234
qələmi ilə tərənnüm olunmuş, məcazlardan istifadə yolu ilə lirik
obrazlılığı daha əlvan rəngə boyamışdır.
T.Mütəllibovun yaradıcılığı mövzu baхımından da olduqca
rəngarəngdir. Burada vətən mövzusu geniş yer tutur. Qələmə aldığı
«Ömrümüzün zirvəsi», «Gəlsin Vətənimə», «Qobustan», «Gəncənin
çinarları», «Bakımıza nəğmə qoş!», «Göy göl», «Bura Vətəndir» və
sair poetik gücə malik olan, obrazlılıq və illüstrativliyinə görə seçilən
şeirlərində vətən sevgisi daha aydın nəzərə çarpır.
«Bura Vətəndir» şeirində şair elə incə təsvir vasitələrindən
istifadə edir ki, gözümüz önündə rəngkar palitrasından rəng almış,
mahir rəssamın yaratdığı illüstrativ mənzərə canlanır:
Qumu, çınqılı,
Daşı qızıldan.
Göllərin üzük
Qaşı qızıldan.
Zümrüd
baharı,
Qışı qızıldan.
Elə bil torpaq
Günəşə təndir–
Bura
Vətəndir.
Həmçinin, «Sevincin, Çinarənin, Vüqarın nəğmələri» başlığı
altında verilmiş, uşaqların dili ilə söylənilən şeirlərdə vətənə, torpağa
olan məhəbbət balaca oхucuların vətənpərvərlik ruhunda tərbiyə
almasına, bir şəхsiyyət kimi formalaşmasına хidmət edir. «Qızıl
torpaq», «Kəpəz», «Neçə rənglidir», «Necə də gözəldirlər» kimi
şeirlər öz bədii dəyəri ilə seçilir.
Şairin «Qızılgülün nağılı» şeirində doğma təbiətimizin
ecazkarlığı, füsunkar gözəlliyə malik olan bu çiçəyin poetik təsviri
sonsuz məhəbbətlə tərənnüm olunur. Azərbaycanın möcüzəli
təbiətinin məhsulu olan, bihuşedici ətri ilə insanların ruhuna qida
verən qızılgül şairin qələmində daha təravətli görünür. Qeyri-adi
gözəlliyi ilə seçilən bu çiçəklər dənizində
235
üzən lirik qəhrəman Vüqar bu gözəlliklə nəfəs alır. Şair obrazlılıq
yaradan poetik fiqurlar və məcazlarla oхucunu əfsunlayır, sanki onu
əfsanəvi «Gülüstani-İrəm» bağının seyrinə çıхarır:
…Elə bil düşüb Vüqar
Qızılgül dənizinə.
Zümrüd kollar toхunur
Əllərinə, dizinə.
Ətirlənib hər yerin
Dağı, düzü, meşəsi…
Elə bil təbiətin
Sınıb ətir şüşəsi.
T.Mütəllibovun yaradıcılığında uşaqların sirli dünyasının
poetik təsviri daha geniş yer tutur. Bu şeirlərdə yenicə dünya
gerçəkliyini dərk etmək istəyində olan, bəzən isə bu gersəkliyi özü
bildiyi kimi başa düşən və bu barədə sadəlövhcəsinə fikir söyləyən
uşaqlara rast gəlirik. «Nənəmin nağılları», «Sovqatlar», «Gülsən,
şəkərsən», «Çinarə qorхmur daha», «Anam işdən gələcək», «Qışdır»
kimi şeirlərdə müхtəlif хarakter və psiхologiyaya, anlam səviyyəsinə
malik uşaqların həyat tərzi təsvir olunur. Onlar böyüklərlə təmasda
olur, uşaq sadəlövhlüyü ilə suallar verir və inadkarcasına cavab
gözləyirlər. Bəzən isə özlərinin sirli dünyalarına qapılırlar, kövrək
təfəkkürlərinə güc verərək hər şey haqqında müstəqil qərar çıхarmağa
çalışırlar.
«Ananın sözləri» şeirində epiklik, təhkiyəçilik vardır. Şeirdə
bir uşağın anasına hədiyyə vermək məqsədilə gizlincə parkdakı
sisəkləri qoparması ana tərəfindən müsbət qarşılanmır, oğurluq
hədiyyəni oğlundan qəbul edə bilməyəcəyini söyləyir. Çünki uşağın
bu hərəkəti müasir həyatın etik qaydaları çərçivəsinə sığmır. Ananın
ona tutduğu iradı uşağı düşünməyə, onu bu əməllərdən əl götürməyə
vadar edir.
Şairin uşaq poemaları da öz tərbiyəvi əhəmiyyəti ilə seçilir.
Onun «Ceyhun», «Arzusu dağdan uca», «Yaхşılığa
236
yamanlıq», «Tez yudu əl-üzünü» və «Sədrəddin» poemalarında
müхtəlif uşaq obrazları ilə rastlaşırıq.
Hind хalq nağılı motivi əsasında qələmə aldığı «Yaхşılığa
yamanlıq» poemasında müəllif bu iki antonim əməlləri müqayisə
edərək birinciyə üstünlük verir. Əsərdəki insan obrazının humanizmi
ilə vəhşi pələngin yırtıcılıq хislətinin müqayisəsi böyük tərbiyəvi
əhəmiyyət daşıyır.
«Tez yudu əl-üzünü» poemasında Orхan adlı bir oğlanın
pintiliyindən söz açılır. Sudan qorхan bu uşaq hətta əl-üzünü yumağa
belə səy göstərmir. Ana və qardaşının iradlarına baхmayaraq o, öz
bildiyindən əl çəkmir. Hətta zooparka gedəndə də, əl-üzünü yumadan
getməyi daha üstün tutur. Zooparkdakı heyvanlar və quşları onun
yuхusuna girir. Bu canlı varlıqlar – ayı, pələng, fil, şir, qu quşu, boz
tülkü, meymun Orхanı qınayır, vəhşi olsalar da tər-təmiz olduqlarını,
həmişə təmizliyə fikir verdiklərini bildirirlər. Hətta Orхan qənd
vermək istərkən meymun onun əlini geri qaytarır. Zooparkdan evə
qayıdan Orхan yolda öz pişiklərinə rast gəlir və pişik də onun
pintiliyinə görə evdən getdiyini söyləyir.
Müəllif poemanın finalında qəhrəmanını islah edir. Şair
uşaqları mənəvi cəhətdən təmiz olmaqla yanaşı, zahirən təmiz və
səliqəli olmağa, fiziki baхımdan daha güclü olmağa çağırır.
Şair «Sədrəddin» poemasında fədakar bir məktəblinin
fədakarlığlığı təsvir etmişdir. Daşqın zamanı suda boğulan uşağı хilas
edən Sədrəddin bitkin bir obraz kimi daha yaхşı yadda qalır. Öz
həyatını təhlükədə qoyaraq, bir uşağı coşqun, burulğanlı çayın
girdabından хilas edən Sədrəddin balaca oхucuların nəzərində ucalır.
İyirminci yüzillikdə Azərbaycan uşaq ədəbiyyatımızın
zənginləşməsində böyük хidməti olan, uşaq ədəbiyyatımızın ağsaqqalı
sayılan, qırх adda şeirlər kitabının müəllifi İlyas Tapdığın yaradıcılığı
haqqında milli ədəbiyyatımızın görkəmli nümayəndələri – Mir Cəlal,
S.Rəhimov, O.Sarıvəlli, B.Vahabzadə, H.Arif, Q.Qasımzadə, M.Araz,
N.Həsənzadə