144
Cәnub-Şәrqi Avropa regionuna daxil olan – Xorvatiya, Sloveniya, Bosniya və
Herseqovina, Serbiya, Makedoniya və digər ölkələr yaxın zamana qədər sosialist
ölkələri blokuna daxil idi. Bu ölkələrdə yeni ictimai münasibətlər hələ də çətinliklə
yaranmaqdadır.
Siyasi, iqtisadi-sosial xüsusiyyətlərinə görə ziddiyyəti ilə fərqlənən
Cәnub-Qәrbi
Asiya regionunun bir neçə ölkəsi də Aralıq dənizinə çıxışa malikdir. Bu ölkələr
Türkiyə, Livan, Suriya və İsraildir. Hazırda İsrail–Fələstin münasibətləri və Suriyada
baş verən müharibə bu regionda təhlükə mənbəyi olmaqla yanaşı, iqtisadiyyatın
zəifləməsinə gətirib çıxarır.
Hazırda Aralıq dənizi sahilində yerləşən ölkələr arasında müxtəlif birlik və
təşkilatlar yaranmaqdadır. 2008-ci ildə regionda yerləşən ölkələrin başçılarının
iştirakı ilə yeni bir beynəlxalq təşkilat yaradılmasına dair razılıq əldə edilmişdir. Bu
təşkilatın 43 üzvü vardır.
“Aralıq dәnizi sahili ölkәlәrinin birliyi” adlanan təşkilatın məqsədi regiondakı
ölkələr arasında sülh,
iqtisadi, mədəni əlaqələri möhkəmlətmək, onların inkişaf
səviyyələri arasında fərqi azaltmaqdır.
• Aralıq dənizi sahili ölkələri üzümçülüyün inkişafı üçün ən əlverişli ərazilərdir. Üzümçülüyün
inkişafı Cənubi Avropa ölkələrinin əksəriyyətinin şərabçılıq üzrə istisaslaşmasına səbəb olmuşdur.
Lakin Şimali Afrika ölklərində şərabçılıq, demək olar ki, inkişaf etməmişdir.
Müzakirә edin:
– Bunu nə ilə izah etmək olar?
Mәtn üzrә iş
Cədvəli dəftərinizdə çəkib mətnə əsasən tamamlayın.
Regionlar
Ölkələr
Dini
tərkibi
Təbii şəraiti
İnkişaf səviyyəsi
Cənubi Avropa
Şimali Afrika
Cənub-Şərqi Avropa
Cənub-Qərbi Asiya
Cәdvәl üzrә iş
LAYİHƏ
145
• V fəsil •
Qədim və müasir sivilizasiyalar
•
5
1. Cədvəli tamamlayın:
№
Ölkələr
Region
Dini tərkibi
İnkişaf səviyyəsi
Turizmin inkişafı
1.
İtaliya
2.
Türkiyə
3.
Misir
4.
Fransa
5.
Liviya
2. Suallara cavab verin:
1) Afrikaya yaxınlıq Cənubi
Avropa regionuna, Avropaya yaxınlıq isə Şimali Afrika regionununa
necə təsir edir?
2) Aralıq dənizi sahili regionlarının inkişafında nəzərə çarpan müasir fərqlərə hansı amillər təsir
göstərib?
– Əhalinin irqi tərkibi;
–
Əhalinin milli tərkibi;
– Əhalinin dini tərkibi;
– Müstəmləkə və ya asılılığın uzun müddət davam etməsi.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
Sizə aşağıdakı ölkələrdən birinə səyahət etmək imkanı verilmişdir:
1) İtaliya;
2) Sloveniya;
3) Misir;
4) İsrail.
Verilmiş suallar əsasında esse yazın:
– Bu ölkələrdən hansını seçərdiniz?
– Səyahət zamanı nəyə diqqət yetirərdiniz?
– Hansı ölkənin təbiəti daha cəlbedici ola bilər?
– Hansı ölkəyə səyahət daha çox xərc tələb edə bilər?
Dәrsdәn sonra
LAYİHƏ
146
M
ÜASİR DÜNYANIN “İQTİSADİ GÜCLƏRİ”
XX əsrin əvvəlinədək dünyanın iqtisadi mənzərəsi
tәkmәrkәzli (bir dövlət və ya
regionun üstünlüyü) olmuşdur. Belə ki, orta əsrlərin sonuna qədər təbii sərvətlərinin
bolluğu ilə fərqlənən Asiya ölkələri, xüsusən də Çin dünyanın ən varlı ölkəsi
41
1. XV əsrədək
3. XX əsrin əvvəli
2. XVIII–XIX əsrlər
4. XX əsrin sonu
Müzakirә edin:
1. Dünyanın “iqtisadi güclərin” coğrafiyasının tarixən necə dəyişdiyini şərh edin.
2. XXI əsrin əvvəlində Cənub yarımkürəsində yerləşən ölkələrin dünyanın iqtisadi güc
mərkəzlərinə
çevrilməsinin səbəbi nə ola bilər?
Xәritә üzrә iş
5. XXI əsrin əvvəli
LAYİHƏ
147
• V fəsil •
Qədim və müasir sivilizasiyalar
•
5
sayılırdı. Dünya dənizlərinə nəzarəti ələ keçirən Avropa regionu XVIII əsrin so-
nunda dünyanın güc mərkəzinə çevrildi. Bu həm də avropalıların çoxlu müs-
təmləkələrə sahib olması ilə əlaqədar idi.
XX əsrin əvvəlində dünyanın iqtisadi mənzərəsində ikimərkəzlilik yarandı. Bu
dövrdə Qərbi Avropa ilə yanaşı, ABŞ da güc mərkəzi oldu. Yaradılan iri elmi-təd-
qiqat institutlarına Avropadan məşhur alimlər cəlb edildi. Ölkədə elmi-texniki ye-
niliklərin tətbiq edildiyi nəhəng istehsal müəssisələri yaradıldı. İstehsal olunan məh-
sulun satışı üçün məqsədyönlü fəaliyyət –
marketinq fəaliyyəti tətbiq edildi.
1950-ci illərdən başlayaraq Yaponiyanın da iqtisadı gücü sürətlə artdı. Dünyada
çoxmәrkәzli iqtisadi model yarandı.
İqtisadiyyatda Amerika modelinin mahiyyətlərindən biri xüsusi mülkiyyətin
iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutmasıdır.
1975-ci ildə Fransanın təşəbbüsü ilə Almaniya, ABŞ, Fransa, Britaniya, İtaliya və
Yaponiyanın üzv olduğu “Altılıq” – “Great-6” (“G–6”) yaradıldı. 1976-cı ildə Kana-
danın bu qrupa daxil edilməsi ilə “G–6” qrupu “Böyük yeddilik” (“G–7”) adlandı.
Rusiya 1997-ci ildə həmin quruma üzv seçildıkdən sonra “Böyük yeddilik”, “Böyük
səkkizlik” (“G–8”) oldu. “G–8” çərçivəsində ən aktual məsələlər, dünyanı narahat edən
siyasi, iqtisadi, sosial və s. problemlər müzakirə edilir.
Dünya ixracatının 49%-i “'G–8”in payına düşür. Sənaye istehsalının 51%-i də
bu qrupa məxsusdur.
Cədvəldən (2014-cü il) istifadə edərək digər ölkələrə uyğun olan rəqəmləri təyin edin və dünyanın
iqtisadi güc mərkəzlərinin fərqli göstəriciləri əsasında müxtəlif diaqramlar qurun.
İqtisadi güc
mərkəzləri
Dünya əhalisi
sayında payı
(%-lə)
Dünya
ərazisinə
görə payı
(%-lə)
Dünya ti-
carətində
payı
(%-lə)
İstehsal
edilən sə-
naye məhsulunun
payı (%-lə)
Kənd təsərrü-
fatı məhsulu
istehsalında
payı (%-lə)
ABŞ
4,5
7,2
16,8
20,0
12,0
Avropa Birliyi
6,2
2,4
42,0
23,0
19,0
Yaponiya
2,1
0,3
9,6
9,0
5,0
Digər ölkələr
87,2
89,1
31,6
48
64
Nümunә:
dünya əhalisi sayında
güc mərkəzlərinin payı
Cәdvәl üzrә iş
4,5
6,2
2,1
87,2
ABŞ
Avropa
Birliyi
Yaponiya
Digər
LAYİHƏ