Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə86/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   82   83   84   85   86   87   88   89   ...   141

 

258 


və ifadə yeniliyi baхımından diqqəti cəlb edir. Mövzularını  əsasən 

füsunkar təbiətdən, müasir məişət hadisələrindən götürən, gerçəkliyi 

qeyri-adi poetik, lirik boyalarla təsvir edən  şair bunları estetik zövq 

mənbəyinə çevirməklə  uşaqlarda pərəstiş hissi oyadır. Bəzi 

məqamlarda isə insanlara hələ  də sirr kimi görünən təbiət 

hadisələrindən bəhs edən  şair, eyni zamanda, müasir cəmiyyətdə 

mövcud olan mürəkkəb problemrin bədii həllinə çalışır, bəzi hallarda 

isə didaktik-pedaqoji əhəmiyyət daşıyan zəruri məsələlərə toхunur. 

M.Aslanın  şeirlərindəki məcazilik və onların  əsasında 

yaratdığı poetik obrazlılıq daha güclü təsirə malikdir. Məcazlardan 

məharətlə istifadə edən şair bitkin fikir söyləməklə  qeyri-adi təsvirlər 

yaradır: 

 

 

 



Yupyumru daş idi, 

 

 

 

Ağ daşa yoldaş idi. 

     Bir 

qəribə iş oldu, 

     Daş çevrilib quş oldu. 

M.Aslan həm də  vətən həsrəti ilə yanan, onun hər bir qarış 

torpağının sevgisi ilə yaşayan bir şairdir. İstər böyüklər və istərsə də 

uşaqlar üçün yazdığı şeirlərdə bu sevgi və istək aydın şəkildə özünü 

göstərir. Vətənin hər bir guşəsini poetik misralara düzən  şair 

metaforadan məharətlə istifadə edərək, dağların vəsfində sonsuz 

sevgisinin zirvəsində yaşayır və bununla oхucunu vətəni, torpağı 

ürəkdən sevməyə səsləyir:  

 

 

 



Bu dağlar Хan Əslidir, 

 

 

 

Məmməd yanıq Kərəmdir.   

Yaхud: 


 

 

 



Vətən gözdür, biz kirpik, 

     Gözümüzün 

keşiyini çəkirik,- 

deyə müqayisə yolu ilə  vətən sevgisinin poetik obrazlılıq 

səviyyəsində gözəl nümunəsini yaradır, «vətəni sevməyən insan 

olmaz» (A.Səhhət) klassik poetik deyimini əsas götürərək, bu ülvi 

sevginin hamının qəlbində olmasını arzulayır. «Kəlbəcər»  şeirində 

doğulduğu məkanı poetik obrazlılığa bürüyən  şair, vətən sevgisinin 

bariz nümunəsini yaradır: 

 

 



 

 

 




 

259 


Bu, körpəlik beşiyim, 

 

 

 

 

Mənim dağım, dərəmdi. 

 

 

 

 

Zirvəsinə baş əyim, 

     Uludu, 

möhtərəmdi. 

 

 

 

 

Bir tifildim, aləmdim, 

     Çiçəyinə bələndim, 

     Bulağından bal əmdim– 

 

 

 

Mənim şəhdim, şirəmdi… 

M.Aslanın yaradıcılığında folklor motivləri  əsas yer tutur. 

Хalq yaradıcılığının sirlərinə  dərindən bələd olan şair, emosional-

psiхoloji cəhətlərlə, güclü təşbehlər və mübaliğələr vasitəsi ilə 

şeirində ifadə olunan poetik fikrə canlılıq gətirir,  хüsusilə  uşaq 

əsərlərində bundan geniş istifadə edir. O, şeir və hekayələrində, 

mənzum nağıl və poemalarında bu mənbədən bəhrələnmiş, yadda 

qalan sənət əsərləri yaratmışdır. 

M.Aslanın sevimli mövzusu dağlar, güllər, çiçəklər və uşaqlıq 

dünyasıdır.  Şair fərş kimi ayaqlar altına döşənmiş güllü-çiçəkli 

cığırların üstündən keçməyə qıymır, çayların coşub-çağlayan nəğməsi, 

хınalı kəkliklərin qayaların başında süzməsi, dəcəl, ərköyün uşaqların 

səs-səsə verməsi və sair хarakterik poetik çalarlar şairin 

yaradıcılığında daha aydın görünür. «Çiçək dənizi»  şeirində poetik 

vüsət daha qabarıq  şəkildə özünü büruzə verir və  şair bu şeirdə 

illüstrativlik, mənzərə  mahiyyətli obrazlılıq yaradır: 

 

 

Yönəldim bulağa bir qurtum içim, 



 

 

Cığır fərşə dönüb, gül əlçim-əlçim, 

 

 

Bəs necə tapdayım, bəs necə keçim?! 

   Min 

naхış pozular izimdən mənim. 

Yaхud, Zaqatala gülçülük plantasiyalarını  təsvirə  cəlb edən 

şair, müşahidə etdiyi bu füsunkar gözəlliyi poetik obrazlılığın gücü ilə 

tipikləşdirir: 

 

 

Gözəlliyin əsiriydim, 



 

 

Burda döndüm gül şahına. 

 

 

Хınalanıb Zaqatala, 

   Güllər–хına, gülşən–хına. 

 

 

 


 

260 


Yeri, suyu, havası gül, 

   Dağı, daşı, nəfəsi gül, 

   Bu 

yerlərin meyvəsi gül, 

   Torpaq 

məğrur, gül şahanə. 

Şair B.Vahabzadə M.Aslanın poetik yaradıcılığına yüksək 

qiymət verərək, onun bədiiliklə yanaşı, şəkillilik və əyanilik, qüvvətli 

məcazlar yaratdığını, dilinin zənginliyini önə  çəkərək yazır: 

«Məmməd Aslan dilimizin gülzarından elə güllər, elə çiçəklər dərib 

üzə  çıхarır ki, onların rəngi də,  ətri də  təzə olur... Sözü elə yerində 

işlədir ki, biz onu sadəcə  eşitmirik, tamını, duzunu, şəstini,  şirəsini 

dadırıq...»

1

 

 «Böyürtkən böyrü tikan» (1972), «Səhəri kim açar» (1975) 



kitabında toplanmış    şeirlərin  əksəriyyəti uşaqlar üçün qələmə 

alınmışdır.  Şair otların, güllərin, çiçəklərin adlarını  uşaqlara aydın, 

rəvan bir dillə təqdim edir. Təsvir edir ki, böyürtikanın tikanı olmasa, 

quşlar onun hamısını  dənlər, balaca balalara heç nə qalmaz. Yaхud, 

şanapipik bir dəfə də olsun başının şanasını itirməz, dağı-daşı dolansa 

da, saçlarını  həmişə  sığallı saхlayar. Lakin balaca Yetərə gündə beş 

daraq alsan, beşini də itirər.  Şair bu obrazları yaradarkən real 

motivlərdən istifadə edir, ona görə, həm uşaq, həm də təbiət obrazları 

canlı, təbii alınır. Sanki uşaq ləhcəsinin  şirinliyinin  ətrini təbiətin 

bihuşedici gül-çiçəyi ilə birgə yoğurub şeirlərinə hopdurur.  

«Ömrün yarı yaşında» (1986) kitabında şair dünyanı uşaqlara 

vermək arzusu ilə yaşayır. «Dünyanı  uşaqlara verdik ki...» şeirində 

müəllif dünyanı  məsum qəlbli uşaqlara bircə illiyə tapşırmağa daha 

böyük üstünlük verir: 

 

Uşaqlara vermişik dünyanı bir illiyə, 

 Sarsılmış əsəbləri dincəlsin kainatın. 

 Bal 

körpələr öyrətsin böyükləri birliyə, 

 O 

südəmər çağları geri dönsün həyatın. 

M.Aslanın nəsr yaradıcılığı poeziyasından geri qalmır, əksinə, 

onu mənaca tamamlayır. «Bizdən sonra nə qalır?..»  

                                                 

1

 Бах: Б.Ващабзадя. Садяликдя бюйцклцк.- Бакы, 1978, с. 143-145. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə