102
A
ZƏRBAYCANIN SU ANBARLARI VƏ KANALLARI
1. Respublikada çaylardan müxtəlif məqsədlərlə – suvarma, məişət, sənaye və
balıqçılıqda istifadə olunur. Bəzi çayların üzərində SES-lər tikilmişdir. Həmçinin su
idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır.
28
• Milli Olimpiya Mərkəzinin Mingəçevirdə
yerləşən “Kür” idman avarçəkmə bazası
lazımi avadanlıqlarla təchiz edilmişdir.
İdmançıların və turistlərin Kür sahilində
yerləşdirilməsi üçün yeni otel tikilmiş, bulvar
yenidən təmir olunmuş,
istirahət və müxtəlif
əyləncə mərkəzləri yaradılmışdır. İdman
bazası təkcə dünya miqyaslı yarışların
keçirilməsi müddətində deyil, əlverişli iqlim
şəraitinə görə bütün ilboyu idmançların
məşqləri üçün istifadə edilir.
Müzakirә edin:
1. Hansı iqlim xüsusiyyətlərinə görə Kür sahilində yerləşən idman bazası ilboyu
məşqlər üçün
istifadə edilir?
2. Su anbarı energetika və kənd təsərrüfatında hansı rolu oynayır?
I Avropa Oyunları – Bakı–2015. Kanoe
üzrә yarışlar. Mingәçevir su anbarı.
Respublikanın su anbarları
3
8
7
6
1
4
2
9
5
10
11
LAYİHƏ
103
• III fəsil •
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
•
3
2. Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu
məqsədlə su anbarlarından kanallar çəkilmişdir. Su kanallarının ümumi uzunluğu
respublika üzrə 50 min km-ə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 mil-
yon hektardan çoxdur.
Azәrbaycan Respublikasının iri suvarma kanalları
№ Kanalın adı
Başlandığı
su hövzəsi
Uzunluq, km-lə
Suvarılan sahə,
(min hektarla)
Suvarıldığı ərazilər
1.
Samur
-Abşeron
182
92
2.
Yuxarı Qarabağ
175
85
Mil, Qazax-
Qarabağ,
3.
Yuxarı Şirvan
126
127
4.
Baş Mil
38
64
5.
Baş Muğan
37
140
– Azərbaycan Respublikasında iri suvarma kanallarını xəritədə tapın və cədvəli tamamlayın.
3. Azərbaycan ərazisində olan çaylardakı su-elektrik stansiyalarından hazırda is-
tehsal edilən enerjinin miqdarı 2,4 milyard kV/saat-dır. Lakin bu rəqəm 16 milyard
kVt/saat ola bilər.
Ölkənin ən böyük elektrik stansiyaları Kür (Şəmkir SES, Mingəçevir SES, Var-
vara SES, Yenikənd SES), Tərtər (Sərsəng SES) və Araz (Araz su qovşağı) çayı
üzərində tikilmişdir.
Orta ölçülü SES-lərin tikintisi də ölkənin iqtisadiyyatında mühüm rol oynayır.
Belə
stansiyalara Ordubad SES, Taxtakörpü SES misal göstərilə bilər.
Müzakirә edin:
1. Cədvəldə adları qeyd olunan iri su anbarları hansı çayların üzərində yerləşir? Cədvəli
dəftərinizdə tamamlayın.
Su
anbarları
1
2
3
4
5
6
7
8
9
10
11
M
ingəçev
ir
Yenikənd
Şəmkir
Vəlvələ
Araz s
u
qovşağı
Mil-Muğan
Ceyranbatan
Sərsəng
Arpaçay
Viləş
Xanbulan-
çay s
ah
əs
i
Tutduğu
sahə, кm
2
625 78
116 22,5 145 4,5 13,9 13,85 6,30 2,50 24,6
Hansı
çayın
üzərin-
dədir
2. Respublikanın bütün su anbarlarının ümumi sahəsi 1070 км
2
təşkil edir. Su anbarlarının sahəsi
Azərbaycanın ümumi sahəsinin neçə faizini təşkil edir?
LAYİHƏ
104
SES-lərın tikintisi baha başa gəlir, bu stansiyaların işində ekoloji cəhətdən təmiz
olan su mənbələrindən istifadə olunur. Neft-qaz ehtiyatının böyük olmasına baxma-
yaraq, son illər kiçik SES-lərin tikintisinə start verilmişdir. Bu da mazutun qənaətinə
səbəb olmuş, sel axınlarını nəzarətdə saxlamaq və yeni suvarma sistemlərinin ya-
radılmasına gətirib çıxarmışdır. Kiçik SES-lərə nümunə kimi Balakən (“Balakən-1”),
Göyçay (“Göyçay-1”), İsmayıllı, Oğuz və Astarada tikilən stansiyaları göstərmək olar.
Su anbarları və çaylar, həmçinin balıqçı-
lığın inkişaf etdirilməsində istifadə olunur.
Balıq sənayesi heyvandarlıq sahəsinin qol-
larından birini təşkil edir. Bu sahə yeyinti
sənayesinin ən mühüm sahələrindən biridir.
Su anbarlarında balıqçılığın inkişafı əha-
linin təzə balıq ətinə tələbatını ödəməklə
yanaşı, balıq konservlərinin hazırlanması
üçün xammal ehtiyatını yaradır. Balıqçılı-
ğın inkişaf etdirilməsi üçün, ilk növbədə,
balıq fermaları yaradılır ki, bu müəssisələr-
də kürülər saxlanılır, sonra xüsusi hovuz-
larda yetişdilir və satılır. Bu fermalardan
biri Qəbələ rayonundadır. Fermada alabalıq
və digər qiymətli balıq növləri yetişdirilir.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
İnternet mənbələrindən istifadə etməklə, aşağıdakı plan üzrə Mingəçevir su
anbarı haqqında məlumat toplayın.
Dәrsdәn sonra
1. Üzərində su anbarı quraşdırılan çay
2. Su-elektrik stansiyasının tkintisinin
başlanıldığı və işə salındığı illər
3. Sahə,
dərinlik
4. Bəndin hündürlüyü
5. Elektrik stansiyasının gücü
6. Su anbarlardan çıxan kanallar
7. Su anbarların iqtisadi rolu
8.
Su anbarların tikintisi ilə bağlı
xoşagəlməz hallar
Alabalıq yetişdirәn ferma. Qəbələ rayonu
Mingəçevir SES. Su qovşağı enerji
təchizatı, su nəqliyyatı, idman oyunları
üçün və sel daşqınlarına qarşı kompleks
rolunu oynayır.
LAYİHƏ