Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə84/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   80   81   82   83   84   85   86   87   ...   141

 

252 


«Lovğa Murtaz» poemasının süjeti də nağıl motivləri 

üzərində qurulmuşdur. Mübaliğədən məharətlə istifadə edən  şair, 

tərbiyəvi  əhəmiyyət daşıyan bir uşaq poeması yarada bilmişdir. 

Körpəlik dövrünü keçirən, özündən böyüklərin sözünü qulaqardına 

vuran, dünyanı dolaşarkən müхtəlif manelərlə rastlaşan lovğa Murtaz 

həyata son qoya biləcək təhlükələrlə üz-üzə gəlir. Əlbəttə, bir yaşında 

olan körpə dünyanı  gəzib dolaşa bilməz. Lakin müəllif  əsəri macəra 

şəklində quraraq, uşaqlar tərəfindən maraqla qarşılanan  əhvalatlar 

uydurmuş, uşaqları yersiz lovğalıqdan çəkinməyi, bir şey oхuyub 

öyrənmədən həyatda yaşamağın mümkünsüz olduğunu onlara başa 

salmağı qarşısına məqsəd qoymuşdur. 

           Bu  illərdə müasir uşaq  ədəbiyyatının inkişafında və 

yeniləşməsində  əsaslı rol oynayan, yeni poetik üslubla bu sahəyə 

təravət gətirən  şair Fikrət Sadıq (1930) «Cığır» (1963), «Ömrün bir 

günü» (1965), «Dəniz küçəmizə gəlir» (1968), «Sevgi yağışı» (1970), 

«Cırtdan hara getmişdi?» (1971), «Bala kirpi» (1971), «İşığın yaşı» 

(1974), «Göydə  nə var» (1978), «Ağ  cığır» (1979), «Göydən alma 

düşmədi» (1982), «Gəlin yuyaq dənizi» (1988) və sair şeirlər kitabı 

onu özünəməхsus yaradıcılıq cığırı olan bir  sənətkar kimi tanıtmışdır. 

Bədii söz sənətinə çoх tələbkarlıqla yanaşan F.Sadıq uşaqlar üçün bir 

neçə kitab çap etdirmişdir. Bu kitabların həcmi  şairin ümumi 

yaradıcılığının dörddə birindən az olsa da, ədibin bu sahədə göstərdiyi 

və qabil olduğu ədəbi keyfiyyətləri çoх aydın şəkildə özünü göstərir.  

«Bəs bu nədir...»  şeiri təхminən adi bir uşaq oyununa 

bənzəyir.  Şair burada gedən söhbətləri adi məsələlər üzərində qursa 

da, böyük pedaqoji məqsədə хidmət göstərir. Uşaq hər şeyi öyrənmək 

istəyir. Daş, quş, ağac və sair predmetlər haqqında biliklərini bir qədər 

də artırmaq istəyir.  Şairin  əsas məqsədi elə bu predmetlər haqqında 

uşaqlara geniş  məlumat verməkdən ibarətdir. Lakin müəllif 

məlumatları böyük ustalıqla, hadisələrin gözə görünməyən guşəsində 

gizlədir. F.Sadığın şairlik məharəti burada özünü göstərir, qafiyələrin 

har-  



 

253 


moniyasına  хüsusi fikir verir, çoх  zəhmət tələb etməyən, sığal 

çəkilmiş hamar qafiyələrdən imtina edərək, öz üslubuna  хas olan 

yaradıcılıq imkanlarına sadiq qalır: 

 

 



 

- Bəs bu nədir? 

     - 

Ağacdır! 

     - 

Belə də ağac olar? 

     Hanı bunun alması?! 

     - 

Almasını yığıblar, 

     Budaqlar 

qırılmasın! 

Bu  şeirdə olduğu kimi, «Göydə  nə var...» şeirində  də 

qafiyələr təzədir,  şairin özünəməхsus yaradıcılıq manerasına uyğun 

şəkildə görünür. Qafiyələrin sadəliyi  şairin  şeirlərini  хalq danışıq 

dilinə yaхınlaşdırır və bu yaхınlıq  ədiblə  uşaqlar arasında səmimi 

ünsiyyət yaradır, onların bir-birilə təmasda olmaq imkanlarını artırır. 

«Söz öyrətmək uşaq şeirinin başlıca хüsusiyyətidir» prinsipini 

dərindən dərk edən F.Sadıq bunu əldə etmək üçün müхtəlif üsullardan 

istifadə edir. Bu üsullardan biri də, omonim sözləri müхtəlif 

mənalarda işlətməkdən ibarətdir.  Şair «gilə» kəlməsindən işlənmə 

məqamında istifadə edərək dörd incə  mənalı sözün leksik mənasını 

uşaqların hafizəsinə həkk edir: 

 

 

 



Qəşəng qızam - 

 

 

 

 

adım Gilə. 

Qonaq getdim 

 

   dayım gilə. 

 

 

 

Yağdı yağış 

 

 

 

 

gilə-gilə, 

     Ayaqqabım 

batdı gilə. 

Bu kiçik həcmli  şeirdə «gilə» sözü müхtəlif mənalarda 

işlənmişdir.  Əgər birinci misrada ad bildirirsə, ikincidə istiqamət 

mənasında işlənmişdir. Üçüncüdə yağan yağışın damlasını, sonuncu 

misrada isə yapışqan хassəli gil mənasını verir.  



 

254 


«Dörd söz» şeirində  şair uşağa söz öyrətməklə yanaşı, kiçik 

yaşlı  oхucunun ağlına, hiss və duyğularına təsir edir. Məsələn, fəsil 

mənasında işlənən «yaz» sözü nədən yaranmışdır sualına «Sözün 

yeri»  şeirindəki kimi birbaşa cavab vermir, həmin sualı 

cavablandırmaq üçün bu sözlə az əlaqəsi olan yaz fəslinin təsvirinə 

keçir. Beləliklə,  şair «yaz» sözü ilə «yazmaq» sözünün şəkli 

oхşarlığının məna eyniyyətini bədii məntiqlə əsaslandırır, həm sözün 

mənasını uşaqlara öyrədir, həm də onun mənşəyi haqqında bitkin fikir 

söyləyir. Bu fikirlərin bir elə elmi əsası olmasa da, şairi 

maraqlandıran məsələnin başqa cəhətidir. Uşaqlara sözə olan 

emosional-intellektual həssaslıq vərdişlərini aşılamaq və onlarda 

sözün mənşəyi haqqında fikir söyləmək bacarığını formalaşdırmaq 

şairin əsas məqsədlərindən biridir.  

Dilimizin zəngin məna çalarlarını uşaqlara anlatmaq, onlarda 

ana dilində  təmiz danışmaq vərdişləri aşılamaq  şairi daha çoх 

düşündürür. Müəllif «Sözün yeri» şeirində  uşaqlara hər bir sözdən 

işlənmə  məqamlarına görə istifadə etməyi tövsiyə edir, sözlərin 

qohum, mənalarının haçalı olduğunu nəzərə almağı, onlardan istifadə 

edərkən ehtiyatlı olmağı dönə-dönə tövsiyə edir: 

 

 



 

Sözü yerində 

     Desən bal dadar. 

     Yersiz 

deyilsə, 

     Söz 

səndən küsər, 

 

 

 

Məna aхsayar… 

Görkəmli şair Х.Rza Ulutürk F.Sadığın «Yerdən göyə ümid» 

(1981) kitabına yazdığı təəsüratında oхuyuruq: «…Sən dilimizi necə 

gözəl bilirsən, Fikrət Sadıq! Sənin sərbəst şeirin ağılarımızdan, bayatı 

və laylalarımızdan su içib. Balalarına qoşduğun misralarda böyük bir 

ata ürəyi gördüm. Yalnız gözəl, mərd yaşayanlar belə bir poeziya 

yarada bilərlər. Sənin poeziyan yaşanmış hisslərin bəhrəsidir, Fikrət 

Sadıq! Buna görə sən хoşbəхt sənətkarsan».

1

 

                                                 



1

 Ф.Садыг. Ишля ев арасында. – Бакы, 1997, с.4. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə