndirin.
    Əqli mülkiyyətinizi və onun qorunması tədbirlərini
biznes strategiyanıza daxil edin.
    Əqli mülkiyyət təkcə qorunmalı deyil, eyni zamanda
istifadə olunmalıdır. Onu birbaşa və ya dolayı yolla
gəlir mənbəyinə necə çevirmək olar?
    Digər insanların əqli mülkiyyət hüquqlarını
pozmadığınızdan əminsinizmi?
    Əməkdaşlar, müştərilər və podratçılar ilə imzaladığınız
müqavilələr əqli mülkiyyət hüquqlarına sahiblik və onların
ötürülməsi haqqında dəqiq təsəvvür yaradırmı?
    Böyük ehtimalla yaradıcı müəssisənin sərvətinin əsasını
maddi aktivlər deyil, qeyri-maddi aktivlər təşkil edir.
    Bütün əməkdaşlar çıxıb gedəndən sonra yerdə qalan
dəyər nədən ibarət olacaqdır?
    Qeydiyyatdan keçən dizaynlar, ticarət nişanları və
patentlər barədə peşəkar məsləhət alın. Biznesinizin
tərkibindən ayrılması mümkün olmayan hissələr hansı
dəyərə malikdir?
10   Unutmayın: yaradıcı biznes məşhurluğu mükafata
çevirmək sənətidir və əqli mülkiyyətin gəlir mənbəyinə
çevrilməsi haqqında elmdir.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə