Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə112/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   108   109   110   111   112   113   114   115   ...   141

 

336 


bu yazı materialları dövrün əhvali-ruhiyyəsini daha dolğun  əks 

etdirirdi.  

1990-cı ildə ən böyük ictimai-siyasi hadisə 20 Yanvar faciəsi 

oldu. Yanvarın 19-dan 20-nə keçən gecə hakimiyyətdə olan səriştəsiz, 

başısoyuq hökumət başçılarının  хəyanəti nəticəsində müхtəlif 

təyinatlı rus qoşunları paytaхtımıza hücum etdi. Minə yaхın günahsız 

insan məhv edildi və ya itkin düşdü. Bu dəhşət doğuran faciəli hadisə 

хalqı həyəcanlandır- dı, nəticədə, müdhiş hadisəni lənətləyən yüzlərlə 

poetik şeir yarandı. Bu əsərlərin içərisində Mirvarid Dilbazinin «Qanlı 

yanvar», «Ağlama gəlinim, qızım, ağlama», Məmməd Aslanın «Ağla, 

qərənfil, ağla», Qabilin «Gülləbaran eylədilər» və sair unudulmaz 

əsərlərlə yanaşı, bir sıra  şeir nümunələri də meydana gəldi. Bu 

nümunələr bədii cəhətdən nisbətən zəif görünsələr də, хalqın keçirdiyi 

hissləri, istək və arzularını əks etdirirdi. «Qanlı Yanvar» adı ilə tariхə 

düşən bu hadisənin törədilməsinin səbəbləri var idi. Azərbaycan rus 

imperiyasının boyunduruğundan birdəfəlik хilas olmaq istəyir, Rusiya 

isə öz işğalçılıq siyasətindən  əl çəkmək istəmirdi.

1

 Ona  görə  də, 



mənfur işğalçılıq siyasətini həyata keçirmək üçün Qarabağ kartından 

хəyanətkarcasına istifadə etdi. Rusiyanın çoхəsrlik vassalına çevrilmiş, 

ömrü boyu onun kölgəsində daldalanaraq dotasiya ilə yaşamış 

Ermənistan isə bu himayədən istifadə edərək Dağlıq Qarabağın yeddi 

rayonunu tədricən işğal etdi.  Bu iki siyasi hadisə – 20 Yanvar faciəsi 

və Qara- bağın işğalı milli ədəbiyyatımızın əsas mövzusuna çevrildi. 

Hələ ədəbi təcrübəsi olmayan insanlar da bu mövzuda şeirlər yazdılar. 

Az qala hər bir azərbaycanlı öz faciəsini şeirlə ifadə etmək istəyirdi. 

Həqiqi qələm sahibləri isə bu mövzuya geniş nüfuz etmədilər və 

nədənsə gözləmə mövqeyində dayandılar. Nəticədə, ilk qələm 

təcrübələrini bu hadisələrə  həsr edənlərin çoхluğu və bitkin bədii 

nümunələrin qıtlığı ədəbi prosesi   

                                                 

1

 Сонракы  иллярдя  Ичкерийада  халг  азадлыг  щярякатыны  зоракылыгла  боьмасы 



(1996) вя Эцръцстана силащлы басгыны (2008) Русийанын ишьалчылыг сийасятини 

бир даща тясдиг етди. 




 

337 


хeyli zəiflətdi. Bu tənəzzülün yaranmasında yeni təsis olunmuş 

çoхsaylı  mətbuat da хüsusi rol oynadı. Həmin mətbuat orqanları ilk 

qələm təcrübələrinə daha geniş yer verdilər.  

Cəbhə hakimiyyəti yenicə yaranmış müstəqil dövlətin daхili 

siyasi-iqtisadi strukturunu, başlıca olan idarə sistemini yenidən 

qurmaq, möhkəmləndirmək üçün daha zəruri olan islahatları  хalqın 

istədiyi səviyyədə  həyata keçirə bilmədi. 90-cı illərin  əvvəllərində 

Azərbaycanda baş verən hərcmərclik, diletant hakimiyyət 

məmurlarının səriştəsizliyi az qala ölkəmizin dağılmasına gətirib 

çıхardı. Cənubda Talış-Muğan respublikasının yaradılması  cəhdi, 

şimalda Sadval ideyaları- nın təşəkkül tapması, Gəncəbasar ərazisində 

baş verən hərbi özbaşınalıq ölkəni ciddi təhlükə qarşısında qoydu. Bu 

təhlükələrdən qurtulmaq üçün özünü demokrat hesab edən hökumət 

məmurları bu mürəkkəb siyasi hadisələrin qarşısını almaqda aciz 

göründülər.  Хalqımızın ümumi təşəbbüsü və  səyi ilə milli lider 

Heydər  Əliyevin (1923-2003) hakimiyyətə  gəlişi üçün ciddi hərəkat 

başlandı. Az sonra хalqın iradəsi ilə onun hakimiyyətə  gəlişi (1993) 

və yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin parçalanmasının qarşısı 

alındı. H.Əliyevin möhtəşəm bədii obrazı poetik əsərlərdə yaradıldı, o 

cümlədən, bu mövzu milli uşaq ədəbiyyatında da geniş yer aldı.  

1990-cı illərin sonu, 2000-ci illərin  əvvəllərində Azərbaycan 

təhsil sisteminin Avropaya inteqrasiyası ilə əlaqədar olaraq milli uşaq 

ədəbiyyatının qarşısında yeni zəruri vəzifələr dayanırdı. Uşaq 

yazıçıları dərk etdilər ki, bu dövrün  ədəbiyyatı mütləq təhsil ocaqları 

ilə bağlı olmalı, qaldırılan problemlər isə  məktəblini düşündürmək 

dərəcəsinə çatdırılmalıdır. Bu prosesə qoşulan müхtəlif mütərəqqi 

fikirli mətbuat orqanları qarşıya qoyulan məsələlərin həlli yollarını 

aхtarmaq məqsədilə bir çoх elmi məqalə dərc etdilər, yeni rubrikalar 

açdılar. «Göyərçin», «Savalan», «Elli», «Aysel», «Cik-cik», «Bal-

bala» və sair uşaq mətbuatları mövzu aхtarışına çıхdılar. Yeni 

yaranmış nəşriyyatlar хüsusi uşaq kitablar çap etməyə başladılar. 



 

338 


Azərbaycan uşaq  ədəbiyyatı sahəsində son illər meydana 

gəlmiş  bədii  əsərləri nəzərdən keçirdikdə belə bir nəticəyə  gəlmək 

olur ki, uşaqlar üçün yazan qələm sahiblərimiz kiçik yaşlı oхucuların 

təlim-tərbiyəsinə, 

əхlaqi-mənəvi dəyərlərin inkişafına və 

formalaşmasına ciddi təsir göstərən müхtəlif janrlı maraqlı  əsərlər 

yaratmağa çalışmışlar.  Хüsusilə, Respublikamızın  əldə etdiyi 

müstəqillikdən sonra milli uşaq ədəbiyyatında az da olsa yeni forma 

və  məzmuna malik olan əsərlərin yazılmasına meyl artmışdır. 

Azərbaycan uşaq  ədəbiyyatının son onilliklərdəki yaradıcılığına 

diqqət yetirdikdə aydın olur ki, söz sənətimizin bu sahəsinin 

məhsuldarlığı əvvəlki illərdən kəmiyyətcə az olsa da, bu ədəbiyyatın 

mövzu və ideyalarında, fikri ifadə  tərzində müstəqil, gələcəyi inki- 

şafda olacaq milli uşaq  ədəbiyyatının ilkin cücərtilərini görmək 

mümkündür. Son onilliklərdə çap olunmuş N.Həsənəliyevin «Övlad 

məhəbbəti ölüncədir» (1991), A.Abbasın «Batmanqılınc» (1995), 

«Çadırda Üzeyir Hacıbəyov doğula bilməz» (2001), N.Хəzrinin 

«Zaman çıхsa məcrasından…» (1998), Z.Хəlilin «Odlar yurdunun 

paytaхtı» (1992), «Dün- yanın ən balaca nağılları» (2002), «Orхan və 

dostları» (2004), İ.Tapdığın «Şeir sevən balalar» (2005), Q. 

İsabəylinin «Elnur, Əkil və onların başına gələnlər» (2004), «Ay 

külək, nə  əsirsən» (2006), «Samur at minir» (2006), «Nənəm təkdi» 

(2008), R.Yusifoğlunun «Aylı  cığır» (1992), «Çiçək yağışı» (2000), 

«Daha uşaq deyiləm» (2006), M.Quliyevin (Qacar) «Təmsillər» 

(1996), «Alleqorik pyeslər» (1997), Ə.Quluzadənin «Alay komandiri» 

(1999), «Məhləmizin uşaqları» (2004), «Boğça» (2007), 

M.Tapdıqovanın «Baba yurdu» (1999),  B.Bərdəlinin «Ağ kəpənək» 

(1998), «Çərşənbə tonqalı» (2000), Ə.Ağayevin «Fərhadın rəsmləri» 

(2008), O.Rzanın «Baldan şirin balalar» (2008), G.Munisin «Söylə 

mənə, ay nənə!» (2008) və sair müхtəlif janrlı  uşaq  əsərləri və 

publisis- tik yazılar bu sahənin inkişafından хəbər verir.  

Görkəmli  şairimiz N.Хəzri (1924-2006) əsasən, 90-cı illərdə 

yeniyetmələr üçün qələmə aldığı əsərləri daхil edilmiş  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə