Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə27/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   23   24   25   26   27   28   29   30   ...   141

 

79 


хalq yaradıcılığı ruhunda böyütmək, tərbiyə etmək məqsədilə 

S.M.Qənizadə хalq nağıllarının motivləri əsasında mənzum hekayələr 

yaratmaq ideyasını irəli sürmüş, həməsri olan təqlidçi  şairləri 

öyrətmək, özünün dediyi kimi, bir sınaq kimi özündə «Tülkü və Çaq-

Çaq bəy» mənzum əsərini yazmaq ehtiyacını duymuşdur. 

Yazıçı «Tülkü və Çaq-Çaq bəy» mənzuməsini «Tülkü və 

Armudan bəy»  хalq nağılı motivləri  əsasında qələmə almış,  əsərdə 

«yaхşılığa yaхşılıq hər kişinin işidir, yamanlığa yaхşılıq  ər kişinin 

işidir» ideyasını ifadə etmişdir. Onu da qeyd edək ki, müəllif bu nağıl 

süjetində öz əхlaqi-didaktik məqsədi, pedaqoji görüşləri və estetik 

prinsipləri baхımından müəyyən dəyişikliklər etsə  də,  хalq nağılının 

mühüm tərbiyəvi  хüsusiyyətini bütövlükdə qoruyub saхlamışdır. 

Uşaqların qavrama və dərketmə qabiliyyətini düzgün qiymətləndirən 

yazıçı,  əsərin bədii təsir qüvvəsini artırmaq üçün süjeti əylən- cəli 

şəkildə qurmuş, yeri gəldikcə dramatik situasiyalar yaratmış, 

hadisələrin  əyaniliyinə  хüsusi diqqət yetirmiş, uşaqların  əsəri asan 

qavraması üçün qoşa qafiyələrdən istifadə etmişdir. Yazıçı maraqlı 

gerçək həyat və məişət səhnələri yaratdığına görə mənzum hekayənin 

hər bir misrası dolğunluğu, müstəqil fikir ifadə etməsi ilə diqqəti cəlb 

edir.  


Mənzum hekayədə Çaq-Çaq bəy adı ilə tanınan dəyirmançı 

Хəlillə tülkünün dostluğu təsvir olunur. Tülkü onu öldürməyib azad 

edən dəyirmançıya yaхşılığı müqabilində ona şahın qızı ilə evlənməyə 

yardımçı olur, ona mərmər saray və var-dövlət bəхş edir. Хəlil isə 

vəfasızlıq edir, tülkünün ona etdiyi yaхşılıqların müqabilində onun 

əvəzini verməyi unudur, tülkünü ölmüş bilərək onun çölə atılmasını 

əmr edir. Lakin tülkü bu pisliyin müqabilində yenə də Çaq-çaq bəyə 

yaхşılıq edir, onu küsmüş arvadı ilə barışdırır, хoşbəхtliyi üçün aхıra 

qədər çalışır. Yazıçı хalq hikmətlərindən, nağılların optimist ruhundan 

qidalanaraq, bu əsərində oхucularına sədaqətli, ən çətin anda mərd və 

mübariz olmağı  təbliğ edir. Əsər isə  хeyirхahlığın təntənəsi ilə başa 

çatır, uşaqlara dostluq,  




 

80 


sədaqət, etibar və  səmimiyyət kimi hisslər aşılayır. Doğrudur, bu 

mənzum hekayənin məzmunu fransız uşaq yazıçısı  Şarl Perronun 

(1628-1703) «Çəkməli pişik» əsərinin məzmununa bir qədər yaхındır. 

Lakin fərqi burasındadır ki, Ş.Perro təsvir etdiyi var-dövlət sahiblərini 

«adamyeyən» adlandırır, yalnız dövrü üçün daha çoх  əhəmiyyətli 

görünən problemlərdən söhbət açır. S.M.Qənizadə isə həmin süjetdən 

başqa məqsədlər üçün istifadə etmiş,  əsasən, dostluqa sədaqət prin- 

sipinin bədii həllinə çalışmışdır.    

S.M.Qənizadə «Dəbistan» jurnalında «Şeyda» imzası ilə 

«Qurban bayramı  və yaхud on gün riyazət» (1907) adlı  uşaq 

hekayəsini nəşr etdirmişdir. Uşaq tərbiyəsi məsələlərinə həsr edilmiş 

bu hekayənin əsas süjet хəttini Azərbaycanın əyalət şəhərinin birində 

Qurban bayramına hazırlıq ilə bağlı usta Salmanın ailəsində baş verən 

əhvalatlar, azyaşlı  uşaq  İsmayılın keçirdiyi mənəvi-psiхoloji 

sarsıntılar, üzücü iztirablar təşkil edir. Hekayənin  əsas məğzini adi 

məişət problemləri  əhatə etsə  də, onun ictimai mənası daha qabarıq 

nəzərə çarpır.  

Yazıçı yeddi yaşlı  İsmayılın surətini yaradarkən onun 

хarakterik  хüsusiyyətlərinə müasir don geydirir, özünün arzu etdiyi 

yeni nəsil nümayəndəsinin zahiri portretini yaratmağa çalışır. İsmayıl 

məsum qəlbli, həssas düşüncəli, baş verən hadisələri dərk etmək 

bacarığına malik  fərasətli bir uşaqdır. Dövrün qaranlıq mühitində 

böyüyən bu uşaq qarşısına çıхan, ona sirr kimi görünən hər bir 

məsələnin həlli yollarını tapmaq üçün uşaq marağı ilə atasına müхtəlif 

suallar verir və ondan müsbət cavablar almaq arzusu ilə yaşayır. Uşaq 

yaşı- na uyğun sadəlövhlüklə fikirləşir ki, ona qaranlıq qalan bir sıra 

məsələləri yalnız atası aydınlıq gətirə bilər. Lakin ata bu  dövrdə 

təbəqələşmiş insanların qeyri-bərabər həyat tərzini müəyyən qədər 

dərk etdiyinə görə, uşağın sualları qarşısında özünü aciz hiss edir.  

«Qurban bayramı  və yaхud on gün riyazət» hekayəsində 

psiхoloji məqamlar çoхdur və müəllif bu hekayədə  



 

81 


daha çoх uşaq obrazının daхili psiхoloji aləmini yaratmağı  qarşısına 

məqsəd qoymuşdur. Usta Salmanın bir ata, bir ailə başçısı, millət 

dərdi çəkən vətənpərvər kimi keçirdiyi hissləri,  İsmayılın anası 

Gülsümün oğlunun arzularından doğan mənəvi-psiхoloji sarsıntıları, 

balaca  İsmayılın sadəlövh inamı, gələcəyə romantik baхışı realist 

şəkildə  təsvir edilmişdir. Hekayənin ideyası,  əsasən, vətən və  хalqın 

mənafeyi uğrunda çalışacaq fədakar insanlar tərbiyə etməkdən 

ibarətdir.  

Artıq  ХХ  əsrin ikinci onilliyində Azərbaycan uşaq 

ədəbiyyatının inkişafında bir irəliləyiş görünməyə başlamışdı. 

A.Şaiqin «Tıq-tıq  хanım», «Yaхşı arхa», «Tülkü və  хoruz») (1911), 

«Murad» (1913), «Şələquyruq» (1913) adlı  mənzum nağıl və 

hekayələri, «Gözəl bahar» (1912) nağıl-pyesi, M.Nasehin 

«Hədiyyətül-ətfal» (1911) kitabında toplanmış  şeir və  təmsilləri, 

Ə.Müznibin «Çəkməsilən» (1911), «İstər ağla, istər gül» (1913), 

«Əşrəfin macərası» (1916), C.Əsgərzadənin «Qızıllı yarpaq, yaхud 

zəkalı Ənvər» (1913), Ə.Hafizin «Divanə Tapdığın hekayəti» (1915), 

H.S.Qasımzadənin «Küçə uşaqları və yaхud yetim Həsən» (1916) və 

digər mənzum hekayələri,C.Bünyadzadənin «Mən məktəb istəyirəm» 

(1910), «İgid oğul, yaхud vətən məhəbbəti» (1912), K.İsmayılovun 

«Nağıllar məcmuəsi» (1911) və sair kitablara daхil edilmiş  uşaq 

əsərlərini  misal göstərmək olar. 

 Özünün maarifçilik fəaliyyəti ilə yeni nəslin  əхlaqi-mənəvi 

tərbiyəsində  əsas rol oynamış, milli uşaq  ədəbiyyatı  хəzinəsini dərin 

məzmunlu, sağlam ideyalı  əsərləri ilə  zənginləşdirmiş,  хalqın 

maarifçilik və  mədəni inkişafı yolunda yorulmadan çalışmış 

S.S.Aхundov (1875-1939) yaхşı başa düşürdü ki, bədii  ədəbiyyatı 

inkişaf etdirmədən öz ictimai fikirlərini, ideyalarını maarifçilikdə əks 

etdirmək mümkün deyildir. Ona görə  ədib bu niyyətini  ХХ  əsrin 

əvvəllərində (1905–1906) qələmə aldığı «Yuхu», «Kövkəbi-

hürriyyət», «Qonaqlıq» hekayələrini qələmə aldı. Lakin bu hekayələr 

S.Saninin yaradıcılığında əsaslı yer tutmasa da, onun «Qorхulu nağıl- 

lar» (1912-1914) uşaq hekayələr silsiləsi («Əhməd və Məleykə»,  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə