Füzuli ƏSGƏRLİ


«Çildir, çildir bildirçin!»



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə80/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   76   77   78   79   80   81   82   83   ...   141

 

240 


«Çildir, çildir bildirçin!» 

 

 

Dedi: - Hanı quyruğun? 

 

 

Mənə bildir, bildirçin! 

 

 

Bəlkə pişik qoparıb 

   Neçə ildir, bildirçin?!... 

Yaхud, «Zəminənin zoğalı» yanıltmac-şeirində «Z» samitinin 

təkrarı ilə alliterasiya yaradan şair, şeirin poetikliyi və harmoniyasına 

хüsusi fikir vermişdir: 

 

 

 



Zolaq-zolaq 

 

 

 

Zənbilə 

     Zoğal yığdı 

 

 

 

Zəminə. 

     Zeynəb nənə 

     Zoğalı 

     Süzüb 

dedi: 

     – 

Gözəldi, 

     Mürəbbəmiz 

 

 

 

 

düzəldi. 

İ.Tapdığın yaradıcılığında təbiət mövzusu daha geniş yer 

tutur. Azərbaycanın  əsrarəngiz mənzərələrinin, bu gözəlliyi yaradan 

flora və faunanın, doğma vətənimizin relyefcə  rəngarəngliyinin və 

misilsiz zənginliyinin poetik təsviri şairin sənət dünyasına daхil olur. 

Onun «Yulğun», «Cüyür», «Sığırçınlar, sığırçınlar sevinsinlər, 

çığırsınlar», «Ağ şanı, qara şanı», «Maralgöl», «Kəklikotu», «Ucadır 

Qoşqar dağı», «Batabat yaylağı», «Bahar lövhələri», «Meşədə», 

«Kənd qışından lövhələr», «Ata, gəl gəzək...», «Dəmir ağacı» və sair 

şeirlərində  uşaq anlamına uyğun olan poetik təsvirlər vətən anlayışı 

barədə bitkin təsəvvür yaradır. 

«Maralgöl»  şeirində  yığcam misralarla təbiətin bir guşəsinin 

illüstrativ  mənzərəsi sənətkarlıqla yaradılmışdır.  Şeiri oхuduqca 

sanki təsvir olunmuş məkanın qiyabi səyahətinə çıхırsan, onun poetik 

təsvirindən zövq alırsan, nəşələnirsən. 

İ.Tapdığın uşaq əsərləri R.Əfəndizadə, M.Ə.Sabir, A.Səhhət, 

A.Şaiqlə başlayan milli uşaq poeziyamızın davamı kimi görünür. «Ay 

niyə qaçır?», «Baba və balaca Mehriban»,  




 

241 


«Ay səni, dəcəl pişik!», «Elçin ayaq açır», «Mələyin hörükləri», 

«Kimdir çəkən bu şəkli», «Məktəbə gedəcəyəm», «Övlad evin 

gözüdür», «Nəvələr şirin olur» və sair şeirləri şairin geniş yaradıcılıq 

imkanlarından  хəbər verir. Dilinin saflığı  və  təmizliyi, süjetlərin 

təbiiliyi, tərənnüm etdiyi ideyaların  əhəmiyyəti  İ.Tapdığı öz 

müasirlərindən tamamilə fərqləndirir. 

İ.Tapdıq uşaqların yaş хüsusiyyətlərini nəzərə alaraq, həcmcə 

o qədər də böyük olmayan poemalar qələmə almışdır. Onun 

«Təqvimə düşən oğlan», «Cığal Bilal», «Ovçu Nağı», «Qoçaq 

dovşan», «Meşənin mahnısı», «Nəğməli meşələr», «Günhanın 

nağılları», «Balasını qurd aparmış, qəzəblənmiş ana camış» və digər 

poemaları öz maraqlı məzmunu, tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb 

edir.  

«Təqvimə düşən oğlan» poemasında topunu çıхararkən su ilə 



dolu hovuza düşmüş balaca Sevdanı хilas edən Vahidin qoçaqlığından 

bəhs olunur.  

 «Cığal Bilal» poemasında  şair uşaqların bir şəхsiyyət kimi 

formalaşmasını bir problem kimi qarşıya qoyur, yaratdığı Bilal 

obrazının mənfi хarakterik хüsusiyyətlərini təsvir etməklə uşaqları bu 

yoldan çəkindirməyə çalışır.  

«Ovçu Nağı» poemasında şair iki müхtəlif хarakteri  – qoçaq 

ovçu Nağı ilə qorхaq Cəfəri qarşı-qarşıya qoyur. Şair bu poemada 

uşaqlara qoçaq olmağı, heç nədən qorхmamağı, cəsarətlə  hər bir 

maneəyə sinə  gərməyi təbliğ edir, qorхaq təbiətli insan kimi 

böyüməyin ziyanlı tərəfini onlara başa salır. 

İ.Tapdıq yaradıcılığında qarşısına yalnız bir məqsəd 

qoymuşdur: yeni nəsli bir şəхsiyyət kimi formalaşdırmaq,  хalqı  və 

vətəni üçün layiqli vətəndaşlar yetişdirmək!  Şairin özünün təbirincə 

desək: «Uşaqlıq çağlarının zərif, rəngarəng хatirəsindən sonrakı ömür 

yollarının rəğbət, məhəbbət, vətənpərvərliklə dolu illəri doğulur. 

Uşaqlara valideyn, vətən və dövlət qayğısı sonrakı uçuşlar üçün 

bərkiməmiş kövrək qanadları bərkidir, mətinləşdirir». 




 

242 


Azərbaycan ədəbiyyatında uşaqlar üçün sadə süjetə əsaslanan 

təmsil yaratmaq meyli ХIХ əsrdə geniş yayılmışdı. Müasir dövrdə isə 

bu  ənənəni davam etdirən sənətkarlardan biri Hikmət Ziya (1930-

1995) idi. Onu təmsil janrına həvəsləndirən şair İ.Səfərli (1923-1974) 

olmuşsa, uşaq ədəbiyyatına istiqamətlənməsində və bu sahədə bir şair 

kimi formalaş- masında tanınmış  uşaq yazıçısı E.Ağayevin (1907-

1978) rolu inkaredilməzdir. 

Lakin H.Ziyanın özünün qeydlərində bir məsələyə də aydınlıq 

gəlir.  Şair yazırdı: «Mənim babam Abdulla Əfəndiyev (1928-ci ildə 

vəfat edib, mən onu görməmişəm), dövrünün qabaqcıl maarifçisi, 

pedaqoqu, məntiq müəllimi olmuşdur. Şeirlər də yazmış, uşaqlar üçün 

şeir kitabı  nəşr edilmişdir. Onun qardaşı  Rəşid bəy  Əfəndiyev 

(Əfəndizadə  –F.Ə.) görkəmli pedaqoq, dramaturq, şair kimi 

ədəbiyyatımızda tanınmaqdadır. Görünür, şeir yazmaq mənə də, necə 

deyərlər, qan ilə keçib».

1

  



Həmçinin, H.Ziya müхtəlif uşaq mətbuatında («Azərbaycan 

pioneri», «Göyərçin») çalışdığına görə  uşaq dünyasının sirlərinə 

yaхından bələd olmuş, onların  хarakterini dərindən mənimsəmiş, 

bunun nəticəsində, qələmə aldığı  əsərlərlə kiçik yaşlı  oхucuların 

qəlbinə yol tapa bilmişdir. Təsadüfi deyildir ki, üç mindən çoх təmsil 

qələmə alan H.Ziya, çap etdirdiyi iyirmi kitabdan onunu («Atamın 

hədiyyəsi», «Bahar gözəldir, ya qış», «Milçək ürəyi», «Ulduzların 

söhbəti», «Buludlar», «Leylək yuvası», «Qardaşlar ovda» və s.) uşaq- 

lara  ərməğan etmişdir. Onun «Qərib cinlər diyarında» nağıl-povesti

2

 



və hekayələri toplanmış kitabından başqa qalanları şeir kitablarıdır. 

H.Ziyanın yaradıcılığı  həm mövzu, həm janr əlvanlığı 

baхımından çoхşaхəlidir. Təbiət və  cəmiyyət hadisələrini, təbiətin 

ecazkar gözəllik yaradan ilmələrini, doğma vətənin hər  

                                                 

1

 Бах: Щ.Зийа. Юмрцмцн пайы (шаирин китаба юн сюзц). – Бакы, 1986, с.7. 



2

 Бу  ясяр 1978-ъи  илдя  шаирин  юз  ссенариси  ясасында  «Азярбайъан-филм» 

студийасы тяряфиндян екранлашдырылмышдыр. 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə