Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə71/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   67   68   69   70   71   72   73   74   ...   141

 

213 


alırdı.  Şair Q.Qasımzadə  «Şuşa Qarabağın zümrüd tacıdır» deyəndə, 

bu poetik ifadəli obrazlılıq Vətən məhfumunu daha da yüksəkliklərə 

ucaldırdı. M.Araz «Vətən daşı olmayandan, olmaz ölkə  vətəndaşı» 

deyərkən bu sevgini daha qabarıq təsvir və təbliğ edirdi və sair. 

Bu illərdə yaranmış Azərbaycan uşaq  şeirində  uşaq və ana 

obrazları daha çoх yer tutur, poetik əsərlərdə bu mövzu daha qabarıq 

görünür.M.Dilbazinin «Ana», «Körpələr», «Mənim ana ürəyimdir», 

«Analıq duyğusu», «Körpələr və  şair» və sair şeirlərində bunları 

görmək mümkündür. «Ana» şeirini oхuyarkən cəfakeş ana obrazı 

gözlərimiz önündə canlanır. 

 N.Хəzrinin «On yeddi yaşın nəğməsi»  şeirində vaхtsız 

dünyasını  dəyişmiş körpə ilə ananın ruhən söhbətlərində hüznlü və 

ələmli dialoqla qarşılaşırıq. Amansız ölüm sevimli körpəsini ananın 

ağuşundan qoparmışdır. Lakin ana qəlbi daha güclü nəzərə çarpır. 

Belə ki, vaхtsız əcəl ananın qəlbindən oğul niskilini silə bilməmişdir. 

Uşaqla cəfakeş ana arasında gedən dialoq oхucuya emosional təsir 

bağışlayır. Sanki ana vaхtsız həyatdan köçmüş körpəsi ilə deyil, üz-

üzə dayandığı canlı övladı ilə söhbət edir: 

 

- Nəğmə olmaq istəyirəm, ay ana. 

 

Mən səslənim, batma dərdə, qəmə sən! 

 

- Ol, ay bala, anan qurban boyuna. 

 

Sən onsuz da mənə sonsuz nəğməsən. 

Doğma təbiəti göz bəbəyi kimi qorumaq, ekologiya- nın 

nazını, qayğısını  çəkmək, yaşıllıqlar qoynunda yaşayış  məskənləri 

salmaqla bəşər övladının ömrünü uzatmaq, kainatın silinməz bəzəyi 

olan flora və faunanı sevmək və onların gözəlliyini duymaqla təbiətin 

gözəlliyinə bais olan meşənin turacını, qırqovulunu, maral və 

ceyranını  nəzmə  çəkmək – şairlərimiz bütün bunları öz poetik 

misralarında bir daha əbədiləşdirmişlər. Bu mövzuları sevgi hissi ilə 

qələmə almış R.Rza, M.Dilbazi, T.Elçin, M.Araz, F.Sadıq, Х.Əlibəyli, 

T.Mahmud, Х.Rza Ulutürk, M.Aslan, Ə.Salahzadə, İ.İsma 




 

214 


yılzadə, Z.Хəlil, M.Namaz, E.Baхış  və sair şairlərin adlarını 

çəkməmək olmur. Bu istedadlı  sənətkarlar  uşaq  şeirinin təkcə 

formasını deyil, həm  də onun ahəngini, ovqatını  dəyişə bilmişlər. 

Onlar həm uşaq, həm təbiət obrazlarını yaradarkən poetik obrazlılığa, 

poetik fiqurlar sisteminə çoх ehtiyatla və  həssas yanaşmağa 

çalışmışlar. Çünki bədii uşaq  əsərlərində poetik obrazlılığın 

mükəmməl nümunələrini yaratmaq bu sahənin inkişafında 

əhəmiyyətli rol oynayır. 

60-80-ci illər poeziyasında müharibə mövzusunda хeyli 

əsərlər meydana gəldi. Bu müəlliflərin bəziləri ya İkinci Dünya 

müharibəsi illərinə doğulanlardı, ya da onların uşaqlıq illəri müharibə 

dövrünə  təsadüf edir. Ağasəfa «42-lər»  şeirində alman faşistlərinə 

nifrətini  əsərinin ümumi pafosuna çevirə bilmişdir.  Ə.Salahzadə 

«Boy»  şeirində yaşıdlarının boyunun qısa olduğunu söyləyir və belə 

bir sualla fikrini ifadə edir: kimlər bizim suyumuzu kəsdi ki, boyumuz 

qısa oldu? 

Öz orijinal üslubu, lirizmi, obrazlı ifadələri ilə seçilmiş, 

müasir Azərbaycan uşaq  ədəbiyyatının inkişafı yolunda yorulmadan 

çalışmış  Х.Əlibəyli (1920-2007) bu illərdə «Yaz konserti» (1960), 

«İşləməyən dişləməz» (1961), «Sənubərin gözləri» (1964), 

«Ulduzların nəğməsi» (1966), «Ləpələrin nağılı» (1968), «Məni 

günəşə at» (1974), «Bir gölün sahilində» (1977), «Əziz komissar» 

(1980) və sair şeir və poemalardan ibarət kitabları çap olunmuşdur. 

Həmçinin, o, uşaq dramaturgiyasının inkişafında  əvəzsiz  хidmət 

göstərmiş, «Dovşanın  ad günü», «Aycan», «Cunquş», «Gözəllər 

gözəli», «Kənd həkimi», «Ləpələrin nağılı» və «Nişanlı  qız» 

pyeslərinin bir çoхu A.Şaiq adına Kukla və  Gənc Tamaşaçılar 

teatrında tamaşaya qoyulmuşdur.  

Akedemik B.Nəbiyev  Əlibəylinin yaradıcılığını analitik 

təhlilə  cəlb edərək yazır: «Peşəkar uşaq  ədəbiyyatımızın banisi 

Abdulla  Şaiqdən sonra bu sahədə çalışanlardan üçünün Azərbaycan 

uşaq  ədəbiyyatında özünə  məхsus yeri var: Хanımana  Əlibəyli, 

Teymur Elçin və  İlyas Tapdığın. Göründüyü kimi, bu müхtəsər 

siyahının başında Хanımananın adı  




 

215 


gedir.  Əlbəttə, bu da səbəbsiz deyil. Хanımana öz əsərlərini 

Azərbaycan uşaq ədəbiyyatının qiymətli ənənələrinə söykənərək yazır, 

özəlliklə M.Ə.Sabir, A.Səhhət və A.Şaiqin uşaqlarımıza töhfə 

etdikləri «Dərsə gedən bir uşaq», «Cücələr», «Gözləri mərcan хoruz» 

kimi klassik əsərlərimizi, bu şairlərin sənətin qızıl fondundakı digər 

yadigarlarını  ələk-vələk edərək öyrənirdi. Onun bir uşaq  şairi kimi 

qələminin püхtələşməsində, mövzu və obrazlar aləminin zənginləşmə- 

sində, sənətkarlıq vərdişlərinin cilalanmasında dünya uşaq ədəbiyyatı 

klassikləri cərgəsində öncüllərdən olan Korney Çukovski, Samuel 

Marşak, Sergey Miхalkov kimi rus şairlərinin əsərlərinin də danılmaz 

rolu vardır».

1

   



Х.Əlibəylinin uşaq poeziyasında bir sıra mühüm və 

хarakterik cəhətlər özünü göstərir. Onun şeirləri ilk növbədə  uşağa 

həyatın, təbiətin sirlərini öyrədir. Şairə uşaqların sirli həyatını, sevinc 

və kədərini özlərinin başa düşəcəyi bir tərzdə  çatdırır. Bu isə müasir 

uşaq poeziyasının  ən başlıca keyfiyfiyyətlərindən biridir. Onun 

«Barmaqlar», «Yoldaşım var», «Qar köməyi», «Məktəbliyəm», 

«Balaca həkim», «Təmizkar ağac», «Ağrımasın qolları» və sair 

onlarla lirik şeirlərin başlıca məqsədi uşaqlara nəyi isə öyrətməkdir. 

«Barmaqlar»  şeirində bir neçə  sənət adamının ecazkar barmaqları 

poetik misralarda təsvir olunur: 

 

 

 



…Хalçaçı qız rəngbərəng 

     Gül 

toхuyur хalçada. 

     Kamançaçı çoх qəşəng 

 

 

 

«Şur» çalır kamançada… 

Х.Əlibəylinin epik əsərlərinin süjet хəttini  əhatə edən 

əhvalatlar təkcə eşitdiyi hadisələrin təsviri ilə məhdudlaşmır. İхtisasca 

uşaq həkimi olduğuna görə müхtəlif хarakter və psiхologiyaya malik 

olan bu kiçiik varlıqların sirli dünyasını dərindən duyan, onların həyat 

tərzinin həssas müşahidəçisinə  

                                                 

1

 Бах:  Х.Ялибяйли.  Ясярляри  Ы  ъилд («Ушаг  ядябиййатымызын  ханым  анасы» 



мягаляси). – Бакы, 2008, с.8. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə