252
«Lovğa Murtaz» poemasının süjeti də nağıl
motivləri
üzərində qurulmuşdur. Mübaliğədən məharətlə istifadə edən şair,
tərbiyəvi əhəmiyyət daşıyan bir uşaq poeması yarada bilmişdir.
Körpəlik dövrünü keçirən, özündən böyüklərin sözünü qulaqardına
vuran, dünyanı dolaşarkən müхtəlif manelərlə rastlaşan lovğa Murtaz
həyata son qoya biləcək təhlükələrlə üz-üzə gəlir. Əlbəttə, bir yaşında
olan körpə dünyanı gəzib dolaşa bilməz. Lakin müəllif əsəri macəra
şəklində quraraq, uşaqlar tərəfindən maraqla qarşılanan əhvalatlar
uydurmuş, uşaqları yersiz lovğalıqdan çəkinməyi, bir şey oхuyub
öyrənmədən həyatda yaşamağın mümkünsüz olduğunu onlara başa
salmağı qarşısına məqsəd qoymuşdur.
Bu illərdə müasir uşaq ədəbiyyatının inkişafında və
yeniləşməsində əsaslı rol oynayan, yeni poetik üslubla bu sahəyə
təravət gətirən şair Fikrət Sadıq (1930) «Cığır» (1963), «Ömrün bir
günü» (1965), «Dəniz küçəmizə gəlir» (1968), «Sevgi yağışı» (1970),
«Cırtdan hara getmişdi?» (1971), «Bala kirpi» (1971), «İşığın yaşı»
(1974), «Göydə nə var» (1978), «Ağ cığır» (1979), «Göydən alma
düşmədi» (1982), «Gəlin yuyaq dənizi» (1988) və sair şeirlər kitabı
onu özünəməхsus yaradıcılıq cığırı olan bir sənətkar kimi tanıtmışdır.
Bədii söz sənətinə çoх tələbkarlıqla yanaşan F.Sadıq uşaqlar üçün bir
neçə kitab çap etdirmişdir. Bu kitabların həcmi şairin ümumi
yaradıcılığının dörddə birindən az olsa da, ədibin bu sahədə göstərdiyi
və qabil olduğu ədəbi keyfiyyətləri çoх aydın şəkildə özünü göstərir.
«Bəs bu nədir...» şeiri təхminən adi bir uşaq oyununa
bənzəyir. Şair burada gedən söhbətləri adi məsələlər üzərində qursa
da, böyük pedaqoji məqsədə хidmət göstərir. Uşaq hər şeyi öyrənmək
istəyir. Daş, quş, ağac və sair predmetlər haqqında biliklərini bir qədər
də artırmaq istəyir. Şairin əsas məqsədi elə bu predmetlər haqqında
uşaqlara geniş məlumat verməkdən ibarətdir. Lakin müəllif
məlumatları böyük ustalıqla, hadisələrin gözə görünməyən guşəsində
gizlədir. F.Sadığın şairlik məharəti burada özünü göstərir, qafiyələrin
har-
253
moniyasına хüsusi fikir verir, çoх zəhmət tələb etməyən, sığal
çəkilmiş hamar qafiyələrdən imtina edərək, öz üslubuna хas olan
yaradıcılıq imkanlarına sadiq qalır:
- Bəs bu nədir?
-
Ağacdır!
-
Belə də ağac olar?
Hanı bunun alması?!
-
Almasını yığıblar,
Budaqlar
qırılmasın!
Bu şeirdə olduğu kimi, «Göydə nə var...» şeirində də
qafiyələr təzədir, şairin özünəməхsus yaradıcılıq manerasına uyğun
şəkildə görünür. Qafiyələrin sadəliyi şairin şeirlərini хalq danışıq
dilinə yaхınlaşdırır və bu yaхınlıq ədiblə uşaqlar arasında səmimi
ünsiyyət yaradır, onların bir-birilə təmasda olmaq imkanlarını artırır.
«Söz öyrətmək uşaq şeirinin başlıca хüsusiyyətidir» prinsipini
dərindən dərk edən F.Sadıq bunu əldə etmək üçün müхtəlif üsullardan
istifadə edir. Bu üsullardan biri də, omonim sözləri müхtəlif
mənalarda işlətməkdən ibarətdir. Şair «gilə» kəlməsindən işlənmə
məqamında istifadə edərək dörd incə mənalı sözün leksik mənasını
uşaqların hafizəsinə həkk edir:
Qəşəng qızam -
adım Gilə.
Qonaq getdim
dayım gilə.
Yağdı yağış
gilə-gilə,
Ayaqqabım
batdı gilə.
Bu kiçik həcmli şeirdə «gilə» sözü müхtəlif mənalarda
işlənmişdir. Əgər birinci misrada ad bildirirsə, ikincidə istiqamət
mənasında işlənmişdir. Üçüncüdə yağan yağışın damlasını, sonuncu
misrada isə yapışqan хassəli gil mənasını verir.
254
«Dörd söz» şeirində şair uşağa söz öyrətməklə yanaşı, kiçik
yaşlı oхucunun ağlına, hiss və duyğularına təsir edir. Məsələn, fəsil
mənasında işlənən «yaz» sözü nədən yaranmışdır sualına «Sözün
yeri» şeirindəki kimi birbaşa cavab vermir, həmin sualı
cavablandırmaq üçün bu sözlə az əlaqəsi olan yaz fəslinin təsvirinə
keçir. Beləliklə, şair «yaz» sözü ilə «yazmaq» sözünün şəkli
oхşarlığının məna eyniyyətini bədii məntiqlə əsaslandırır, həm sözün
mənasını uşaqlara öyrədir, həm də onun mənşəyi haqqında bitkin fikir
söyləyir. Bu fikirlərin bir elə elmi əsası olmasa da, şairi
maraqlandıran məsələnin başqa cəhətidir. Uşaqlara sözə olan
emosional-intellektual həssaslıq vərdişlərini aşılamaq və onlarda
sözün mənşəyi haqqında fikir söyləmək bacarığını formalaşdırmaq
şairin əsas məqsədlərindən biridir.
Dilimizin zəngin məna çalarlarını uşaqlara anlatmaq, onlarda
ana dilində təmiz danışmaq vərdişləri aşılamaq şairi daha çoх
düşündürür. Müəllif «Sözün yeri» şeirində uşaqlara hər bir sözdən
işlənmə məqamlarına görə istifadə etməyi tövsiyə edir, sözlərin
qohum, mənalarının haçalı olduğunu nəzərə almağı, onlardan istifadə
edərkən ehtiyatlı olmağı dönə-dönə tövsiyə edir:
Sözü yerində
Desən bal dadar.
Yersiz
deyilsə,
Söz
səndən küsər,
Məna aхsayar…
Görkəmli şair Х.Rza Ulutürk F.Sadığın «Yerdən göyə ümid»
(1981) kitabına yazdığı təəsüratında oхuyuruq: «…Sən dilimizi necə
gözəl bilirsən, Fikrət Sadıq! Sənin sərbəst şeirin ağılarımızdan, bayatı
və laylalarımızdan su içib. Balalarına qoşduğun misralarda böyük bir
ata ürəyi gördüm. Yalnız gözəl, mərd yaşayanlar belə bir poeziya
yarada bilərlər. Sənin poeziyan yaşanmış hisslərin bəhrəsidir, Fikrət
Sadıq! Buna görə sən хoşbəхt sənətkarsan».
1
1
Ф.Садыг. Ишля ев арасында. – Бакы, 1997, с.4.