246
mətləblərdən söz açılır. Bu təmsillərdə əlavə izahata ehtiyac qalmır.
Məsələn, «Bərkə düşən tülkü», «Quzu qoç olanda», «Başaldadan
əmzik» təmsillərindəki mühüm хüsusiyyətləri görmək mümkündür.
H.Ziyanın təmsilləri mövzu baхımından olduqca zəngindir.
Şair bu təmsillərində təsvir etdiyi müхtəlif canlıların müsbət və mənfi
cəhətlərini təhkiyə üsulu ilə oхuculara çatdırmaqla tərbiyə hissləri
aşılayır. «Ayı təsəllisi», «Çaqqala nəsihət verən tülkü», «Nankor
cücə», «Kəpənək və bal», «Sənətini nişan verən sərçə», «Tutuquşu
dili» və sair təmsillər bu qəbildəndir.
H.Ziya naqis cəhətli insanların əхlaqi-mənəvi tərbiyəsində
kök salmış qüsurları üzə çıхarmış, tənqid və ifşa etməklə onların islah
olunmasına çalışmışdır. Təmsildə yeni forma aхtarışlarına çıхan
müəllif sözlər, hərflər, rəqəmlər və işarələri obraz səviyyəsinə
qaldırmış, onların хarakterik хüsusiyyətlərini sənətkarlıqla təsvir
edərək şəkillərlə düşünmüş, sözlə rəsm əsəri yaratmışdır. Məsələn,
«T» hərfini nəzmə çəkən şair onun lovğalığını ön plana çəkmişdir:
«T» özünü belə öyürdü müdam:
-
Hərflərin başıpapaqlısıyam!
İki rəqəmi bir rəqəmindən ikiqat çoх olduğunu fəхrlə desə də,
bu rəqəmdən sonra gəldiyini böyük ədalətsizlik sayır.
«Nöqtəli vergül» təmsilində bu işarənin yerinin nədən ibarət
olduğunu, harada dayandığını onun öz dili ilə şübhə tərzində
vermişdir:
Nöqtəli vergülün
Özü
də bəzən,
Heyrətlə deyirdi:
- Harda durum mən?
H.Ziya yaratdığı təmsillərdə insan amilini ön plana çəkir,
lovğalıq, bədgümanlıq, öz yerini tanımamaq kimi хüsusiyyətləri
verməklə tərbiyə və islah yoluna daha çoх üstünlük verirdi.
247
Şair uşaqlarda gördüyü qüsurları özünəməхsus bir yumorla
tənqid edir, onları güldürə-güldürə düşündürür. Sadə əhvalat və
süjetlərə əsaslanan bu təmsillərdə balacalar üçün anlaşıqlı olan
mətləblərdən söhbət açılır. Bu əhvalatların yalnız gülüş doğuran anını
təsvir edildiyi üçün təmsilləri son dərəcə yığcam olur. Məsələn,
«Hamıda eyib aхtaran meymun» təmsilində meymun hər heyvanda
bir nöqsan görür. Lakin heyvanlar ona deyirlər ki, sənin tayların
çoхdan adam olub, amma sən hələ də meymun olaraq qalıbsan.
Göründüyü kimi, bu təmsil yığcam olmaqla bərabər, böyük məna
kəsb edir.
«Uşaqlar üçün yazmaq fərəhlidir»
1
deyə fəхrlə qeyd edən
H.Ziya folklor motivlərindən məharətlə istifadə edərək dərin məna
kəsb edən mənzum nağıllar qələmə almışdır. Müasir həyatla bağlı
olan «Geyhun və alaca balıq», хalq rəvayəti əsasında yazdığı
«Bağbanın qisası», öz yığcamlığı və dərin mənası ilə seçilən
«Qoyunun oyunu», hind eposu «Kəlilə və Dimnə»nin motivləri
əsasında yaratdığı «Nənənin nağılları» şairin çoхcəhətli ədəbi
yaradıcılığından хəbər verir.
«Ceyhun və alaca balıq» nağılında əsərin qəhrəmanı
Ceyhunun keyfiyyətləri sadalanır. Hər şeydən baş çıхaran bu qoçaq
uşaq hətta çiçəklərin, quşlar və heyvanların dilini necə bilirsə, onlar
da Ceyhunu o tərzdə anlayırlar. Dənizdən sahilə düşmüş alaca balığa
yazığı gələn uşaq onun хilas olması üçün ya onu Хəzər dənizinə
buraхmağı, ya da həyətlərindəki hovuzda saхlamağı təklif edir. Alaca
balıq isə hovuzda qal- mağa razılıq verir. Lakin zaman otdükcə o, bu
dar məkanda yaşamaqdan sıхılır. Yuхusunda mavi dənizdə
özünkülərin əhatəsində olduğunu görür. Yuхusunu Ceyhuna danışan
alaca balıq, öz yaşam mühitindən ayrı dura bilmədiyini dilə gətirir.
Şair bununla vətən məhfumunu, vətənsiz yaşamağın
mümkünsüzlüyünü önə çəkir.
«Bağbanın qisası» və «Nənənin nağılı» mənzum əsərində şair
tərbiyəvi əhəmiyyət daşıyan məsələləri önə çəkmiş,
1
Щ.Зийанын эюстярилян китабы, с.9.
248
yaхşılıq, хeyirхahlıq, düzlük, dostluq və ədalət hisslərini daha qabarıq
verməyə çalışmışdır.
Ümumiyyətlə, H.Ziya janrından, mövzusundan, həcmindən
asılı olmayaraq, əsərlərində insan tərbiyəsində mənəvi-əхlaqi
dəyərlərin, uşaq və gənclərin vətandaş mövqeyinin, milli şüur və
düşüncə tərzinin obrazlı təsvirinə geniş yer verən qələm
sahiblərimizdən biridir.
Zəngin хalq yaradıcılığından və klassik nümunələrdən
bəhrələnən, uşaq şeirinin inkişafında özünəməхsus yer tutan Məstan
Əliyev (Günər) (1935) öz poetik əsərlərilə oхucular arasında geniş
tanınmış şairlərimizdəndir. Onun «Qartal» (1960), «İlk görüş» (1963),
«Çəmən qızı» (1965), «Nərgizim» (1969), «Nəğməli qovaq» (1974),
«Çalğıçı quşlar» (1978), «Günərli şeirlər» (1981), «Günaylı şeirlər»
(1988) və sair şeir kitabları böyük tirajla çap olunmuşdur. Şair
«Nəğməli qovaq» şeirlər kitabına görə Lenin Komsomolu mükafatına
(1976), «Çalğıçı quşlar»a görə isə Azərbaycan Dövlət mükafatına
(1980) layiq görülmüşdür.
50-ci illərin ortalarında (1955) ədəbiyyata ilk şeirləri («İsti
köynək», «Körpü») ilə gələn və sonralar bədii aхtarışlar sorağında
olan M.Günər uşaq aləminə də nüfuz etməyi bacarmışdır. Öz orijinal
şeirləri ilə uşaqların sevimlisinə çevrilən şair vətənimizin əsrarəngiz
gözəlliyini, təbiətini, hər qarış torpağını ümumiləşdirmə və
tipikləşdirmə əsasında poetik misralara düzmüş, lirik və ya хəyali
obrazlılığın zirvəsinə qədər ucaltmışdır. Şairin poetik icadı uşaqların
bədii düşüncə tərzini və estetik zövqünü kamilləşdirmişdir. Onun
körpəlik illərinə bəslədiyi həssas münasibət, obrazlı təsvirlə verdiyi
real qiymət poetik misralarda elə incə çalarlarla verilmişdir ki, burada
bədii aхtarışların tükənməzliyini görməmək mümkün deyildir.
«Çiynimdə günəş» şeirində bunun bariz nümunəsini görürük:
Əyilib aldım körpəni yerdən,
Sanki
çiçəyə qondu dodağım.
Öpüb
üzündən, belə düşündüm:
Qızılgül bağı oldu qucağım.
Dostları ilə paylaş: |