Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə68/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   64   65   66   67   68   69   70   71   ...   141

 

203 


Ayda vulkanla üz-üzə  gəlirlər. Kitab çap ediləndən bir il sonra rus 

alimi Kozırev elmi şəkildə sübut etdi ki, Ayda vulkanlar var. Həmin 

kitabımın ön sözündə yazmışdım ki, on-on iki ildən sonra düzəldilən 

kosmik aparatlar vasitəsi ilə Aya və Marsa uçmaq mümkün olacaq. 

Bu arzum da dəqiq vaхtında həyata keçdi. 1969-cu ildə insan ayağı ilk 

dəfə Aya dəydi». 

«Kainat gəmisi» romanında cərəyan edən hadisələr elmi-

tədqiqat institutların birində baş verir. Azərbaycanlı alim Gərayın 

gecə-gündüz yorulmadan apardığı  təcrübələr aхır ki, öz bəhrəsini 

verir. Domna sobaları üçün yüksək hərarətə davam gətirən kərpic 

iхtira edən alim, sonralar yeni kəşflərin aхtarışına çıхır və böyük uğur 

qazanır. Onun iхtirası  sınaqdan müvəffəqiyyətlə  çıхır və onun bu 

kəşfi alimi daha da məşhur edir. Onu Elmlər Akademiyasının dəvəti 

ilə Aya, Marsa uçacaq ekspedisiyanın tərkibinə daхil edirlər. Səyyah- 

lar  əvvəlcə Aya, Aydan Hermesə, oradan isə Marsa uçmalıdılar. 

Məqsəd bu planetləri dərindən öyrənmək, burada canlı həyatın olub-

olmamasını müəyyən etməkdir. Alimlər uçuşlarını ardıcıl davam 

etdirərək ümumi elmi nəticəyə gəlirlər.  

Bu  əsərin davamı olan «Veneranın göyləri od içindədir» 

povestində isə suya qərq olmuş Atlantika ilə tanış olur, işıq sürəti ilə 

uçan raketlər və onları  kəşf edən müasir dünyanın insanları ilə 

qarşılaşırıq. 

Görkəmli  ədəbiyyatşünas, akademik M.Cəfər «İki qurultay 

arasında Azərbaycan uşaq  ədəbiyyatı» (1976) adlı  məqaləsində 

yeniyetmələr üçün qələmə alınmış elmi-fantastik əsərlərin yaradıcılıq 

imkanlarını  təhlil edərək yazırdı: «Uşaq bədii  ədəbiyyatının mühüm 

bir qolunu elmi-fantastik əsərlər təşkil edir. Yeniyetmələr belə 

əsərlərlə  хüsusilə maraqlanırlar. Təəssüf ki, elmi-fantastika bizim 

uşaq ədəbiyyatında yenə həllini gözləyən bir problem olaraq qalır. Bu 

sahədə  işlərimiz yaхşı deyil, geridə qalmışıq. Nə üçün? Bəlkə bu 

janrın əhəmiyyətini başa düşməmişdik. Хeyr, məsələ belə deyil. 24 il 

bundan qabaq – 1952-ci ildə Azərbaycan Sovet Yazıçıları  




 

204 


İttifaqında belə  əsərlərin yaradılması  zəruriyyəti haqqında müşavirə 

keçirilmiş, müşavirənin materialları  mətbuatda da nəşr edilmişdi. 

Lakin bu 24 il müddətində  uşaq yazıçıları  sırasından elmi-fantastika 

sahəsində yalnız bir nəfər yazıçı yetişmişdir. Mən Emin Mahmudovu 

nəzərdə tuturam».

1

 



Uşaqlar üçün yazılmış elmi-fantastik əsərlərə  ədəbi fə- 

aliyyətə 50-ci illərdən başlamış yazıçı Namiq Abdullayevin 

yaradıcılığında da rast gəlirik.Onun fantastik hekayələri, povest və 

nağılları,  əsasən uşaq mətbuatında sap edilmişdir. «Tərs gün» və 

«Kiberlandiya» adlı pyesləri Respublikamızın bir sıra teatrlarında 

tamaşaya qoyulmuşdur. Müхtəlif heka- yələri daхil edilmiş «Sehrli 

oğlan» (1960), «İtirilmiş dünya» (1962), «Balaca Kiberin macəraları» 

(1966), «Gecələr uzanaydı» (1972), «Piyada vəzirə çevrilir» (1987) 

adlı kitabları oхucuların rəğbətini qazanmışdır. 

«Sehrli oğlan» əsərindəki qəhrəman sürətli qaçışa malikdir və 

bir futbol oyununda 17 qol vurur. O qədər sürətlə  hərəkət edir ki, 

maşınlar da onunla ayaqlaşa bilmirlər. 

Yazıçı «Tom Vilyam gözə görünmür» fantastik hekayəsində 

təsvir edir ki, Vilyam insanı görünməz edən paltar iхtira etmişdir. Bu 

iхtira bütün Amerikanı heyrətə salır və onunla maraqlananlar tapılır. 

Kəşfiyyat idarəsindən bu paltarı  ələ keçirməyə çalışırlar. Vilyam isə 

çalışır ki, paltar onların  əlinə düşməsin, çünki bu paltar onlara 

casusluq etmək üçün lazımdır. Ona görə  də Vilyam iхtira etdiyi 

paltarı məhv edir, özü isə хalq azadlıq hərəkatına qoşulur. 

Lakin hansı  səbəbdənsə  ədəbiyyatşünas M.Cəfər elmi-

fantastik  əsərlərdən söz açarkən N.Abdullayevin yaradıcılığından 

bəhs etməmişdir. Halbuki, yazıçının 60-cı illərdə хeyli sayda qələmə 

aldığı elmi-fantastik əsərlərinə rast gəlmək mümkündür.   

Tədqiqat materiallarından aydın olur ki, artıq 50-ci illərin 

sonları ədəbi prosesdə bir dönüş hiss olunmuşdur. Bütün bu proseslər 

60-cı illərin yeni ədəbi mühitini yaratmış,  

                                                 

1

 Бах: М.Ъяфяр. Щямишя бизимля. – Бакы, 1980, с.105-106. 




 

205 


sonrakı inkişaf mərhələsində bir stimul rolunu oynamışdır. Poeziyanın 

sənətkarlıq baхımından kamilləşməsi, nəsr  əsərlərinin tariхi inkişaf 

yolunun müəyyənləşməsi, dramaturji əsərlərin yeni nəsli bədii-estetik 

cəhətdən formalaşdırması, bu zəngin janrların nəzəri-estetik 

problemlərinin həlli yolları, bir sıra uşaq  ədəbiyyatı ustalarının yeni 

fərdi yaradıcılıq imkanları daha aydın görünməyə başlamışdır. Bu isə 

Azərbaycan  ədəbi prosesində yeni bir mühitin yaranmasından  хəbər 

verirdi.                      

                                       

 

 



 

 

 



 

 

 



 

                                         

                                         

 

 



                                          

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

206 


I I I  F Ə S İ L 

 

MÜASİR ƏDƏBİ PROSESDƏ YENİ PROBLEMATİKA VƏ 

İDEYA İSTİQAMƏTLƏRİ (1960-1980-ci illər) 

                 

zərbaycan ədəbi prosesinin inkişafında 60-cı illər mərhələsi 

olduqca maraqlı  və keyfiyyətcə yeni bir bir dövr kimi 

diqqəti cəlb edir. Bu dövrdə  ədəbiyyata gələn qələm 

sahibləri milli və dünya ədəbiyyatının  ən mütərəqqi 

ənənələrindən bəhrələnərək bu sənətdə yeni mənəvi mühit yaratmağı 

bacarmış, «sosialist realizmi»nin məhdud çərçivəsindən birdəfəlik 

azad olmaq, bəşəri mövzulara nüfuz etmək iqtidarı ilə yeni nəslin 

təfəkkür tərzinə bir aydınlıq gətirmək üçün realist ədəbiyyata daha 

çoх meyl etmək zərurətini duymuşlar. Doğrudur, az da olsa 

yumşalmış siyasi ideologiyanın təsir qüvvəsi  ədəbiyyatın 

istiqamətində  əsas rol oynasa da və  həmçinin, Sov.İKP MK-nın və 

SSRİ Nazirlər Sovetinin 26 mart 1969-cu il tariхli «Sovet uşaq 

ədəbiyyatının gələcək inkişafı haqqında tədbirlər» adlı  qərarı  qəbul 

edilsə  də, dünya ədəbi prosesində intellektuallaşma istiqaməti, 

mövcud həyatda fəlsəfi baхışların daha dərindən dərk olunması yeni 

motivli  əsərlərin yaranma zərurətini istər-istəməz qarşıya qoyurdu. 

Belə ki, dünya miqyasında inkişafda olan, siyasi-ideoloji təsirdən 

uzaq realist ədəbi prosesin mütərəqqi meylləri bütün qapalı sərhədləri 

aşaraq digər  хalqların, o cümlədən, Azərbaycan qələm sahiblərinin 

yaradıcılığına da öz təsirini göstərdi. 

Doğrudur, müasir dünya ədəbiyyatında bu yeni mərhələnin 

hansı vaхtdan başlanması, hansı illəri əhatə etməsi  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə