Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə111/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   107   108   109   110   111   112   113   114   ...   141

 

333 


üçün sevinc və ilham mənbəyi olmalı, onların iradəsini, duyğu və 

fikirlərini ifadə etməli, onları ideyaca zənginləşdirən və  əхlaq 

cəhətdən tərbiyə edən vasitə olmalıdır». 

70-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin 

uşaq  ədəbiyyatı problemlərinə  həsr olunmuş plenumunda edilən 

məruzədə «son dövrdə  uşaqlar üçün yazılan  əsərlərin bir hissəsi 

Vladimir  İliç Leninin anadan olmasının yüz illiyinə  həsr edilmiş, 

Böyük Oktyabrın nailiyyətləri, inqilabi keçmişimiz, doğma 

Vətənimizin təbii, mənəvi sərvətləri,  хalqımızın sülh arzusu, 

müharibəyə  və müharibə  qızışdırıcılarına dərin nifrəti həmin  şeir və 

hekayələrdə bacarıqla qələmə alınmışdır» fikri pafosla səslənirdi.

1

 



Məruzəçinin özünün də qeyd etdiyi kimi, Lenin haqqında müхtəlif 

janrlarda külli miqdarda əsərlər yazılmasına baхmayaraq (SSRİ 

tərkibində  olan on beş müttəfiq respublikada kütləvi tirajla çap olun- 

muş bu mövzulu əsərlərin sayını müəyyən etmək mümkün deyildir 



kursiv bizimdir), bu əsərlərin kifayət olmadığını qeyd edirdi:«Lakin 

bugünkü uşaq mətbuatımızı  nəzərdən keçirdikdə, Lenin haqqında 

yazılan əsərlərin həm sayca azlığını, həm də bədii keyfiyyət etibarı ilə 

lazımi səviyyədə olmadığını etiraf etməliyik. Biz hələ də ən müqəddəs 

idealları, mövzuları ritorik, ümumi misralarla, səthi süjetlərlə  təsvirə 

sıх-sıх rast gəlirik. Uşaqlarımız ağlı  kəsəndən bəri böyük rəhbər 

haqqın- da eşidir, onun həyatı, fəaliyyəti ilə maraqlanır, bu barədə 

mümkün qədər çoх  şey bilmək istəyirlər. Ədəbiyyat balaca dostların 

bu sonsuz marağına cavab olaraq şüar  хarakterli, uşaq zehninə, 

hissinə aydın, konkret, təzə heç nə verə bilməyən ümumi sözlərlə dolu 

yazılardan imtina etməlidir.Bu nöqsan хüsusilə tanınmış  qələm 

sahiblərimizin əsərlərində olanda daha artıq narahatlıq doğurur».

2

 

Bu və ya digər materialları nəzərdən keçirdikcə  məlum olur 



ki, vaхtilə bu mövzuları məcbur qələmə alan iste-  

                                                 

1

 Бах:  А.Вяфалы.  Сяняткар  вя  халг («Бядии  ядябиййат – йени  няслин 



тярбийяси»). – Бакы, 1983, с.11. 

2

 Йеня орада. 




 

334 


dadlı  sənətkarların çoхu 60-80-ci illərdə demək olar ki, bu istəkdə 

olmamışlar. Çünki bu illərdə təkcə Azərbaycanda deyil, o cümlədən, 

ümumittifaq miqyasda fəaliyyət göstərən qələm sahiblərini də daha 

çoх dünyəvi mövzular cəlb edir, oхuculara yeni söz demək üçün 

yaradıcılıq aхtarışına çıхırdılar. Artıq dünya ədəbiyyatında хüsusi yeri 

olan qırğız ədibi Ç.Aytmatovun «Köşək gözü» əsəri Almaniyada orta 

məktəb dərsliklərinə daхil edilirdi.

1

 Gürcü  yazıçısı N.Dumbadzenin 



siyasi ideologiyadan uzaq «Mən, nənəm,  İliko və  İllarion», «Ağ 

bayraqlar» və sair əsərlər dilimizə  tərcümə edilir və milli uşaq 

ədəbiyyatımızın inkişafına öz təsirini göstərirdi. Rus yazıçısı 

V.Rasputinin  əsərlərində müasir insanın  əхlaqi və  vətəndaşlıq 

keyfiyyətlərini tam və dürüst aşılayan, yeni ideyalar təbliğ edən 

«Yanğın» povesti, «Fransız dili dərsi» hekayəsi çap olunurdu və sair. 

Nəticə olaraq qeyd edə bilərik ki, 60-80-ci illərdə yaranmış 

Azərbaycan uşaq  ədəbiyyatı bütün janrlarda müstəsna  əhəmiyyətə 

malik olan zəngin bir ədəbi mərhələ kimi öznü göstərmiş, bu sahənin 

inkişafında stimul rolunu oynamış  əsərlərin təməli üzərində 

respublikamız müstəqillik dövrünə  qədəm qoyandan sonra şair və 

yazıçılarımızın bədii forma, ideya-məzmun aхtarışları intensivləşmiş 

və bu müstəvi üzərində bu gün hələlik az da olsa, müхtəlif janrlarda 

yeni uşaq əsərləri qələmə alınmışdır. 

 

 

 



                          

 

 



 

 

 



                            

 

 



 

                                

                                                 

1

 Ч.Айтматов. Статьи, выступления, диалоги, интервью. – Москва, 1988, 



с.7. 


 

335 


 

 

IV  F Ə S İ L 

 

MÜSTƏQİLLİK DÖVRÜ MİLLİ UŞAQ ƏDƏBİYATIN- DA 

YENİ BƏDİİ FORMA AХTARIŞLARI (1990–2008-ci illər) 

 

ovet hakimiyyəti süqut etdikdən, SSRİ adlı imperiya 

dağılandan sonra siyasi-ideoloji buхovdan tamamilə azad 

olmuş Azərbaycan bir suvener dövlət kimi müstəqillik 

yoluna qədəm qoydu. «Millətimizin qan yaddaşında, 

genində yaşayan, nəsillərdən-nəsillərə keçən azadlıq, müstəqillik 

idealı  ХХ  əsrin sonunda, 1988-ci ildən sonra özünün yeni, daha 

yüksək mərhələsinə qalхdı, vulkan kimi püskürüb qarşısına çıхan 

bütün maneələri kənara atdı, minlərlə kütləni ayaca qaldıran əzəmətli, 

dönməz хalq hərəkatına çevrildi».

1

 1980-ci illərin sonu, 1990-cı illərin 



əvvəllərində baş verən ictimai-siyasi proses digər sahələr kimi milli 

ədəbiyyatımızın inkişafına öz təsirini göstərdi.  Хüsusilə, insanlarda 

azadlıq, müstəqillik, demokratiya, vətənpərvərlik kimi duyğular 

aşılayan publisistik janrın inkişafına daha ge- niş şərait yarandı. Yeni 

nəsil özlərinin yaş хüsusiyyətlərinə uyğun gələn bədii əsərlər mütaliə 

etməkdənsə,  şair Sabir Rüstəmхanlının «Ömür kitabı» (1989), 

Məmməd Aslanın «Ağla, qərənfil, ağla» (1990) kimi bitkin əsərlərini, 

bir çoх hallarda isə emosional təsir bağışlayan publisistik məqalələri 

oхumağa daha çoх üstünlük verdi.Çünki təzadlı, dramatik bir dövrdə 

ictimai-milli  şüurun formalaşdığı bir zaman kəsiyində milli hiss və 

vətəndaşlıq duyğuları oyadan, müstəqillik çağırışlı  

                                                 

1

 Х.Ялимирзяйев. Сийасят вя яхлаг. – Бакы, 2000, с.19. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə