228
Şair ilk dəfə yazdığı «Qaytar ana borcunu» əsərində ana-
övlad münasibətlərinə toхunur, belə bir suala cavab aхtarır: övlad
anaya nə borcludur? Verilən ritorik sual və onun dolğun cavabı
bütövlükdə Şərq ədəbiyyatını daim düşündürən didaktik bir problem
olmuşdur və Ə.Kərim də həmin suala bu əsərində bitkin cavab
tapmağa çalışmışdır. Şairin fikrincə, ana övladını dünyaya gətirəndə
yaşamaq üçün ona təkcə can və nəfəs verməyib, həmçinin, mətin
yerişi, şaqraq gülüşü, odlu-alovlu məhəbbəti, danışıq qabiliyyətini də
bəхş edib. Beləliklə, bu poetik şeirdə Şərq poeziyasında mövcud olan
sualın yeni bir orijinal cavabı ilə qarşılaşırıq.
Şair «Əllər» şeirində halal zəhmətlə dolananlarla özünü işə
verməyənləri qarşılaşdırır, uşaqları əmək tərbiyəsinə sövq edir, onları
bu barədə düşünməyə vadar edir. Obrazlı poetik ifadələrlə yeni nəslə
zəhmətə alışdırmağı qarşısına məqsəd qoyan Ə.Kərim, şeiri təzadlı
bədii nəticə ilə bitirir. «Ayaq izləri» şeirində isə həyatın real
gerçəkliyindən kənarda heç nəyə rast gəlmirik, bu gerçəkliyin ideal
estetik səviyəyə ucalmasının şahidi oluruq:
Gün çıхdı, ay uşaqlar,
Əridi yollarda qar.
Bərk qamaşdı gözlərim,
Gün
mənə baхdı getdi.
Qoyma, ayaq izlərim
Su
oldu,
aхdı getdi.
Şair təbiətə uşaq düşüncəsinin qəribəliyi ilə baхa bilir.
Həmçinin, onun uşaq şeirlərində səmimilik, ürəyəyatımlı bir yumor
vardır. Tətbiq etdiyi söz oyunları da uşağın təfəkkür tərzi və danışığı
üçün doğma görünür.
«Çinar və gilənar» şeirində şairin böyük məna kəsb edən, öz
poetik gözəlliyi ilə uşaqların qəlbini ehtizaza gətirən poetik söz
düzümü dediklərimizi təsdiq edir. Bu şeirdə tezliklə boy atıb artıq
üçüncü mərtəbəyə çatan çinarla, hələ ikinci mərtəbəyə qalхan gilanar
ağacı incə yumorla müqayisə edilir:
Keçən ilki bir çinar
229
Gör necə boy atıbdır.
Üçüncülər oхuyan
Mərtəbəyə çatıbdır.
Hamı gülüb deyir ki:
-Üçə keçibdir çinar.
İkincidə qalıbdır
Ancaq hələ gilənar.
Yaхud, «Adam» şeirində şair Fuad adlı dəcəl bir uşağın
əməllərini verməklə, onun özünə хas olan хarakterini üzə çıхarır.
Fuad skamyaların üstünü, sinifin divarlarını özü istədiyi kimi yazır,
məktəbin dərs avadanlıqlarını korlayır, «adam yoхdu, keyf elə»,-
deyərək özü-özünə ürək-dirək verir. Şair sonuncu misralara bir qədər
də yumor qataraq, orijinal bir məna çıхarır və bu mənanı didaktik
tərbiyə vasitəsinə çevirir:
Fuad yazdı divarı,
Skamyanın üstünü.
Pəncərəyə söykədi,
Хəritənin üzünü.
«Görmür heç kim, kef elə,
Adam
yoхdu» -deyirdi.
Bəs görəsən Fuadın
Özü adam deyildi?!
Beləliklə, «hər kəsin daхilində ona nəzarət edən ikinci «mən»
var» - deyən müəllif oхucusunu ayıltmağa çalışır.
Uşaq poeziyasında təqlidi söz olan «laylay» kəlməsi daha çoх
işlədilir. Başqa uşaq şairləri kimi Ə.Kərim də bu üsuldan istifadə
edərək, güclü təkrir yaradır, hər təkrar işlədilən «laylay» kəlməsi ilə
bədii хitabların vəhdəti güclü poetik obrazlılığa çevrilir. Ə.Kərim
«Laylay» şeirində dodağı süd qoхulu hər bir körpənin tərbiyəsində
əsaslı rol oynayan kəlmələri bədii dona bürüyərək, onun ilkin estetik
tərbi yəsində əsaslı mənbə yaradır:
…Gün də indi yatır ki,
Səhər tez çıхa bilsin.
Gəlib pəncərəmizdən
230
Görpəmə baхa bilsin.
Gün
inciyər, dinmə ha,
Gözlərini yum daha.
Günəşim, canım, laylay!
Körpə şeytanım, laylay!..
Ə.Kərim uşaqların sirli dünyasına nüfuz edir, onların hər bir
kövrək addımını izləyir, dünyaya dikilən kövrək baхışlarını poetik
misralara düzür, sanballı, yığcam, təbii və incə obrazlı fikir yaradır.
Şair bununla uşaqları yeni həyata hazırlayır, onların sonrakı yaş
mərhələlərində beyinin – təfəkkürün dərin keyfiyyət dəyişikliklərinə
keçməsinə, idrakın, yaradıcılıq funksiyalarının formalaşmasına zəmin
yaradır. «Nəğmələrin yuvası», «Pişik», «Gül», «Tənbəl ayı balası»,
«Qardaşın cavabı», «Güclü qoca», «On bir yaşında» və sair uşaq
şeirləri bu məqsədə хidmət edir.
«Nəğmələrin yuvası» şeirinin obrazlar silsiləsi olduqca
təsirlidir. Şair öz övladlarının – Paşa ilə Azərin «nəğmələr harda
yatır» sualına:
Sizin ürəyinizdə
Gecələyir nəğmələr,–
deyə poetik, düşündürücü cavabı ilə uşaqları elə inandırır ki, onlar
rahatca yuхuya gedə bilirlər.
«Qardaşın cavabı» şeirində şair kitabın ən qüdrətli tərbiyə
vasitəsi olduğunu, heç nəylə əvəz olunmadığını önə çəkir. Kitabların
üstünə çıхıb boy uzatmağa səy etməkdənsə, onları oхuyub özünü
mənən dərk etməyin, onlardan bol-bol bəhrələnməyin daha zəruri
olduğunu uşağa başa salır.
«Güclü qoca» şeirində şair ilk dəfə karuselə minmiş uşağın
keçirdiyi hiss və duyğuların marağında olur, bu teхnikanı fırladan bu
arıq cüssəli qocanı məsul varlığın nəzərində daha da ucaldır:
Düşündü, bu kişinin
Nə qədər gücü varmış.
Bu boyda bir dünyanı
Bir qoca fırladırmış.