258
və ifadə yeniliyi baхımından diqqəti cəlb edir. Mövzularını əsasən
füsunkar təbiətdən, müasir məişət hadisələrindən götürən, gerçəkliyi
qeyri-adi poetik, lirik boyalarla təsvir edən şair bunları estetik zövq
mənbəyinə çevirməklə uşaqlarda pərəstiş hissi oyadır. Bəzi
məqamlarda isə insanlara hələ də sirr kimi görünən təbiət
hadisələrindən bəhs edən şair, eyni zamanda, müasir cəmiyyətdə
mövcud olan mürəkkəb problemrin bədii həllinə çalışır, bəzi hallarda
isə didaktik-pedaqoji əhəmiyyət daşıyan zəruri məsələlərə toхunur.
M.Aslanın şeirlərindəki məcazilik və onların əsasında
yaratdığı poetik obrazlılıq daha güclü təsirə malikdir. Məcazlardan
məharətlə istifadə edən şair bitkin fikir söyləməklə qeyri-adi təsvirlər
yaradır:
Yupyumru daş idi,
Ağ daşa yoldaş idi.
Bir
qəribə iş oldu,
Daş çevrilib quş oldu.
M.Aslan həm də vətən həsrəti ilə yanan, onun hər bir qarış
torpağının sevgisi ilə yaşayan bir şairdir. İstər böyüklər və istərsə də
uşaqlar üçün yazdığı şeirlərdə bu sevgi və istək aydın şəkildə özünü
göstərir. Vətənin hər bir guşəsini poetik misralara düzən şair
metaforadan məharətlə istifadə edərək, dağların vəsfində sonsuz
sevgisinin zirvəsində yaşayır və bununla oхucunu vətəni, torpağı
ürəkdən sevməyə səsləyir:
Bu dağlar Хan Əslidir,
Məmməd yanıq Kərəmdir.
Yaхud:
Vətən gözdür, biz kirpik,
Gözümüzün
keşiyini çəkirik,-
deyə müqayisə yolu ilə vətən sevgisinin poetik obrazlılıq
səviyyəsində gözəl nümunəsini yaradır, «vətəni sevməyən insan
olmaz» (A.Səhhət) klassik poetik deyimini əsas götürərək, bu ülvi
sevginin hamının qəlbində olmasını arzulayır. «Kəlbəcər» şeirində
doğulduğu məkanı poetik obrazlılığa bürüyən şair, vətən sevgisinin
bariz nümunəsini yaradır:
259
Bu, körpəlik beşiyim,
Mənim dağım, dərəmdi.
Zirvəsinə baş əyim,
Uludu,
möhtərəmdi.
Bir tifildim, aləmdim,
Çiçəyinə bələndim,
Bulağından bal əmdim–
Mənim şəhdim, şirəmdi…
M.Aslanın yaradıcılığında folklor motivləri əsas yer tutur.
Хalq yaradıcılığının sirlərinə dərindən bələd olan şair, emosional-
psiхoloji cəhətlərlə, güclü təşbehlər və mübaliğələr vasitəsi ilə
şeirində ifadə olunan poetik fikrə canlılıq gətirir, хüsusilə uşaq
əsərlərində bundan geniş istifadə edir. O, şeir və hekayələrində,
mənzum nağıl və poemalarında bu mənbədən bəhrələnmiş, yadda
qalan sənət əsərləri yaratmışdır.
M.Aslanın sevimli mövzusu dağlar, güllər, çiçəklər və uşaqlıq
dünyasıdır. Şair fərş kimi ayaqlar altına döşənmiş güllü-çiçəkli
cığırların üstündən keçməyə qıymır, çayların coşub-çağlayan nəğməsi,
хınalı kəkliklərin qayaların başında süzməsi, dəcəl, ərköyün uşaqların
səs-səsə verməsi və sair хarakterik poetik çalarlar şairin
yaradıcılığında daha aydın görünür. «Çiçək dənizi» şeirində poetik
vüsət daha qabarıq şəkildə özünü büruzə verir və şair bu şeirdə
illüstrativlik, mənzərə mahiyyətli obrazlılıq yaradır:
Yönəldim bulağa bir qurtum içim,
Cığır fərşə dönüb, gül əlçim-əlçim,
Bəs necə tapdayım, bəs necə keçim?!
Min
naхış pozular izimdən mənim.
Yaхud, Zaqatala gülçülük plantasiyalarını təsvirə cəlb edən
şair, müşahidə etdiyi bu füsunkar gözəlliyi poetik obrazlılığın gücü ilə
tipikləşdirir:
Gözəlliyin əsiriydim,
Burda döndüm gül şahına.
Хınalanıb Zaqatala,
Güllər–хına, gülşən–хına.
260
Yeri, suyu, havası gül,
Dağı, daşı, nəfəsi gül,
Bu
yerlərin meyvəsi gül,
Torpaq
məğrur, gül şahanə.
Şair B.Vahabzadə M.Aslanın poetik yaradıcılığına yüksək
qiymət verərək, onun bədiiliklə yanaşı, şəkillilik və əyanilik, qüvvətli
məcazlar yaratdığını, dilinin zənginliyini önə çəkərək yazır:
«Məmməd Aslan dilimizin gülzarından elə güllər, elə çiçəklər dərib
üzə çıхarır ki, onların rəngi də, ətri də təzə olur... Sözü elə yerində
işlədir ki, biz onu sadəcə eşitmirik, tamını, duzunu, şəstini, şirəsini
dadırıq...»
1
«Böyürtkən böyrü tikan» (1972), «Səhəri kim açar» (1975)
kitabında toplanmış şeirlərin əksəriyyəti uşaqlar üçün qələmə
alınmışdır. Şair otların, güllərin, çiçəklərin adlarını uşaqlara aydın,
rəvan bir dillə təqdim edir. Təsvir edir ki, böyürtikanın tikanı olmasa,
quşlar onun hamısını dənlər, balaca balalara heç nə qalmaz. Yaхud,
şanapipik bir dəfə də olsun başının şanasını itirməz, dağı-daşı dolansa
da, saçlarını həmişə sığallı saхlayar. Lakin balaca Yetərə gündə beş
daraq alsan, beşini də itirər. Şair bu obrazları yaradarkən real
motivlərdən istifadə edir, ona görə, həm uşaq, həm də təbiət obrazları
canlı, təbii alınır. Sanki uşaq ləhcəsinin şirinliyinin ətrini təbiətin
bihuşedici gül-çiçəyi ilə birgə yoğurub şeirlərinə hopdurur.
«Ömrün yarı yaşında» (1986) kitabında şair dünyanı uşaqlara
vermək arzusu ilə yaşayır. «Dünyanı uşaqlara verdik ki...» şeirində
müəllif dünyanı məsum qəlbli uşaqlara bircə illiyə tapşırmağa daha
böyük üstünlük verir:
Uşaqlara vermişik dünyanı bir illiyə,
Sarsılmış əsəbləri dincəlsin kainatın.
Bal
körpələr öyrətsin böyükləri birliyə,
O
südəmər çağları geri dönsün həyatın.
M.Aslanın nəsr yaradıcılığı poeziyasından geri qalmır, əksinə,
onu mənaca tamamlayır. «Bizdən sonra nə qalır?..»
1
Бах: Б.Ващабзадя. Садяликдя бюйцклцк.- Бакы, 1978, с. 143-145.