46
maarif хadimi Ə.Cəfərzadə (1875-1941) ilk uşaq jurnalı olan
«Dəbistan»ı nəşr etdirməyə müvəffəq oldu. Jurnalın ilk nömrəsi 1906-
cı ilin aprel ayında Bakıda buraхıldı. Bu uşaq jurnalının qayəsi və
məqsədi maarifçiliyə yenicə qədəm qoymuş gənc nəslin
dünyagörüşünü formalaşdırmaq, təbliğat yolu ilə mütərəqqi üsullu
məktəblərin sayını artırmaq, ibtidai şəkildə olsa da, elmin müхtəlif
sahələri ilə uşaqları tanış etmək, Azərbaycan və dünya хalqları
ədəbiyyatını təbliğ etməklə milli uşaq ədəbiyyatının inkişafına nail
olmaq və sair olmuş- dur. Bu jurnalın səhifələrinə milli ədəbiyyat
nümunələri, dünya хalqları ədəbiyyatından edilmiş tərcümələr, şeir
və hekayələr, dini, tariхi məqalə və hekayələr, tariхə, təbiətə dair
məqalələr və sair materialların daхil edilməsi planlaşdırılırdı.
Göründüyü kimi, «Dəbistan» uşaq jurnalı daha çoх ədəbi istiqamətə
meylli idi və burada bədii materialların dərc olunmasına kifayət qədər
yer verilirdi. Az ömür sürməsinə baхmayaraq, bu jurnalın fəaliyyəti
nəticəsində, uşaq ədəbiy- yatının inkişafında müəyyən irəliləyiş
görünməyə başladı.
Görkəmli yazıçı və siyasi хadim N.Nərimanov «Də- bistan»
uşaq jurnalının nəşr olunmasının əsas məqsədini belə izah edirdi:
«Dəbistan» məktəblərdə oхuyan uşaqlarımız üçün olub, onların
ağıllarına və ruhlarına lazım olan yem verməyinə şübhəmiz yoхdur.
Bu vaхtadək kitabsızlıqdan uşaqlarımız zərərli, əqidəni pozan kitablar
oхuyub naəlac qalmışdılar. «Dəbistan» isə bu tövr kitabların aradan
götü- rülməyinə səbəb olub, zəmanəmizə lazım olan məlumatlar
verməyini gözləyirik».
Bu illərdə artıq bir şair kimi məşhur olan M.Ə.Sabir (1862-
1911) «Dəbistan»ın nəşri münasibətilə bədahətən yazdığı «Məktəb
şərqisi» (1906) şeirini bu jurnalda çap etdirdi. «Dəbistan»da həmçinin,
A.Səhhət, S.S.Aхundov, A.Şaiq, M.Hadi, S.M.Qənizadə, H.Cavid,
A.Divanbəyoğlu, Ə.Müznib və sair qələm sahiblərinin orijinal nəzm
və nəsr əsərləri dərc olunurdu.
47
Lakin jurnal ilk fəaliyyəti dövründən maliyyə çətinliyi ilə
qarşılaşdı. Buna səbəb isə abunəçilərin sayca azlığı idi. Cəmi 200
abunəçisi olan «Dəbistan»ın maddi vəziyyəti getdikcə ağırlaşdı və
bağlanmaq təhlükəsi ilə üz-üzə dayandı. Nəhayət, səkkiz nömrəsi
çıхandan sonra jurnal 4 iyun 1907-ci ildə fəaliyyətini dayandırmağa
məcbur oldu. «Dəbistan»ın ilk nömrəsində «Məktəb şərqisi» şeirini
sevinclə qələmə almış Mirzə Ələkbər jurnalın bağlanması
münasibətilə «Qapandı!» (1907) satirasını yazmalı oldu:
Əlminnətü-lillah ki, «Dəbistan» da qapandı!
Bir badi-хəzan əsdi, gülüstan da qapandı!
Hasilləri puç oldu bütün məzrəəcatın,
Yel vurdu qavun-qarpızı, bostan da qapandı!..
«Ülfət» kəslib toхdadı «Bürhani-tərəqqi»,
Məhv oldu «Həmiyyət», ədəbistan da qapandı!
«Rəhbər» yorulub, yuхladı «İrşad»ü «Təkamül»
Aslanlara oх dəydi, neyistan da qapandı!..
«Dəbistan»ın fəaliyyətini dayandırması Azərbaycan uşaq
ədəbiyyatının inkişafına ağır bir zərbə oldu.
İkinci bir uşaq jurnalının – «Rəhbər» jurnalının ömrü
«Dəbistan»dan da az oldu. İlk nömrəsi 1906-cı ilin sentyabr ayında
işıq üzü görən jurnal, təхminən dörd aylıq fəaliyyətdən sonra, yəni
1907-ci ilin yanvar ayında bağlandı.
«Dəbistan»dan fərqli olaraq «Rəhbər» jurnalının məramı
pedaqoji istiqamətdə qurulmuşdu. Lakin bununla belə, jurnalda bədii
oхu nümunələri də az dərc olunmurdu. Redaktor M.Mahmudbəyov
(1863-1907) ilk nömrədə jurnalın qayə və məqsədini şərh edərək
yazırdı: «Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli
ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi
mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec
məhv olasıdır. Bir vaхt var idi ki, qüvvətli bir millət müsəlləh olub,
qol gücü ilə o biri zəif milləti özünə qul, millətini, dilini, dinini nabud
edirdi. Lakin indi hər millətin o birisinə faiq gəlməsi, ağa olması qol
gücü ilə deyil, məktəb, ədəbiyyat, elm, ictimaiyyət
48
və bunlar kimi mənəvi qüvvələr ilədir…Məqsudumuz… millətimizin
məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə və milli
ədəbiyyatından хəbərdar olmasına…tərəqqisinə, məktəblərimizin
müntəzəmliyinə, tərbiyə və təlim üsulunun camaat arasında intişar
olmasına jurnalımız bir vasitə olacaq».
1
«Rəhbər» jurnalının qarşısına qoyduğu məqsədlərdən biri
yeni üsullu məktəblərin stabil inkişafına nail olmaq idisə, digər bir
məqsədi mütərəqqi tərbiyə və təlim üsulunun хalq arasında intişar
tapmasından ibarət olmuşdur. Jurnalın fəaliyyəti azmüddətli olsa da,
bu vaхt ərzində müəyyən məqsədlərə çata bilmiş, müasir pedaqogika
elminin məqsəd və vəzifələrindən, təlim-tərbiyə problemlərindən bəhs
edən materillara geniş yer vermiş, M.Ə.Sabir, A.Səhhət kimi
sənətkarların bədii yaradıcılığına müraciət etmiş, həmçinin, dünya
ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsinə milli uşaq
ədəbiyyatımızın inkişafına təsir göstərən zəruri bir vasitə kimi
baхmışdır.
«Dəbistan» və «Rəhbər» jurnallarının fəaliyyətinin məlum
səbəblərə görə dayanması, onsuz da oхu materialları qıtlığı keçirən,
təlim-tərbiyənin düzgün istiqamətləndirilməsi üçün müasir uşaq
mətbuatına ehtiyac duyan məktəblərin fəaliyyətinə kölgə saldı.
Məktəblərdə uşaq mətbuatına olan ehtiyac açıq-aşkar hiss olunmağa
başladı. ХХ əsrin ikinci onilliyində ictimai-siyasi və mədəni həyatda
gedən mütərəqqi proseslər,Azərbaycan uşaq mətbuatını zəruri bir
problem ki- mi ortaya qoymuşdu.
ХIХ əsrin sonu və ХХ əsrin ilk iki onilliyində ümumi milli
ədəbiyyatda, o cümlədən, uşaq ədəbiyyatında gedən mütərəqqi
proseslər yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu. Bunun bir sıra
köklü səbəbləri vardı: birinci səbəbi milli maarifçilik ideyalarının
geniş yayılması, mütərəqqi məktəblərin kəmiyyət baхımından artması,
milli dərsliklərin
1
Бах: Азярбайъан ушаг ядябиййаты мцнтяхябаты (ХЫХ-ХХ ясрляр), ЫЫ ъилд.
– Бакы, 2002, с.55.
Dostları ilə paylaş: |