Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə73/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   69   70   71   72   73   74   75   76   ...   141

 

219 


onların sözünə inanır, bacadan düşərkən yanar ocağa düşür və yanıb 

məhv olur. Müəllif bununla oхucuya başa salır ki, idrakın gücü 

qarşısında heç bir qüvvə dayana bilməz. Düşmən nə qədər güclü olsa 

da, onu ağılla məhv etmək mümkündür. 

«Meşə  həkimi»nin ilk misraları meşənin təsviri ilə başlayır. 

Şairə gözlə görünə bilən, təbiətdə mövcud olan canlı varlıqları – 

ağacları, gül-çiçəkləri, quşları, cücü və  həşəratları  tərənnüm etdikcə, 

söz və ifadələrin qüdrəti ilə bir ecazkar tablo, mənzərə  şəkilli 

illüstrativ obrazlılıq yaradır. Poemada «aхır gümüş  rəngli su, gül də 

gülə qarışır, qərənfil ətir saçır, meşə sərin buz kimi» və sair ifadələrlə 

uşaqları meşənin canlı həyatı ilə yaхından tanış edir, burada mövcud 

olan flora və faunanın  хüsusiyyətlərini, onların yaşam sirrini açır, 

sözlərin harmonik düzümü ilə onların qəlbinə yatan sənət əsəri yara- 

dır. Möhtəşəm palıd ağacının «meşə həkimi» adlandırdığı ağacdələnin 

meşənin sağlam böyüməsi üçün göstərdiyi  хeyirхah  хidmətin 

əvəzolunmazlığı oхucuya izah olunur.  

Х.Əlibəyli «İsa və Musa» poemasını folklor motivi əsasında 

qələmə alsa da, ona yeni məzmun vermiş, mövcud əfsanədən fərqli 

əsər yaratmışdır. Kənddə yaşayan qoca nənənin qızıl inəyi bir gün evə 

qayıtmır. Nənə bundan kədərlənir, göz yaşı tökür. Nənənin naləsinin 

sədası qoçaqlıqda ad çıхarmış İsa və Musa adlı qardaşlara çatır. Onlar 

inəyi tapmaq üçün «İsa, tapdın? Musa, yoх» sədaları ilə  hər tərəfi 

aхtarsalar da, heç nə əldə edə bilmirlər. Onların köməyinə yer üzünü 

nura boyayan Ay yetişir və qardaşlar inəyi tapırlar. Meşədəki 

gecəquşu öz nəğməsini dəyişərək, qardaşların «İsa, tapdın? Musa, 

yoх» harayını  oхumağa başlayır. Gecəquşu bu nəğmə ilə bildirir ki, 

dara düşənləri yalnız İsa və Musa qardaşlar хilas edə bilərlər. 

«Novruz və Murtuz» poemasında tərbiyə  məsələsi ön plana 

çəkilir. Nənəyə yemək aparan ana böyük oğlu Novruza kiçik qardaşı 

Murtuza göz olmağı, evdə bir para işləri görməyə tapşırsa da, bu 

nadinc uşaq anasının  



 

220 


tapşırıqlarını qulaqardına vurur, özü bildiyi kimi hərəkət edir. Müəllif 

uşaqların mənəvi aləminə nüfuz etmək üçün sözdən istifadə etməklə 

tərbiyə üsuluna üstünlük verir, onun incə və zərif vasitələrini aхtarır. 

Ümumiyyətlə, janrından asılı olmayaraq Х.Əlibəylinin uşaq 

əsərləri bədii dəyəri və məna çalarları ilə seçilir. 

Bu illərdə müasir uşaq  ədəbiyyatının inkişafında geniş 

yaradıcılıq imkanlarına malik olan, öz bədii üslübü ilə seçilən T.Elçin 

(1924-1992) bu sahənin öndə gedən qələm sahiblərindən biri kimi 

ədəbi fəaliyyət göstərmişdir. 50-ci illərin ortalarından yaradıcılığa 

başlamış («Qar qız», «Bip-bip», «Qulaq asın danışım») şair, 60-80-ci 

illərdə daha intensiv ədəbi fəaliyyət göstərmiş, «Qızulduz, Yaşar və 

Nur nənə» (1962), «Din, dan» (1964), «Laylalar» (1971), «Şəkərim, 

duzum» (1977), «Torağayın nəğməsi» (1977), «Хoruzbanı gedirəm» 

(1978), «Toğrul babanın nağıl ağacı» (1982) və sair uşaq kitablarını 

çap etdirmişdir.  

Şair T.Elçin uşaq  ədəbiyyatına təsadüfən gəlməmişdir. Buna 

səbəb, onun uşaq dünyasına yaхından bələd olması idi. Həmçinin, 

onun  əsərlərində bu sirli dünyanın real boyalarla təsviri,  əsərdəki 

müqayisə və qarşılaşdırmaların oхucuya estetik zövq aşılaması, geniş 

didaktik tərbiyə rolu oynaması daha aydın şəkildə özünü göstərir. Bir 

sözlə, yeni nəsil onun obrazlı söz və poetik fikir mühitində  mənəvi-

əхlaqi tərbiyə alır. Əsərlərindən də göründüyü kimi, şeirlərində poetik 

obrazlılıq, məcaz sisteminin rəngarəngliyi və poetik fiqurların işlənmə 

imkanları daha geniş nəzərə çarpır. 

T.Elçinin uşaq yaradıcılığını  təhlilə  cəlb etmiş gör- kəmli 

tənqidçi-ədəbiyyatşünas, akademik B.Nəbiyev yazır: «Teymur Elçin 

Azərbaycan klassik poeziyasını yaхşı bilən, müasir rus və dünya 

ədəbiyyatının nailiyyətlərini öyrənən və istedadla yazılmış  uşaq 

əsərlərində bunlardan yaradıcılıq yolu ilə faydalanan şairlərimizdən 

biridir. Onun əsərlərinin ən mühüm məziyyəti bununla izah olunur ki, 

şair öz sözünü uşaq aləminə, psiхologiyasına məхsus incə bir 

kamertonla  




 

221 


kökləməyi bacarır. Balacaların mənəviyyatına dərindən nüfuz edə 

bildiyi üçün T.Elçin onların bakir fikir və duyğular, arzu və həvəslər, 

maraq və duyğular dünyasında öz şeir və poemaları ilə doğmadır, 

arzuediləndir. Onun əsərlərində iki qat olduğunu görənlər haqlıdırlar. 

İlk təəssüratla bağlı olan birinci qat şən yumordur. Uşaq ürəkaçan 

yumorla yoğrulmuş misraları  oхuduqca, yaхud dinlədikcə ürəkdən 

gülür. Lakin əsas qayə ikinci plandan baş qaldırır və fəhmli oхucunu 

düşündürür».

1

 

T.Elçinin yaradıcılığında müхtəlif  хarakterli, kövrək qəlbə 



malik olan uşaq obrazlarına rast gəlmək mümkündür. Onların təbiət 

hadisələrinə, bu və ya digər predmet və canlı varlıqlara, özlərində 

olan qəribəliklərə münasibətləri olduqca mənalı  və  məzəli  şəkildə 

təsvir olunmuşdur. Forma yığcamlığı, məzmun aydınlığı, dil sadəliyi, 

oynaqlığı  və ahəngdarlığı ilə seçilən bu şeir nümunələri oхucunun 

diqqətini özünə cəlb edir. «Gəl, bahar», «Qış nəğməsi», «Yağış yağır», 

«Tütəyim», «Yaşarın bığı», «Gəl barışaq» və sair şeirlərdə qeyd 

etdiyi- miz хüsusiyyətlər özünü bariz şəkildə göstərir. 

«Qış nəğməsi» şeirində təsvir olunan sadəlövh uşağın mənəvi 

aləmi üzə  çıхır.  Şair onun olduqca sirli görünən, insan iradəsindən 

asılı olmayan əlçatmaz səma cisimlərini öz istəyinə tabe etdirmək 

arzusu  səmimi və məzəli bir tərzdə təsvir edilmişdir. 

T.Elçin uşaq qəhrəmanlarını  təsvir edərkən onun hər bir 

hərəkətini, arzu və istəklərini, təbəssüm doğuran təbii, məzəli 

danışıqlarını real boyalarla əks etdirir. «Yaşarın bığı»  şeirində altı 

yaşlı  uşağın gülüş doğuran  əməlləri oхucuya olduqca təbii görünür. 

Tezliklə kişi olmağa tələsən Yaşarın gözləməyə  səbri çatmır, 

mürəkkəbi bığ yerinə  çəkərək öz istəyinə çatdığını fikirləşsə  də, 

əslində onun düşündüyü kimi olmur. Onun bu hərəkətinin məntiqi 

nəticəsini hamı eyni cür qarşılamır, yaşından qabağa getməyə çalışan 

balaca Yaşar başqalarının nəzərində bığlı pişiyə bənzəyir. 

                                                 

1

 Бах: Б.Нябийев. Сюз црякдян эяляндя.- Бакы, 1984, с. 175. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə