Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

həm  fəlsəfi,  həm  də  hüquqi  baxımdan  mürəkkəb  xarakter
daşıyır.
Əqli Mülkiyyət (ƏM) 
əsərlərdə ifadə olunan yaradıcı ide ya -
ların məhsuludur, 
Əqli Mülkiyyət Hüquqları (ƏMH)
isə hə -
min yaradıcılıq işləri üzərində mülkiyyət hüququ, onların qo -
runması və kommersiya xarakterli istismarı ilə əlaqədar olan
hüquqi səlahiyyətlərdir.
Əqli Mülkiyyət yaradıcılıq sahələrinin mahiyyətini təşkil edir.
Həmin sahələr "öz mənşəyini fərdi yaradıcılıq, bacarıq və
istedaddan götürən və əqli mülkiyyətin əmələ gəlməsi və
ondan istifadə edilməsi yolu ilə iş yerlərinin yaradılması və
kapital yığımı üçün potensiala malik olan fəaliyyətlər" qis -
mində müəyyən edilmişdir.
16
Müəlliflik hüququ, Dizaynlar,
Ticarət nişanları və Patentlər
Bu,  mürəkkəb  hüquqi  sahədir,  lakin  onun  əsas  aspektləri
mü tə xəssis məsləhəti axtarmadan öncə gələcək tədqiqatlar
üçün təməl rolunu oynamalıdır.
Hüquqi  nöqteyi-nəzərdən,  ideyalar  özü-özlüyündə  mülkiyyət
hesab oluna bilməz, bu hüquq onların yalnız konkret şəkildə
ifa dəsinə şamil olunur. Bu səbəbdən, roman yazmaq ideyasını
deyil, onun yalnız yazılmış formasını müəlliflik hüququ ilə qorumaq
mümkündür. Britaniya qanunvericiliyində ideyanın hər hansı daimi
/ maddi formaya çevrildiyi təqdirdə, müəllif hüququnun meydana
gəldiyi  göstərilir.  Qeydiyyata  ehtiyac  qalmır.  Müəlliflik  hü ququ
yaradıcılığı, o cüm lədən, əsər, musiqi, film, incəsənət əsəri, veriliş
və kompüter proq ramlarını avtomatik qaydada qoruyur. Bir qayda
olaraq,  müəlliflik  hüququ  müəllifin  bütün  həyatı  boyu  və  onun
ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəlliflik hü -
ququ işarəsi © birinci dərəcəli əhəmiyyət daşımasa da, müəllif lik
hü qu qunun sahibini bildirir və onun əsərlərindən istifadə etmək
üçün  icazə  alınmalı  olduğunu  göstərir.  Müəlliflik  hüququ  kimi,
qeydiyyatdan  keçməmiş  sənaye  mülkiyyəti  hüququ  da  dizayn
hazırlanandan  sonra  mey dana  gəlir.  Xüsusi  "fərdi  xarakter"
daşıdıqları  təqdirdə,  dizaynları  Böyük  Bri taniya  Patent  İdarəsi
vasitəsilə qeydiyyatdan keçirmək mümkündür.
Ticarət  nişanları  müxtəlif  müəssisələrə  məxsus  məhsul  və
xidmətləri bir-birindən fərqləndirmək məqsədilə istifadə olunur.
Ticarət nişanları təkcə şirkət və təşkilatlar tərəfindən emblemlər
şəklində  istifadə  olunan  loqotiplərdən  ibarət  deyildir,  onlar
54
Əqli Mülkiyyət və Əqli
Mülkiyyət Hüquqları


Идейалар 
юзц-юзлцйцндя
мцлкиййят щесаб
олуна билмяз


eyni zamanda sözlər, fiqurlar, musiqi əsərləri, qoxular və ya
rənglər  vasitəsilə  ifadə  oluna  bilər.  (Cadbury  şokoladının
qablaşdırma rəngi olaraq seçilmiş, hər kəsə yaxşı tanış olan
bənövşəyi rəng qeydiyyatdan keçmiş ticarət nişanıdır - heç
kəs  şokoladın  qablaşdırma  rəngi  qismində  həmin  rəngdən
istifadə  edə  bilməz.)  Ticarət  nişanları  müxtəlif  məhsul  və
xidmət növ lərinə tətbiq edilir. "Penguin" ticarət nişanının həm
kitablara, həm də peçenyelərə şamil edilməsi məhz bununla
izah  olunur.  "Mimashima  Records"  şirkəti  ancaq  dünya
miqyasında  ticarət  nişanlarını  yoxladıqdan  sonra  onların
ticarət adını qəbul edir.
"Shima"  adı  Yaponiyadakı  bir  çox  şirkət  tərəfindən  istifadə
olunur, lakin onların heç biri səsyazma şirkəti kimi fəaliyyət
göstərmədiyindən digər şirkətlərin ticarət nişanına dair hüquqları
pozulmur. 
Medication
əczaçılıq  şirkəti  kimi  deyil,  əyləncə
gecələrinin təşkilatçısı kimi qeydiyyatdan keçmiş ticarət nişanıdır.
Ticarət nişanları qeydiyyatdan keçməmiş və ya Böyük Britaniya
Patent İdarəsi vasitəsilə daimi əsasda qeydiyyatdan keçmiş
ola bilər. Patentlər ixtiraları qeydiyyatdan keçirmək və mühafizə
etmək məqsədilə istifadə olunur və əsasən mexanizmlərə,
dizaynlara, proseslərə və s. aid edilir.
Qeydiyyatdan  keçən  patent,  dizayn  və  ticarət  nişanları
haqqında faydalı və ətraflı məlumatlar Böyük Britaniya Patent
İdarə sinin veb saytında təqdim edilir.
Ticarət nişanları, dizayn və ya ixtiraların qeydiyyatdan keçirilməsi
prosesi məcburi xarakter daşımır - əslində Coca-Colanın resepti
patentlə  deyil,  sadə  köhnə  məxfilik  şərti  ilə  qorunur.  Lakin
qeydiyyatınız yoxdursa, kimsə sizin dizaynınızdan, ticarət nişanı
və ya ixtiranızdan şəxsi məqsədləri üçün istifadə etdiyi təqdirdə
hüquqi müdafiəyə nail olmaqda daha çox çətinlik çəkə bilərsiniz.
Əqli Mülkiyyət Hüquqları (ƏMH)
Əqli Mülkiyyət Hüquqları sırasına şəxsi qeyri-əmlak hüquqları,
nəşriyyat  hüquqları  və  mexaniki  hüquqlar  aid  edilir.  Şəxsi
qeyri-əmlak hüquqları müəllifin öz əsərlərinin yaradıcısı kimi
tanınmasına nail olmaq və digərlərinin heç bir haqqı olmadan
müəllifin əsərinə öz hüquqlarını bildirməsinin qarşısını almaq
hüquqları  ilə  bağlıdır.  Müəlliflik  hüququ  əsərin  yaradıcısına
həvalə edilə və ya başqa bir şəxs yaxud şirkətə ötürülə bilər.
Nəşriyyat  hüquqları  əsəri  xüsusi  üsulla,  məhdud  müddət
ərzində,  kon kret  bazarlarda,  müəlliflik  hüququ  naşirə
ötürülmədən nəşr etdirmək üçün üçüncü tərəfə verilə bilər.
55
Gerçəkləşən ideyalar
— 
səhifə 60-a baxın


Ягли
мцлкиййят
щцгугу
обйектляри
башга
ямтяяляр кими
алына вя
сатыла биляр


"Mexaniki hüquqlar" termini musiqi sənayesində istifadə olunur
və  əsərin  müstəsna  olaraq  səsli  yazılmasına  şamil  edilir.
Beləliklə, musiqi əsəri üzərində şəxsi qeyri-əmlak hüquqları,
müəlliflik hüququ və mexaniki hüquqlar üç müxtəlif insana və
ya şirkətə məxsus ola bilər. Müəllif hüquqları, ticarət nişanları
və digər əqli mülkiyyət hüququ obyektləri başqa əmtəələr kimi
alına və satıla bilər. "Beat les" qrupunun “Yesterday” mahnısı
və digər mahnıları üzərindəki hüquqlar və mülkiyyət hüququ
özü-özlüyündə bir tarixdir.
Son illərdə İnternet üzərindən yükləmələrin əlavə variantının
meydana gəlməsi əqli mülkiyyətdən mənfəət götürməyin yeni
üsulunun yaranması ilə nəticələndi. Rok musiqisinin əfsanəsi
Pit Uayli 2000-ci ildə öz səsyazma şirkəti ilə danışıqlar aparan
zaman tədbirli davranaraq, özünə məxsus musiqi parçalarının
yüklənilməsi  üzərində  hüquqlarının  qorunmasını  israrla  tələb
etmişdi. Artıq  onun  mahnılarını  iTunes  Musiqi  Mağazasından
yükləmək mümkündür və əldə olunan lisenziya ödənişləri ona
çatır.
Həm müğənni, həm də iş adamı olan Devid Boui 1997-ci ildə
yaradıcılıq potensialından kommersiya məqsədilə istifadə et -
miş və musiqisinə dair müəlliflik hüquqlarını geri almaq üçün
55 milyon dollar məbləğində vəsaitin cəlb edilməsi məqsədilə
istiqrazların  satışa  çıxarılmasının  ilk  təşəbbüskarı  olmuşdur.
Hal-hazırda  o,  əsərlərindən  istifadəni  nəzarətdə  saxlayır  və
lisenziya razılaşmaları vasitəsilə ona məxsus əqli mülkiyyətdən
istifadə müqabilində əldə olunan gəlirlərdən investisiyaya görə
götürülmüş qazancın sabit dərəcəsini istiqraz sahiblərinə geri
ödəyir.
Əməkdaşlar, Podratçılar və Müştərilər
Qeyd etmək lazımdır ki, öz əmək fəaliyyətinin bir hissəsi kimi
nəsə yaradan işçi, bu işi bir qayda olaraq işəgötürənin adın -
dan həyata keçirir və yaratdıqları onun özünə deyil, işəgötürənə
mənsub olur. İşçi və işəgötürən arasında bu məsələlər barə -
sində  dəqiq  anlaşma  əldə  edilməlidir  və  bu  məqamın,  bir
qayda  olaraq,  əmək  müqaviləsində  göstərilməsi  adi  haldır.
"New  Mind"  şirkətində  çalışan  işçilər  ilə  imzalanmış
müqavilələrdə onların yaratdığı proqram təminatının şirkətə
məxsus olduğu qeyd edilir. Ştatdankənar podratçılar üçün və
digər hallarda münasibətlər daha qeyri-dəqiq ifadə olunur və
danışıqların predmeti sayılır. Yaradıcılıq sahələrinin çoxsaylı
ştatdankənar podratçıların olduğu, xüsusi tərəfdaşlıq əlaqələrinin
və işəgötürənlə işçi ara sındakı ənənəvi münasibətlərin rast
56
Gerçəkləşən İdeyalar

səhifə 70-ə baxın


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə