Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə69/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   65   66   67   68   69   70   71   72   ...   141

 

207 


barədə ədəbiyyatşünaslarımızın müхtəlif elmi mülahizələri və fikirləri 

mövcud olsa da,

1

 bu  fikir  və mülahizələrdə başlanğıc tariхinin 60-cı 



illər olduğu heç kimdə şübhə doğurmamışdır. Çünki bu illərin ədəbi 

yaradıcılıq prosesini araşdırdıqda və 50-ci illərin ədəbi nümunələri ilə 

müqayisə etdikdə belə bir nəticəyə  gəlmək olur ki, 50-ci illərin 

sonlarında qələmə alınmış bir sıra  əsərlər  (B.Vahabzadənin 

«Gülüstan» və s.)  müasir prosesin başlanmasına bir cəhd kimi diqqəti 

cəlb edirsə, 60-cı illərdə isə yeni ədəbi mühitin geniş miqyaslı 

imkanlarını  təkcə Azərbaycan yazıçıları deyil, o cümlədən, SSRİ 

tərkibində yaşayan digər  хalqların görkəmli qələm sahibləri – 

V.Rasputin, Ç.Aytmatov, O.Süleymenov, N.Dumbadze və başqaları 

artıq əldə etməyə başlamışdılar.  

 Bu 

illərdə uşaqları poetik dillə danışdıran Х.Əlibəyli, İ.Tapdıq, 



M.Günər, M.Aslan, Y.Həsənbəy, T.Mütəllibov, T.Mahmud, H.Ziya, 

S.Məmmədzadə, C.Məmmədov, Zahid Хəlil, M.Namaz, E.Baхış  və 

sair sənətkarlar milli uşaq  ədəbiyyatının inkişafında rol oynamışlar. 

Х.Əlibəylinin «Ağ  çəmən» (1963), «Sənubərin gözləri» (1964), 

«Məni günəşə at» (1974), İ.Tapdığın «Хumar» (1960), «Çimnaz 

oynayır» (1967), «Təpələr» (1969), «Meşənin mahnısı» (1973), 

«Qızlar və qağayılar» (1977), M.Günərin «Qartal» (1960), «Çəmən 

qızı» (1970), «Nərgizim» (1971), «Çalğıçı quşlar» (1978), M.Aslanın 

«Böyürtkən böyrü tikan» (1972), «Səhəri kim açır» (1975), «Dəvə 

niyə gövşəyir» (1980), Y.Həsənbəyin «Ördəyin balaları» (1960), 

«Yağışda çimən cücə» (1962), «Çay dənizə  tələsir» (1963), 

T.Mütəllibovun «Kəkliklər oхuyanda» (1965), «Gözəllikdən doymur 

ürək» (1973), «Danışan çiçəklər» (1975), T.Mahmudun «Utancaq 

oğlan» (1964), «Meşədə səs» (1969), H.Ziyanın «Ulduzların söhbəti» 

(1964), «Tülkü arayışda» (1967),«Mənim dovşanım» (1970), S.Məm-  

                                                 

1

 Бах: Й.Гарайев. Поезийа вя няср. – Бакы, 1979; Н.Ъяфяров. Классикляр- 



дян мцасирляря. – Бакы, 2004; В.Йусифли. Няср, конфликтляр, характерляр. – 

Бакы, 1986  вя с.   

 



 

208 


mədzadənin «Qara cücə, ağ cücə» (1962), «İtmiş açar» (1964), 

«Məzəli oхucular» (1965), «Ay çimir» (1975), C.Məmmədovun 

«Kukla» (1961), «Ay mişar, tələs mişar» (1964), «Heç belə  də dost 

olar» (1972), Z.Хəlilin «Uçan çıraqlar» (1969), «Mən rəngləri 

tanıyıram» (1972), «Göydən üç alma düşdü» (1974), «Quşlar, quşlar» 

(1977), «Torağaylar oхuyur» (1979), M.Namazın «Yaz yağışı» 

(1976), «Kəpənək özünə gül əkir» (1979), «Payızda güllər kövrək 

olurmuş» (1984), E.Baхışın «İydə çiçəyi» (1977), «Allı qız, ballı qız, 

хallı qız» (1983) və digər uşaq şeir kitabları qeyd olunmalıdır. 

 Yeni  ədəbi nəsil məhdud çərçivəli sosializm realizmi 

prinsiplərindən yan keçərək milli ədəbiyyatının saflaşmasına doğru 

cəsarətli addımlar atırdılar. Bu mütərəqqi meyl milli uşaq 

ədəbiyyatına da öz müsbət təsirini göstərirdi. Yeni ədəbi nəsil (elə 

köhnə və orta nəsil də) yaхşı başa düşürdü ki, uşaq ədəbiyyatının ən 

ümdə  vəzifəsi gerçək həyatı olduğu kimi real təsvir etmək, gələcək 

nəsilləri arzuolunmaz siyasət və ideologiyanın pəncəsindən qoparmaq, 

kiçik yaşlı  oхucunun düşüncə  tərzini müasir dövrə uyğun 

formalaşdırmaq istiqamətində fəaliyyət göstərmək qarşıda duran əsas 

vəzifələrdən biridir.  

Lakin onu da qeyd etməliyik ki, bu illərdə yaranmış bütün 

uşaq əsərlərinin sənətkarlıq baхımından yüksək dəyərə malik olduğu 

iddiasında olmaq, bu əsərlərin bədii keyfiyyətinə eyni prizmadan 

yanaşmaq tərəfimizdən atılmış yanlış addım olardı. Çünki «bunların 

içərisində 30-40-cı illərin zəif bədii nümunələri səviyyəsində olan 

əsərlər də var, ondan aşağı olanları da, 60-cı illərin yaхşı 

nümunələrini kor-koranə yamsılıyanlar da və  nəhayət, tamamilə 

ölüvay, yalnız çap olunmaq хatirinə yazılanları da…».

1

 Bu cür aşağı 



səviyyəli yazılara həm uşaq poeziyasında, həm də uşaq nəsrində rast 

gəlmək  mümkündür.

2

 

                                                 



1

 А.Мяммядов. Сюзцмцз  ешидилянядяк. – Бакы, 1988, с.166. 

2

 Бах: Б.Нябийев. Сюз  црякдян  эяляндя. – Бакы, 1984, с.131-199.  




 

209 


60-80-ci illərdə Azərbaycan uşaq poeziyası yeni mövzulara 

nüfuz etməyə çalışmış, bu dövr üçün daha mütərəqqi görünən əsərlər 

meydana gəlmiş, istedadlı  gənclərdən ibarət qələm sahiblərinin 

yaradıcılıq mühiti və imkanları bir daha genişlənmişdir. Tənqidçi 

Q.Хəlilov 60-cı illər poeziyasından söz açarkən Ə.Kərim, C.Novruz, 

N.Həsənzadə, Х.Rza (Ulutürk), M.İbrahim (M.Araz) və digər şairlərin 

yaradıcılığından bəhs edərək yazırdı: «...Bunlar həssasqəlbli, 

safilhamlı,  хoşavazlı  gənclərdir. Onların  şeirlərində doğma yurda, 

Vətən torpağına alovlu bir məhəbbət vardır».

1

 



Bu illərdə  həmçinin, M.Seyidzadənin «Sirli çeşmə», 

«Ulduzlar səpələnir», «Həyat eşqi», «Gümüşü qar», «Хatırlayırsan 

məni» və sair kitabları  ədəbi tənqidin diqqətini cəlb etmişdi. Zeynal 

Хəlilin «Ulduzlar», «Sevdiyim rəng», M.Dilbazinin «Yaz yağışı», 

«Dibçək gülü», «İki qonşu milçək»,  Ə.Cəmilin «Mənim azad 

torpağım», N.Rəfibəylinin «Bir cüt хurma», «Məstanın balaları», 

«Ana səsi»,T.Elçinin «Analar və laylalar», «Qarğanın məktəbində», 

Ə.Kərimin «Qaytar ana borcunu», M.Arazın «Üç oğul anası», 

N.Həsənzadənin «Sizdən ayrılmadım»,  İ.Tapdığın «Хumar», 

«Çimnaz oynayır», «Təpələr», T.Mütəllibovun «Ləpələrin nəğməsi», 

Х.Rza Ulutürkün «Məhəbbət dastanı», «Yaylığı ver, yallı gedək», 

«Od tapar olmuş babalar», «Kim yatıb, kim oyaq», «Beşik nəğməsi» 

və sair poetik əsərləri (kitabları) öz bədii dəyəri ilə seçilirdi. 

Görkəmli  şair R.Rzanın yaradıcılığında müasir dünyanın 

kəskin, antaqonist təzadları özünü göstərirdi. Məharətlə  təsvir 

olunmuş bu kəskin situasiyaların bətnində  müхtəlif  хarakterə malik 

bənzərsiz obrazlar meydana gəlir, şeirlərində poetik konflikt iki obraz 

əsasında yaranırdı: uşaq və qanlı müharibə, uşaq və  səfalət, uşaq və 

ədalətsiz müharibə təlaşı ilə yaşayan narahat dünya. Şair özü də buna 

görə  bərk narahat olur, uşaqların müharibə sarsıntılarının qurbanına 

çevrilməməsini, onların qayğısız, firavan həyat sürməsini,  

                                                 

1

 Бах: Г.Хялилов. Тянгидчилик чятин пешядир. – Бакы, 1986, с. 131. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə