108
Şimal materiklərinin
musson meşәlәrinin yayıldığı
şərq sahilləri əlverişli iqlim
şəraitinə malikdir. Buranın iqlim şəraitinin əlverişliliyi əhalinin son dərəcə sıx məs-
kunlaşması və təbii kompleksin tamamilə itməsi ilə nəticələnmişdir. Hazırda musson
meşələrinin yayıldığı Çin, Yaponiya və bu kimi ölkə-
lərdə meşələr çay, tərəvəz, qarğıdalı tarlaları ilə əvəz
olunmuşdur. Bu ərazilər dünyanın ən mühüm çəltik
zonalarındandır.
Savanna və
seyrәk meşәlәrdәki qırmızı-qonur tor-
paqlar ilboyu əkinçilikdə istifadə edilir. Burada əkinçi-
lik qış aylarında suvarma tələb edir. Şimali Amerikanın
savannaları
materikin cənubunda, nisbətən kiçik ərazini
tutur. Avrasiyada isə Cənubi Asiya, Cənub-Şərqi Asiya
regionunda savanna zonası geniş yayılmışdır. Buradakı
ölkələrin əksəriyyətində əhalinin təbii artımı yüksək, iq-
tisadi inkişaf səviyyəsi nisbətən aşağıdır. Əhalinin çox
hissəsi kənd təsərrüfatında çalışır. Onlar dünyanın mü-
hüm pambıq, qəhvə, çəltik, çay, cut ixracatçılarıdır.
Ekvatorial meşәlәr zonası Şimali Amerikada yoxdur. Avrasiyanın cənub-şərqin-
də bu zona əhali tərəfindən mənimsənilmişdir; burada çay, çəltik, tərəvəz becərilir.
Ərazinin xarakterik bitkisi
tәbii kauçukdur (heveya).
Şimal materiklərinin qütb səhralarından sonra ən az mənimsənilən əraziləri-
lərindən biri tropik səhralardır. Qütb səhralarının zəif mənimsənilməsinin səbəbləri
ifrat rütubət, süxurların donmuş vəziyyətdə olması, bitkilərin becərilməsi üçün günəş
istiliyinin çatışmazlığı sayılırsa, bu, tropik səhralarda əksinədir.
• Çöl zonası – tamamilə mənimsənilmişdir.
Bu zona mövcud olduğu ölkələrdə ən mü-
hüm kənd təsərrüfatı rayonudur. Bu, ərazi-
lərin düzənlik relyefi, iqlimin əkinçilik üçün
yararlı olması və münbit torpaqların yayıl-
ması ilə əlaqədardır.
Çöl zonasında, əsasən, taxıl bitkiləri, buğda,
qarğıdalı, kətan və s. bitkilər əkilir. Günəş
işığı və istiliyinə tələbatından asılı olaraq
taxılın müxtəlif sortları becərilir. Xüsusilə
Şimali Amerikada çöl zonasında yüksək me-
xanikləşdirilmiş kənd təsərrüfatı kompleks-
ləri yaradılmışdır. ABŞ və Kanadanın dün-
yanın ən mühüm taxıl ixracatçısı olması
ABŞ-ın әkinçilik tәsәrrüfatı
Mәtn vә şәkil üzrә iş
Müzakirә edin:
1. ABŞ-da yazlıq taxılın şimal, payızlıq taxılın isə cənubda əkilməsi nə ilə əlaqədardır?
2. ABŞ-da pambıq və çəltik torpaqlarının münbit çöl zonasından kənarda əkilməsinin iki səbəbini
söyləyin.
3. Avrasiyada çöl zonasında yerləşən və buğda ixracatçısı olan iki ölkənin adını söyləyin.
onların ərazilərindəki çöl zonasından intensiv istifadə etmələri ilə əlaqəqardır.
• Çәltikçilik çoxlu işçi
qüvvəsi tələb edən sahədir.
Çin, Hindistan və
Tailandda hətta müasir
dövrdə də çəltiyin
becərilməsində əl əməyini
kənd təsərrüfatı texnikası
əvəz edə bilmir.
Çәltik tarlası. Çin
– Әkin sahәlәri
LAYİHƏ
109
• IV fəsil •
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə
•
4
Bu ərazilərdə rütubət çatışmır, günəş istiliyi isə daha çoxdur. Orada yemə daha
az tələbkar, yunluq istiqamətli qoyunçuluq və dəvəçilik inkişaf etdirilir.
Dağ terraslarında әkilәn çay plantasiyaları. Bu
ərazilərdə təbii kompleks tamamilə dəyişdirilmişdir.
1. Təbii zonalar xəritəsindən istifadə edin və dəftərə yazın:
a) Şimal Buzlu okeanından Aralıq dənizinə qədər Avropada hansı təbii zonalar yayıl-
mışdır?
b) Şimali Amerikanın şimalından cənubuna qədər hansı təbii zonalar vardır?
2. Fiziki və təbii zonalar xəritəsindən istifadə edərək cədvəli tamamlayın:
Avrasiya
Şimali Amerika
Ucqar nöqtələr
Yerləşdiyi təbii
zonalar
Ucqar nöqtələr
Yerləşdiyi təbii zonalar
4. Mətndən istifadə edərək cədvəli tamamlayın:
Təbii zona
Ölkələr
Təsərrüfatda
istifadəsi
Meşələr
Çöllər
Codyarpaqlı meşə və kolluqlar
Musson meşələr
Savannalar
Səhralar
Ekvatorial meşələr
Biliklərin tətbiq edilməsi və yoxlanılması
5• 4•
3•
1•
2•
5•
• 4
3•
1•
2•
Qanq çayının vadisindә cut plantasi-
yası və
cutdan hazırlanmış məhsullar.
3. Məntəqələrin hansı təbii zonada yerləşdiyini və kənd
təsərrüfatının hansı sahəsinin inkişaf etdiyini müəyyən
edib yazın.
LAYİHƏ
110
C
ƏNUB MATERİKLƏRİNİN BİOEHTİYATLARINDAN
İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ
Antarktida istisna olmaqla cənub materiklərinin – Cənubi Amerika, Afrika və
Avstraliyanın ekvatora yaxın yerləşməsi onların təbii zonalarında öz əksini tapır.
Materiklərin oxşar iqlim göstəriciləri – günəşli saatların miqdarının çoxluğu, vege-
tasiya müddətinin uzunluğu və mövsümlər üzrə dəyişməsi bioloji ehtiyatların növ-
lərində və miqdarında, eləcə də onların istifadəsində oxşarlıq yaratmışdır.
Cənubi Amerika və Afrikanın ekvatorial meşələri Avrasiyanın ekvatorial meşə-
ləri ilə müqayisədə çox zəif mənimsənilmişdir. Bataqlıqların geniş yayılması, keçil-
məz meşələr, ifrat rütubətlilik, müxtəlif həşəratlar, tropik xəstəliklər bu ərazilərdə
əhali məskunlaşmasına maneçilik yaradır. Burada daimi yaşayanlar yerli qəbilə-
lərdir.
Rütubətli ekvatorial meşələrin təbiəti hər zaman tədqiqatçıları, oradakı təbii sər-
vətlər, qiymətli ağac növləri, müalicəvi bitkilər, ilboyu əkinçiliyə imkan verən iqlim
şəraiti isə sahibkarları özünə cəlb edir.
30
Müzakirә edin:
1. Təbii zonalardan hansılara hər üç materikdə rast gəlinir?
2. Cənub materiklərinin hansında ekvatorial meşələrə,
savanna və seyrək meşələrə, səhralara rast
gəlinir?
3. Cənubi Amerika və Afrikada olan hansı təbii zonalar şimal materiklərində də mövcuddur?
4. Nə üçün Afrika və Avstraliyada səhralar geniş yer tutduğu halda, Cənubi Amerikada onların
sahəsi çox kiçikdir?
5. Afrika və Cənubi Amerikada hansı təbii zonalar təkrarlanır?
Xәritә üzrә iş
Cənubi Amerika
Afrika
Avstraliya
Cənub materiklərinin təbii zonaları
LAYİHƏ