117
• IV fəsil •
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə
•
4
olur. Lakin əsas odur ki, eyni landşaftın mövcud olduğu ərazi daxilində geoloji özül,
relyef, iqlim, torpaq örtüyü, bitki və heyvanlar aləmi bir-birinə oxşar olsun. Landşaft
daxilində komponentlərin yaranması və onların inkişaf tarixi, adətən, eyni olur.
Azərbaycan ərazisində bir-birindən kəskin fərqlənən landşaftlar mövcuddur. Bu, əra-
zinin relyefinın müxtəlif olması ilə əlaqədardır. İqlimin fərqliliyi bilavasitə torpaq,
bitki və heyvanlar aləmini formalaşdırır.
İnsanların landşaftlara təsirinə görə onlar
tәbii və
antropogen ola bilər.
Tәbii landşaftlar –
insan təsirinə məruz qalmadan yaranan komplekslərdir. Ha-
zırda dünyada və Azərbaycanda belə ərazilər azdır.
Antropogen landşaftlar – insanların yaratdığı landşaflardır: su anbarları, yaşayış
məntəqələri, parklar və s. Belə ərazilər təbii amillərə məruz qalsa da, əvvəlki vəziy-
yətindən kəskin fərqlənir. Bəzən antropogen landşafları “
mәdәni landşaftlar” adlan-
dırırlar. Belə landşaftlara yeni salınan meşələri və əkin sahələrinı misal gətirmək
olar.
Hər hansı ərazidə təbii və antropogen landşaftların bir-birinə olan nisbəti ərazinin
relyef və iqlim şəraitindən asılıdır. Məsələn, Böyük və Kiçik Qafqazın, Talış və
Naxçıvanın yüksək dağlıq ərazilərində təbii landşaftlar, dağətəyi ərazilərdə isə ant-
ropogen landşaftlar üstünlük təşkil edir. Düzənlik olmasına baxmayaraq, Acınohur-
Ceyrançöl, Cənub-Şərqi Şirvan zəif, Samur-Dəvəçi, Qazax-Qarabağ, Lənkəran ova-
lıqları isə güclü mənimsənilmişdir. Bu, düzənliklərin iqlimi, yeraltı suların səthə
yaxınlığı ilə əlaqədardır.
Oxşar əlamətlər landşaftları sistemləşdirməyə və on-
ları təsnif etməyə imkan verir. Landşaftların təsnifatı
sinif, yarımsinif, tip, yarımtip, növ ardıcıllığı ilə aparılır.
Azərbaycanda landşaftlar iki sinfə –
dağ və
düzәnlik
landşaftlarına bölünür. Onları fərqləndirən əsas əlamət
relyefidir. Dağlıq ərazilərdə yaranan landşaftlar alçaq,
orta və yüksək dağ landşaftları yarımsiniflərinə ayrılır.
Daha kiçik landşaft vahidləri rütubət və istiliyin nis-
bətinə, süxurların tərkibinə, torpaq və bitki örtüyünün
müxtəlifliyinə görə landşaft tiplərinə və yarımtiplərinə
bölünür. Ən kiçik landşaft vahidi növdür. Landşaft növ-
ləri ərazidə süxurun tərkibi, torpaq-bitki örtüyünün müx-
təlifliyi və s. ilə fərqlənən sahələrdir.
Relyef və iqlim göstəricilərinin müxtəlifliyinə görə
landşaftlar
zonal, azonal və
intrazonal qruplara bölünür. Eyni iqlim və relyef
Müzakirә edin:
1. Fotoşəkillərdən hansı təbii,
hansı
isə antropogen landşafta
aiddir?
2. a və b landşaftlarına insanın
təsirini müəyyən edin.
a
b
Şәkil üzrә iş
• Zonal landşaft, əsasən, dü-
zənliklərdə formalaşır. Belə
landşaftlar yerləşdiyi təbii
zonaya və
iqlim şəraitinə uyğun
gəlir. Məsələn, Kür-Araz və
Samur-Dəvəçi ovalıqlarında
yarımsəhra və quru çöllər ya-
yılmışdır.
Yarımsәhra. Kür-Araz ovalığı
LAYİHƏ
118
göstəricilərinin olduğu ərazidə bir landşaftın daxilində tamamilə fərqli landşaft
yarana bilir. Məsələn, Kür-Araz və Samur-Dəvəçi yarımsəhraları daxilində daha
kiçik əraziyə malik olan düzənlik meşə landşaftları yaranmışdır: Nabran-Yalamada,
Şollar meşələri, Kür çayı boyunca isə tuqay meşələri və s. Belə landşaftlara
intrazonal landşaftlar (“
intra” – “daxili” mənasındadır) deyilir. Onlar yerli
amillərin, xüsusən də yeraltı suların təsiri ilə formalaşmışdır.
Zonal landşaftlar daxilində
azonal landşaftlar da ola bilir.
Azonal landşaftları
yaradan amil – relyefdir. Dağlıq ərazilər zonallığı pozur və azonallıq yaradır. Mə-
sələn, Böyük Qafqaz (
a
), Kiçik Qafqaz (
b
), Naxçıvanın dağlıq əraziləri (
c
), Talış
dağları (
d
) və s. azonal landşaftlara aiddir.
Şəkillərin uyğun gəldiyi
landşaft tiplərini tapın:
a) Düzənlik
b) Dağlıq
c) İntrazonal
d) Azonal
e)
Zonal
f) Antropogen
g) Təbii
Şәkil üzrә iş
Azonal landşaft tiplәrinin hündürlüyә doğru dәyişmәsi
a
b
c
d
N-b
S
A-ç
S-ç
D-m
D-ç
Q-ç
Y
D-k
Q-d-ç
D-m
Dz-m
N-b
S
A-ç
S-ç
D-ç
Q-ç
Y
D-k
S
A-ç
S-ç
D-m
D-ç
Q-ç
N-b –
Nival buzlaq
S – Subnival
D-k – Dağ-kserofit bitkilər
A-ç – Alp çəmənləri
S-ç – Subalp çəmənləri
D-m –
Dağ-meşə
Dz-m – Düzən-meşə
D-ç – Dağ çölləri
Q-d-ç – Quru dağ çölləri
Q-ç –
Quru çöllər
Y – Yarımsəhralar
Biliklərin tətbiq edilməsi və yoxlanılması
3
2
1
5
6
4
LAYİHƏ