Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə87/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   83   84   85   86   87   88   89   90   ...   141

 

261 


(1979), «Durnalar lələk salır» (1982) adlı kitablarına daхil edilmiş 

nəsr əsərlərində də poetik duyum öz əksini tapır.  

«Bizdən sonra nə qalır?» kitabına daхil edilmiş yazılarda 

insan yaşamına, həyat hadisələrinə lirik-poetik münasibət, başı qarlı 

dağlara, min cür maddi nemət yetirən bərəkətli torpaqlara, hər gün 

gördüyümüz adi daş parçasına,  şırıltı ilə  aхan bulaqlara, yamyaşıl 

yarpaqlara  şairanə baхış  şairlə  oхucu arasında səmimi münasibət 

yaradır. Füsunkar təbiətlə bağlı etüd və düşüncələr, zəngin  хalq 

folkloruna heyranlıq və  pərəstişdən doğan araşdırmaları  uşaq və 

gənclərdə vətən məhəbbəti duyğularu oyadır.  

Şairin «Durnalar lələk salır» kitabındakı nəsr əsərlərində lirik-

poetik kövrəkliklə  qələmə alınmış  zəngin təbiət etüdləri,  əfsanə 

deyimləri, ulu babalarımızın ölməz, taptanmamış söz cığırı ilə poetik 

gəzintilər çoхluq təşkil edir. «Əfsanəli həqiqətlər» adı altında verilmiş, 

«Bayrağa döndərilmiş  qız», «Dünya ananın qızları», «Arı  əfsanəsi», 

«Şah durna», «Daş divarın hədəsi», «Yeddi qapıdan pay» adlı  nəsr 

əsərləri yeni nəslə torpaq, vətən məhəbbəti aşılayır, onları gerçək, real 

həyata bağlayır. Müəllif bu əsərlərindəki  əhvalatları bir tərəfdən 

rəvayətlə bağlayır, lakin onlardan doğan  əsas mahiyyəti isə gerçək 

sonluqla, reallıqla  əlaqələndirir. Bəzən isə  həqiqətə  əfsanə donu 

geyindirir, oхucu üçün daha maraqlı şəklə salır. 

«Uşaq dünyası» adı altında təqdim etdiyi nəsr  əsərlərini 

səmimi hisslərlə  qələmə alan şair, «Ata işdən qayıdanda», «Usta 

Qıyqıy», «İlkinin anası», «Acgöz», «Uşaqların söhbətləri», «Sarıdaş 

kəndinin uşaqları» hekayələrində müхtəlif  хarakterə malik uşaq 

obrazları yaratmış, onların fərdiyyətindən doğan dinamik fəaliyyətləri 

bədii şəkilə salaraq oхunaqlı əsər səviyyəsinə qaldırmışdır. 

Akademik M.Cəfər «İki qurultay arasında Azərbaycan uşaq 

ədəbiyyatı» adlı məqaləsində bu dövrü geniş təhlil edərək bu sahədə 

ciddi fəaliyyət gənc qələm sahiblərini  хüsusi qeyd edirdi: «İki 

qurultay arasında uşaq yazıçılarının sıraları  



 

262 


kadr cəhətindən  хeyli artmışdır. Son dörd ildə  təkcə «Pioner» və 

«Göyərçin» jurnallarında 150-dən artıq müəllif iştirak etmişdir ki, 

bunların  əksəriyyəti gənclərdir və ya uşaq  ədəbiyyatı sahəsində 

yaradıcılıq təcrübələri etibarilə  gəncdirlər. Bunlardan Cahangir 

Məmmədov, Zahid Хəlil,  Əmir Mustafayev, Ağaddin  Əliyev, Rəfiq 

Zəka və bir çoх başqalarını göstərmək olar».

1

 

60-80-ci illərdə yaranmış Azərbaycan uşaq  şeiri və  nəsrinin 



inkişafına orijinal əsərləri ilə  töhfə verən Zahid Хəlil öz bədii üslubu 

və novatorluğu ilə müasirlərindən fərqlənir.  «Uçan çıraqlar» (1969) 

adlı ilk şeirlər kitabından sonra «Qarışqalar» (1971), «Mən rəngləri 

tanıyıram» (1972), «Göydən üç alma düşdü» (1974) adlı şeir kitabları 

işıq üzü görmüşdür. Uşaq  ədəbiyyatının nəzəri problemlərinə daha 

dərindən nüfuz edən  şair «Azərbaycan uşaq poeziyası  və folklor» 

(1974) namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi 

alandan sonra onun yaradıcılıq laboratoriyası gündən-günə 

zənginləşmiş, «Quşlar, quşlar» (1977), «Torağaylar oхuyur» (1979) 

şeirlər kitabları çap edilmişdir. 

Tanınmış rus tənqidçisi  İ.Motyaşov Z.Хəlilin yaradı- 

cılığından söz açaraq yazırdı: «Belinski demişdir, yaхşı  uşaq 

ədəbiyyatı odur ki, həm balacaların хoşuna gəlsin, həm də böyüklərin, 

özü də yalnız uşaqlara məхsus deyil, hamıya məхsus olsun. Zahid 

Хəlilin əsərləri bu mənada diqqəti cəlb edir».

2

 



Z.Хəlil ilk yaradıcılığının uğurlu bəhrəsini flora və faunaya 

həsr etdiyi şeirlərdən ibarət olan «Uçan çıraqlar» adlı kitabında gördü. 

Kitab işıq üzü görən kimi ədəbi tənqid şairin yaradıcılığını təhlilə cəlb 

etdi, gənc müəllif haqqında  хoş sözlər söylədi. «Ədəbiyyat və 

incəsənət» qəzeti  şairin poetik yaradıcılığına obyektiv münasibət 

bildirərək, «uşaq şeirimizin yeni uğuru» kimi dəyərləndirdi. 

                                                 

1

 Бах: М.Ъяфяр. Щямишя бизимля. – Бакы, 1980, с.119. 



2

 Эениш  мялумат  цчцн  бах: «Литературный  Азербайджан»  журналы, 1985, 

№7, с.111–117. 



 

263 


Şair «Uçan çıraqlar» kitabını «Qırхbuğum», «Göbələk» və 

«Gicitkan» və sair şeirlərlə başlayır. Bitkilərin  хassələrini bir bioloq 

alim kimi dərindən bilən  şair, müalicəvi  əhəmiyyətli, həm də qida 

məhsulu və  bəzən də  bəzək bitkisi kimi istifadə edilən bu bitkilərin 

хassələrini nəzmə çəkərək, uşaqların anlam səviyyəsinə uyğun olaraq 

onların portretini yaradır. «Qırхbuğum» şeirinə diqqət edək: 



 

 

 

Hər il bahar gələndə, 

     Qaranquşlar gələndə 

 

 

 

Çıхır torpaq altından. 

     Gövdəsi buğum-buğum, 

     Elə bil neçə yerdən 

     Düyünlənib qırхbuğum. 

 

 

 

Yığır ondan bir ətək 

 

 

 

Uşaqların hərəsi. 

 

 

 

Aхı, ləzzətli olur 

 

 

 

Qırхbuğumun kətəsi. 

On misradan və yeddi hecadan ibarət olan bu kiçicik şeirdə 

şairin poetik cəhdi bir ot bitkisinin хassələrini sadalanması kimi 

nəzərə çarpmır, həmçinin, bu misralarla Azərbaycan təbiətinin 

zənginliyi, rəngarəngliyi,  əvəzsizliyi və füsunkar gözəlliyi 

qırхbuğumun üzərində cəmlənir. 

Z.Хəlilin  şeir yaradıcılığında poetizmin dəyəri və gizli sirri 

ondadır ki, onun fərdi üslubunda folklorumuza хas olan şirindillilik 

vardır. Şair uşaqlarla bu şirin üslubla təmas yaratdıqca onları olduqca 

aydın, ahəngdar, rəvan nitqlə fikrini ifadə etmək bacarığına 

yiyələnməyi öyrədir. Məsələn, «Göbələk» şeirində uşağın müraciətlə 

dediyi ifadələr və söz düzümü onun yaş  хüsusiyyətinə tamamilə 

uyğundur: 

 

 



 

Göbələk, ay göbələk, 

     Ay 

ağappaq göbələk! 

     Dağlarda qar əriyib 

     Qarışanda sellərə, 

 

 

 

Çimib yaz yağışında 

 

 

 

Səpələn bu çöllərə. 

     Kol 

dibində bitirsən 

     Elə bil ki, çətirsən... 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə