119
• IV fəsil •
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə
•
4
2. Mətndəki şəkillərə əsasən azonal landşaftlar üzrə yayılan landşaft tiplərini müəyyən
edin və cədvəli tamamlayın:
Landşaft tipi
Böyük Qafqaz
Kiçik Qafqaz Naxçıvan Talış
1. Nival
+
+
2. Subnival
3. Alp çəmənləri
4.
Subalp çəmənləri
5. Dağ meşələri
6. Dağ çölləri və kserofit kolluqlar
7. Yarımsəhra
3. Xəritə-sxemdə qeyd olunan məntəqələri
zonal,
azonal, intrazonal landşaftların
yayılmasına görə
qruplaşdırın:
zonal
azonal
intrazonal
“E
KOLOJİ SİYASƏT
”
XX əsrdə elm və texnikanın sənaye və kənd təsərrüfatının intensiv yollarla inki-
şafı, həmçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini güc-
ləndirmişdir. Bir çox ekoloji problemlər kəskinləşmiş, bəziləri isə
ekoloji böhran
xarakteri almışdır.
Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə də-
yişməsidir ki, nəticədə təbii komplekslər, oradakı canlı
orqanizmlərin gələcək mövcud-
luğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müxtəlifdir. Ətraf
mühiti ekoloji vəziyyətinə görə 5 qrupa ayırmaq olar:
1.
Tәbii vәziyyәt – insan fəaliyyətinin olmadığı və ya çox zəif olduğu ərazilərdir.
Yer kürəsinin ekstremal ərazilərində (yüksək dağlar, arktik səhralar, ekvatorial cən-
gəlliklər və s.) təbii şərait,
demək olar ki, dəyişməmişdir.
33
• Aral dənizinin quruması, Afrikada səhralaşma, Amazon
meşələrinin qırılması problemlərinin yaranma səbəblərinə aid
mülahizələrinizi şərh edin.
Müzakirә edin:
1. Bu problemlərin qarşısını almaq üçün hakimiyyət orqanları nə
etməlidir?
2. “Ekoloji siyasət düzgün aparılsa idi, bu problemlər yaranmaz-
dı” fikrinə münasibət bildirin.
•
A
•
B
•
C
•
D
•
E
•
F
LAYİHƏ
120
2.
Müvazinәt vәziyyәti – insan
fəaliyyətinin təsiri olsa da, təbiət özünü bərpa edə
bilir. Müvazinət vəziyyəti mülayim qurşağın iynəyarpaqlı meşələrində, rütubətli
ekvatorial meşələrin savanna ilə sərhədində müşahidə olunur.
3.
Böhran vәziyyәti – insan fəaliyyətinin təsiri böyükdür. Belə ərazilərdə təbiətdə
dəyişiklik dərəcəsi yüksək olur. Lakin ilkin təbii komplekslərin mövcudluğu hiss
olunur. Böhran vəziyyətinə çöl, meşə-çöl, savanna və seyrək meşələr aid ola bilər.
4.
Faciәli vәziyyәt – özünün əvvəlki vəziyyətinə bərpa olunması qeyri-mümkün
mühiti əks etdirir. Belə mühitdə əhalinin yaşaması çətinləşir. Təbiətin özünü bərpa
etməsi üçün illər tələb olunur. Adətən, iri şəhərlərin kənarlarında, faydalı qazıntıla-
rın çıxarıldığı ərazilərdir.
5.
Kollaps vәziyyәti – bioloji məhsuldarlığını əbədi itirən ərazilərdir. Kollaps və-
ziyyətə malik olan ərazilərdə insanların yaşaması təhlükəlidir. Belə ərazilərə misal
olaraq Çernobılı göstərmək olar. Bu şəhərdə atom-elektrik stansiyasında baş verən
partlayışdan sonra yaşamaq təhlukəli hal almışdır. Kollaps vəziyyətində təbii mü-
hitin özünü bərpa etməyə gücü çatmır.
Əhatə etdiyi əraziyə görə ekoloji böhran
qlobal, regional və
lokal ola bilər.
Qlobal ekoloji böhranla mübarizə aparmaq çox çətindir,
onun həlli üçün dövlət-
lərin birgə fəaliyyəti vacibdir. Hazırda qlobal ekoloji böhrana nümunə kimi Avro-
pada “turşulu yağışları”, “istixana effekti” və Antarktidada “ozon dəliyi”ni
göstərmək olar.
Regional ekoloji böhran bəzi dövlətləri və ya dövlətin regionlarını əhatə edir. O
həmçinin qonşu regionlara da mənfi təsir göstərə bilər; lakin onu bir və ya bir neçə
dövlətin səyi ilə həll etmək mümkündür.
Lokal ekoloji böhran daha kiçik əraziləri
əhatə edir. Buna nümunə kimi dağ-mədən sənayesinin çirkləndirdiyi landşaftları,
sənaye tullantıları ilə çirklənmiş su hövzələrini və torpaq örtüyünü göstərmək olar.
Bu problemlərin həlli torpaqların rekultivasiyası və pozulmuş landşaftların bərpası
ilə mümkündür.
Atmosfer, litosfer və hidrosferin sənaye müəssisələrinin zəhərli tullantıları ilə
çirklənməsi dövrümüzün qlobal probleminə çevrilmişdir.
Avropada bir çox məşhur
memarlıq abidələri turşulu
yağışların təsirindən dağılır.
LAYİHƏ
121
• IV fəsil •
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə
•
4
Regional ekoloji problemlərə əyani misal kimi Abşeronun neftlə çirklənmiş əra-
zilərini göstərmək olar. Azərbaycan hökuməti dövlət və özəl şirkətlərlə birgə
tor-
paqların rekultivasiyası ilə bağlı qərar qəbul etmişdir. Görülən tədbirlər torpaq və su
hövzələrinin təmizlənməsinə, bitki örtüyünün bərpasına imkan vermişdir. Neft və
neft məhsulları ilə çirklənmiş 1430 hektar torpaq sahəsi Azərbaycan hökumətinin
2006–2013-cü illər ərzində həyata keçirdiyi tədbirlər nəticəsində təmizlənmişdir. Bu
tədbirlər
Azәrbaycanın ekoloji siyasәtinin tərkib hissəsinə aiddir. Hazırda ekoloji
siyasət hər bir dövlətin siyasətində mühüm yer tutur.
Lokal ekoloji böhran daha
kiçik
ərazi əhatə edir. Böyük Şor gölünün əvvəlki vəziyyəti buna misal ola bilər.
Ekoloji siyasәt – ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə
edilməsi üçün siyasi, iqtisadi, qanunverici, maarifləndirici-təbliğat xarakterli
tədbirlər sistemidir. Bütün dövlətlər, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş döv-
lətlər mütərəqqi ekoloji siyasəti formalaşdırmağa çalışır. Ekoloji siyasətin məqsədi
tәbiәtin, cәmiyyәtin vә iqtisadiyyatın balanslı inkişafı üçün şərait yaratmaqdır.
№
Ekoloji siyasətin istiqamətləri
Ekoloji
siyasətin məqsədi
1.
Siyasi
ətraf mühitin mühafizəsi uğrunda hökümətlərin siyasi və
ictimai təşkilatların fəaliyyəti
2.
İqtisadi
ətraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi
sistemlərinin yenidən işlənməsi, həmçinin
təbiətdən səmə-
rəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqi
3.
Qanunverici
cəmiyyət, istehsalat və təbiət arasında münasibətlərin
tənzimlənməsinə yönəldilmiş qanunların qəbul edilməsi
4.
Maariflәndirici vә tәbliğat
əhalinin ekoloji biliklərinin və mənəvi məsuliyyətinin
formalaşdırılmasına kömək edilməsi
5.
İnzibati nәzarәt
təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına və
təsərrüfat fəaliyyətinə nəzarət, ekoloji monitorinqi
Müzakirә edin:
– Yaşadığınız əraziyə yaxın yerləşən hansı çirklənmiş ərazini (su hövzəsi, mədən, tala, küçə və s.)
yeniləşdirmək istərdiniz? Onun yerində hansı layihəni həyata keçirərdiniz?
• Böyükşor gölü, 2000-ci il. Beynəlxalq ekspert-
lərin fikrincə, Böyükşor gölü dünyanın ən çirk-
lənmiş su hövzələrindən biri olub Abşeronun
ekoloji vəziyyətinə mənfi təsir göstərirdi. Yarım
əsrdən çox müddətdə gölə neft-mədən suları və
ətraf yaşayış məntəqələrinin çirkab suları axıdılıb.
Mәtn vә şәkil üzrә iş
a
b
• Böyükşor gölü sahilindә “Olimpiya” stadionu, 2015-ci il.
Gölün təmizlənməsi problemi Bakı şəhəri və ətraf qəsə-
bələrin sosial-iqtisadi inkişafı ilə bağlı
dövlәt proqramı
çərçivəsində öz həllini tapmışdır. Nəticədə Böyükşor gölü
sahilində bulvar və park salınmış, I Avropa Oyunlarının
keçirildiyi “Olimpiya” stadionu tikilmişdir.
LAYİHƏ