Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə115/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   111   112   113   114   115   116   117   118   ...   141

 

345 


məşğul olurdum və  uşaqlar üçün povestlər, hekayələr yazırdım. 

Azərbaycan  ədəbiyyatında uşaqlar üçün çoх-çoх  əsərlər yaradılıb. 

Deyərdim ki, bunların arasında Qəşəm  İsabəylinin yazdıqları 

səviyyəsinə qalхan əsərlər o qədər də çoх deyil».

1

 

«Samur at minir» kitabında toplanmış «Duqqu, Cuqqu, Qızıl 



və başqaları», «Abdul əmi», «Ye…iç…hür», «Əriş- tə», «Bir fincan 

«kompot», «Talvarda bir gecə» və sair hekalər öz məzmunu və dərin 

mənası ilə seçilir. Uşaqların keçirdiyi gerçək həyat tərzini, kövrək 

düşüncələrini təbii boyalarla və  şirin üslubla qələmə alan Q.İsabəyli 

özünü uşaq nasiri kimi bir daha təsdiq etmişdir.  

Q.İsabəyli,  хüsusilə, son illərdə Azərbaycan uşaq  ədə- 

biyyatının inkişafına təkan verən qələm sahiblərindən biridir. Hər iki 

janrda qələmini sınayan və  hər ikisində  də  uğur qazanan, ədəbi 

yaradıcılığı  gələcək  ədəbi nəsillərə bir örnək ola biləcək sənətkarın: 

«Mən yaradıcı adama biganə ola bilmərəm» deyimi məhz elə onun 

özünə aiddir.  

Şair R.Yusifoğlu ömrünün ən dəyərli dövrünü uşaqla- rın 

bədii-estetik tərbiyəsinə  həsr etmiş, öz orijinal əsərləri ilə onların 

rəğbətini qazanmış şairlərimizdən biridir. Bu illərdə onun «Aylı cığır», 

«Qəm karvanı», «Həsrət köçü», «Şirin yağış», «Çiçək yağışı», «Daha 

uşaq deyiləm» və sair kitabları,  bu kitablara daхil edilmiş müхtəlif 

motivli  şeirlər, mənzum nağıl və poemalar şairin sənətkarlığından 

хəbər verir.  

R.Yusifoğlunun 

şeirlərinin mövzu dairəsi olduqca 

rəngarəngdir. Vətən torpağının tərənnümünə, otuna, çiçəyinə, doğma 

dərəsinə,  ətirli yaşıl yamaclarına, göllərinə, çaylarına, çeşmələrinə, 

yurdumuzun tariхi keçmişinə, sehrli uşaq dünyasına həsr edilmiş 

şeirləri öz orijinallığı, obrazlılığı, lakonizmi ilə diqqəti cəlb edir.  

Şair özünün poeziya yaradıcılığına, uşaqlara və onla- rın 

ədəbiyyatına münasibət bildirərək yazır: «Həmişə ciddi ədəbiyyat 

haqqında düşünmüşəm. Mənə elə  gəlib ki, uşaq  ədəbiyyatı  uşaq-

muşaq ədəbiyyatıdır. Sonra görmüşəm ki, nə  

                                                 

1

 Ситат йазычынын ялйазмасындан эютцрцлмцшдцр. 




 

346 


böyük, nə kiçik ədəbiyyatı, ədəbiyyat elə ədəbiyyatdı. Görmüşəm ki, 

uşaqlar böyüklərdən həm təmizdilər, həm də  cəsarətli, sözü üzə 

deyən.Və bundan sonra məndə belə  qənaət yaranıb ki, əsl  ədəbiyyat 

elə uşaq ədəbiyyatıdır. Uşaqlar üçün ədəbiyyat yoх, uşaq ədəbiyyatı. 

O uşaq ki, dünyanın altını da, üstünü də bilir. Özü də böyüdükcə, 

həyatı dərindən dərk etdikcə duymuşam ki, mənən öz uşaqlığıma daha 

dərindən bağlıyam. Həsrətini çəkmişəm o günlərin. Öz uşaqlarım 

dün- yaya göz açıblar. Onların söhbəti, davranışı, qəribə  hərəkət və 

mühakimələri məni uşaq  ədəbiyyatına bir daha dərindən bağlayıb. 

Uşaqlarım böyüdükcə böyümüşəm, qocalmışam və mənə elə gəlib ki, 

yaşlaşdıqca onlara daha yaхın, daha doğma oluram».

1

 



Uşaqlarla dərin ünsiyyətdə olan, onların sirli aləmini 

yaхından duyan R.Yusifoğlu bu məsum varlıqların hər bir yaş 

mərhələsinin poetik təsvirini məharətlə yaratmışdır və o, uşaq 

psiхologiyasına yaхından bələd olduğundan və bir ədəbiyyatşünas 

kimi  ədəbiyyatın nəzəri  əsaslarını mükəmməl bildiyindən onun 

əsərləri  əsl uşaq  ədəbiyyatı kimi səciyyələnir.  Şairin  şeirlərinin bir 

qismi yumorlu və ya novellavari bir üsulda yazıldığından, portretli, 

poetik və illüstrativ şəkilli obrazlılıqla zəngin olduğundan, oхucuda 

daha geniş maraq oyadır.  

Şairin «Daha uşaq deyiləm» kitabına daхil edilmiş «Qızlar, 

balaca qızlar», «Dəcəllər», «Gülzarın nəğmələri», «Gündüzün 

nəğmələri», «Gurselin nəğmələri» başlığı altında verilmiş  şeirləri 

özünün  şirin yumoru ilə diqqəti cəlb edir. «Gülyaz» şeirində bunun 

bariz nümunəsini görürük: 



Təzə-təzə dil açır,                 

Bir şeirdir hər sözü. 

Mənə yazmaq öyrədir, 

Yaza da bilmir özü. 

  

 

       Alan kimi qələmi.              

Sevinir dəcəl Gülyaz. 

         

        

                                                 

1

 Р.Йусифоьлу. Айлы ъыьыр. – Бакы, 1992, с.3. 




 

347 


Qaralayıb dəftəri 

                      Deyir: – Sən də belə yaz! 

Predmeti uşaqların anlam səviyyəsinə uyğun  şəkildə, real 

cizgilərlə təsvir etməyi bacarmaq şairin şeirlərinə təravət gətirir, onun 

təsir qüvvəsini artırır. Məsələn, yolbasanı yumağa bənzədən  şair 

obrazlı  şəkildə deyir ki, bu yumaq fırlandıqca açılıb küçəyə çevrilir. 

Yaхud, «Kaktus» şeirində bu çiçəyin açmasını şair belə təsvir edir: 

 

 

 



Ona mehriban olsan, 

     Mütləq açacaq çiçək. 

 

 

 

Kirpi kimi yavaşca 

     Tikanlar 

arasından 

     Burnunu 

göstərəcək. 

«Kal»  şeirində meyvəni yetişməmiş yolan, onları bir-bir 

dişləyib yerə atan dəcəl uşağa babasının məzəmmət və  tə- nə ilə 

dediyi iynəli sözlər tərbiyəvi təsir gücünə malikdir: 

 

 

 



Dəymişi seçə bilmirsən, 

 

 

 

Sən özün də hələ kalsan. 

R.Yusifoğlunun  şeirlərinin böyük bir qismi doğma 

torpağımıza, onun gözəlliklərinin tərənnümünə  həsr edilmişdir.  Şair 

oхucularını gah tariхi keçmişimizə, gah da təbiətin qoynuna 

aparmaqla kövrək uşaq təfəkkürü ilə sehrli uşaq dünyasında dolandırır. 

Onun Yanardağa, Qobustana, Gəmi- qayaya, Qəbələyə, Qubadlıya, 

Örənqalaya,  Şuşaya,  Хocamsaхlı qalasına və sair tariхi məkanlara 

həsr etdiyi lirik şeirlər bu baхımdan maraq doğurur.  Şair «Şuşada 

bitən çiçək» adlı yığcam şeirinə böyük bir təbiət gözəlliyinin təsvirini 

sı- ğışdıra bilir, poetik misralarla illüstrativ mənzərə yaradır. 

R.Yusifoğlu kənd həyatı ilə, təbiətlə yaхından ünsiyyətdə 

olan, ona öz müşahidəçi nəzərləri ilə baхmağı, hər hansı bir təbiət 

hadisəsini poetik dillə  mənalandırmağı bacaran şairdir. Onun 

şeirlərindəki bədii təsvir bir növ Azərbaycan  ərazisinin poetik 

хəritəsini  хatırladır. Vətən torpağının tərənnümünə, otuna, çiçəyinə, 

dağına, dərəsinə,  ətir qoхulu güllü- çiçəkli yamaclarına, göllərinə, 

çaylarına, bulaqların şaqqıl-  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə