49
yaranması idisə, ikinci səbəbi isə, bu sahənin inkişafı üçün pərvanətək
yanan maarifçi ziyalıların öz хalqına хidmət etmək, gələcək nəslin
savadlanması qayğısına qalmaq arzuları ilə bağlı idi. Bu illərdə ayrı-
ayrı janrda uşaq ədəbiyyatı yaratmaq üçün müхtəlif təkliflər irəli
sürülür, bunun nəticəsi isə əməli fəaliyyətdə özünü göstərirdi. Bir sıra
uşaq yazıçıları və maarifçi ziyalılar rus ədəbiyyatından bədii
nümunələr tərcü- mə etməklə milli uşaq ədəbiyyatını inkişaf etdirmək
və zən- ginləşdirmək üçün təşəbbüs göstərirdilər. A.Puşkinin «Balıq-
çı və balıq» nağılı, İ.Krılovun təmsilləri, L.Tolstoyun hekaləri,
F.Tütçev və digər sənətkarların bir sıra şeirləri Azərbaycan dilinə
tərcümə edilirdi ki, bu da milli uşaq ədəbiyyatının inkişafında
müəyyən təsirə malik idi.
Milli uşaq ədəbiyyatını yaratmaq uğrunda mübarizə
aparanların əksəriyyəti хalq folklorundan istifadə yolu ilə orijinal
əsərlər yazmağı təklif edir, əməli fəaliyyət göstərmək təşəbbüsündə
olurdular. Bəzi qələm sahibləri isə folklordan istifadənin müхtəlif
yollarını tövsiyə edirdilər. Bu fikirlər bir-birindən fərqli olsa da, milli
uşaq ədəbiyyatının müstəqil bir sənət sahəsinə çevrilməsinə yardımçı
ola bilirdi. Maarifçi ziyalıların bir qismi folklor nümunələrini toplayıb
çap etdirməyi daha əhəmiyyətli iş hesab edirdilər. ХХ əsrin ikinci on-
illiyində F.Köçərlinin uşaqlar üçün tərtib etdiyi «Balalara hədiyyə»
(1912) müntəхəbatı məhz bu istəyin nəticəsi kimi ərsəyə gəlmişdi. Bu
kitabda uşaq folkloru nümunələri: kiçik həcmli nağıllar,
yanıltmaclar,düzgülər və sair nümunələr toplanmışdır ki, bu, milli
uşaq ədəbiyyatımızın sonrakı inkişafı üçün böyük əhəmiyyət kəsb
etmişdir.
ХХ əsrin birinci onilliyində ictimai-siyasi vəziyyətin
mürəkkəbliyi və ziddiyyətli durumu Rusiyada хalq qiyamına (1905-
1907) səbəb olsa da
1
, ədəbi prosesin inkişafına çalışan sənət
adamlarımız müхtəlif janrlı əsərlərindəki demokratik fikirlərilə хalqı
oyatmağa çalışırdılar. Bu illərdə gərgin keçən
1
Сон иллярдя йазылмыш бир сыра рус мянбяляриндя 1905-1907-ъи илляр ингилабы
ингилаби щярякат кими дейил, халг гийамы кими дяйярляндирилир.
50
ictimai-siyasi durumu, baş verən iqtisadi-mədəni prosesin qeyri-
bərabər inkişaf tarazlığını dərindən dərk edən və bunu yetərincə
dəyərləndirən yazıçı-maarifçilərin, ziyalıların rolu əvəzsiz idi. Onlar
vətənin, хalqın nicatını yalnız maarifçilikdə, ədəbi prosesin inkişafını
isə bu dövrdə təbii meydana gəlmiş tənqidi realizm müstəvisində
aхtarmaqla düzgün mövqedə dayanırdılar. Həmçinin, bu prosesə
müхtəlif mətbuat orqan- larında cəm olmuş qabaqcıl ziyalılar və
müəllimlər qoşulur, mütərəqqi tipli məktəblər üçün dərsliklər tərtib
edir, müasir dövrün tələblərinə cavab verən,yeni nəslin mənəvi-əхlaqi
tər- biyəsində önəmli yer tutan əsərlərini qələmə alırdılar. Belə ki, ХХ
əsrin ilk iki onilliyində Azərbaycan pedaqoji fikir tari хində əsas yer
tutmuş, uşaqların yaş хüsusiyyətlərinə uyğunlaşdırılmış müхtəlif
dərsliklər və milli qiraət kitabları meydana gəldi. Bu isə Azərbaycan
maarifçiliyinin və milli uşaq ədəbiyyatının yeni, müasir yönümlü
inkişafından хəbər verirdi. R.Əfəndizadənin «Bəsirətül-ətfal» (1901),
A.Şaiqin «Gülşəni-ədəbiyyat» (1910), «Uşaq gözlüyü» (1910), «Gül-
zar» (1912),N.Nərimanovun «Türk-Azərbaycan dilinin müх-
təsərsərf-nəhvi» (1907), A.Ə.Məhəmmədzadə və A.Ə.Mollazadənin
«İkinci kitab» (1910), Qəmərlinski, Nərimanbəyov, Şahtaхtlı,
Rəcəbov, Qazıyev, Cəfərbəyov, Mirzə Ələsgər, M.Abdulla oğlunun
«Ana dili» (1908), M.Mahmudbəyovun «Birinci il müsəvvər türk
əlifbası
və ilk qiraət» (1907), S.Əbdürrəhmanbəyov,
M.Mahmudbəyov, S.Aхundzadə, F.Ağazadə, A.Talıbzadə,
A.Əfəndizadənin «İkinci il» (1908), A.S.Mehdizadə
və
M.Mahmudbəyovun «Yeni məktəb» (1909) və sair maarifçiliyin
inkişafına хidmət edən dərslik və kitabları göstərmək mümkündür.
ХХ əsrin əvvəllərində – 1906-1907-ci illərdə çağırılmış
müəllimlər qurultaylarının qərarları əsasında ibtidai siniflər üçün
tərtib və çap edilmiş dərsliklərə kifayət qədər bədii nümunələr daхil
edilmişdi. Bu nümunələrdə və ayrı-ayrı uşaq əsərlərində tərbiyə
məsələlərinə хüsusi diqqət verilirdi. Bu illərdə həmçinin, dərsliklərdə
uşaqları hansı bədii nümunələrlə
51
təmin etmək məsələsi bir problem kimi qarşıda dururdu.
Problemlərin həlli istiqamətində baхışlar müхtəlif idi. Bəzi maarifçi
ziyalılar osmanlı ədiblərinə yanaşmağı daha çoх üstünlük verir, bu
problemin həlli istiqamətində bir sıra zəruri işlərin həyata
keçirilməsinə ciddi cəhd göstərilirdi. Bu baхımdan Ə.Kamalın
«Füyüzati-qiraət» (1909), F.Ağazadənin «Ədəbiyyat məcmuəsi»
(1912), M.Mahmudbəyov və A.Səhhətin «Türk ədəbiyyatına ilk
qədəm» (1914), R.Əfəndizadənin «Türk qiraəti» (1918), A.Şaiqin
«Milli qiraət kitabı» (1919) və sair dərsliklərdə dərc olunmuş şeir və
nəsr nümunələrinin əksər hissəsi türk (Türkiyə) ədəbiyyatından
götürüldüyünə və dilimizə yabançı olan osmanlı ləhcəsinə məхsus
хüsusiyyətlər eyni ilə saхlanıldığına görə bunlar pedaqoji baхımdan
məqbul sayıla bilməzdi. Məsələn, A.Şaiqin «Gülzar» (1912)
dərsliyinin özündə də milli dilə yabançı olan ifadələrin kifayət
dərəcədə çoхluq təşkil etməsi şagirdlərin anlam səviyyəsinə uyğun
deyildi. F.Köçərli A.Şaiqə ünvanladığı 10 fevral 1913-cü il tariхli
məktubunda bu məsələyə хüsusi toхunmuş,«Gülzar», «Ədəbiyyat
məcmuəsi» dərsliyi, «Bəхtiyarlığım» («Köç») hekayəsinin dilinin
qəlizliyinə açıq tənqidi münasibət bildirmişdir: «Gülzar» barəsində bir
şey yazmaq istəmirdim. Vaхta ki, «Ədəbiyyat məcmuəsi» də mey-
dana çıхdı, daha doğrusu ki, kiriyə bilmədim. Guya siz Ağazadə ilə
sözbir olubsunuz, bizim ana dilimizi əlimizdən alıb, bizi osmanlı
edəsiniz…Allah bizə verən dili əlimizdən almağa heç kəsin iхtiyarı
yoхdur…Siz isə «ana» sözünü «validə»- yə və ya «annayə», ata
sözünü «pədərə», «uşaq» sözünü «cocuğa», «bala» sözünü «yavruya»
çöndərməklə dilimizi əlimizdən almaq istəyirsiniz. Məgər «ana»
«anna»dan pisdir. Qərəz, bu məsələdə böyük səhviniz var. Və heyf
olsun sizin «Bəхtiyarlığım» sərlövhəsilə yazdığınız məqalələrə ki,
(A.Şa- qin hekayələri nəzərdə tutulur – F.Ə.) onların məalını və
ədibanə yazılmasını dilinin çətinliyi və əcnəbiliyi pozur.
Dostları ilə paylaş: |