134
Türk xalqlarının
dini inanclarında da Avropa, Asiya mədəniyyətlərinin izi aydın
görünür. Qədim türk xalqları Tenqriyə, yəni Tanrıya inanırdı. Onların fikrincə,
Tenqri “
әbәdi sәma ruhu” idi. Qonşu sivilizasiyaların inkişafı türk xalqlarının dini
inanclarının təsiri altına düşməsinə və müxtəlif dinlərin yayılmasına səbəb oldu.
Türk xalqlarının dini mәnsubiyyәti
D i n l ə r
İslam
Buddizm
Xristian
İudaizm
türklər
azərbaycanlılar
tatarlar
özbəklər
türkmənlər
xakaslar
altaylılar
tuvalılar
qaqauzlar
çuvaşlar
karaimlər
Fərqli sivilizasiyalar arasında ticarət əlaqələrinin türk torpaqlarından keçməsi
onların iqtisadi hәyatına təsirsiz qalmamışdır. Tarixən “İpək yolu” adlandırılan ti-
carət əlaqələri bu ərazilərdə iri şəhərlərin yaranmasına səbəb olmuşdur. Türk tacirləri
Avropada ehtiyac duyulan Çin və Hindistan mallarının mübadiləsində fəal iştirak
edir və sürətlə varlanırdılar. Bu isə türk dövlətlərinin iqtisadi, sosial və mədəni sə-
viyyəsinin yüksəlməsinə imkan verirdi.
Türk xalqları Avrasiyada təqribən 12 mln. km
2
ərazidə yayılmışlar. Hazırda türk
xalqlarının 6 müstəqil dövləti mövcuddur: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qır-
ğızıstan, Özbəkistan, Türkmənistan.
Bəzi türk xalqları müəyyən özünüidarə hüquq səlahiyyətləri olan dövlət qurum-
larına malikdir. Onların əksəriyyəti Rusiya Federasiyasında türk müxtar respublika
dövlət qurumları aşağıdakı regionlarda qruplaşmışdır: Sibir regionunda – Altay,
Tuva, Xakasiya, Saxa – (Yakutiya); Ural-Volqaboyu regionunda – Başqırdıstan,
Tatarıstan, Çuvaşıstan; Şimali Qafqaz regionunda – Kabarda-Balkar, Qaraçay-
Çərkəz. Çin Xalq Respublikasının tərkibindəki Sınsızyan-Uyğur Muxtar Vilayəti də
türk dövlәt qurumlarından biridir.
Bəzi türk xalqları isə yaşadıqları ərazilərdə
yerli xalqlar hesab edilir. Onlar dövlət
qurumuna malik olmayıb, Rusiya, İran, İraq, Əfqanıstan, Gürcüstan, Suriya, Ukray-
na, Bolqarıstan, Macarıstan, Yunanıstan, Latviya və digər ölkələrin ərazisində yaşa-
yırlar.
Türk dövlətlərinin əksəriyyəti təbii ehtiyatlarla – neft, qaz, dəmir filizi, daş kömür
və s. ilə zəngin, iqlimi kənd təsərrüfatı üçün əlverişlidir. Azərbaycan, Türkmənistan,
Müstəqil
türk dövlətləri
İdarəetmə hüququna malik olan
türk qurumları
Yerli türk xalqları
Xәritә üzrә iş
1
4
2
3
Türk dövlət qurumlarının yerləşdiyi
regionları və oradakı
muxtar
respublikaları sadalayın:
LAYİHƏ
135
• V fəsil •
Qədim və müasir sivilizasiyalar
•
5
Qazaxıstan, Özbəkistan kimi ölkələrə dünyanın inkişaf etmiş ölkələrinin marağı da
bununla əlaqədardır. Hazırda türk dövlətləri dünyanın ən nəhəng layihələrində iştirak
edir.
1. Mətndən istifadə edərək cədvəli tamamlayın:
Müstəqil türk
dövlətləri
Rusiya Federasiyası tərkibində olan türk dövlət
qurumları
Çin Xalq respublikasının tərkibində
olan
türk dövlət qurumu
Sibir
Ural-Volqaboyu
Şimali Qafqaz
2. Xəritə-sxemddə rəqəmlərlə qeyd olunan Rusiya Federasiyası ərazisindəki türk dövlət
qurumlarını sadalayın, orada yaşayan xalqların hansı irqə mənsub olduğunu tapın:
3. Yerli türk xalqlarının yayıldığı ölkələrin iqtisadi inkişafını müqayisə edin.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
Azərbaycan dilinə daxil olan alınma ərəb, fars, rus və ingilis sözlərinə aid
nümunələr yazın və təqdim edin.
Dәrsdәn sonra
LAYİHƏ
136
A
ZƏRBAYCANIN SİVİLİZASİYALARARASI MÖVQEYİ
Azərbaycanın ərazisi antik dövrlərdən “Böyük İpək yolu”nda olduqca önəmli,
strateji mövqeyə malik bir region kimi qiymətləndirilir. Ölkənin Şərq və Qərbi bir-
ləşdirən ticarət yolları üzərində yerləşməsi Bərdə, Şamaxı, Gəncə, Şəki, Ərdəbil,
Təbriz, Naxçıvan şəhərlərinin inkişafına güclü təsir etmişdir.
Müasir dövrdə Azərbaycan zəngin mədəniyyətə məxsusdur. Bu mədəniyyətə
qonşu bir-birindən fərqli sivilizasiyaların təsiri də olmuşdur. Azərbaycanda mövcud
olan müasir mədəniyyət uzun zaman ərzində formalaşmışdır:
– Azәrbaycan xalqı tarix sәhnәsinә
tәxminәn e.ә. III minilliyin orta-
larında çıxmışdır. Azәrbaycan xalqı-
nın formalaşmasında Mәrkәzi Asiya-
dan Qәrbә doğru geniş miqyasda köç
edәn oğuz, qıpçaq, qarluq vә digәr
türk tayfaları mühüm rol oynamışdır.
38
Azәrbaycan Respublikasının coğrafi mövqeyi
Xәritә üzrә iş
A
V
R
O
P
A
A
S
İ
Y
A
Avropa və Asiya arasında sərhəd bütün dövlərdə mübahisəli olmuşdur. Aşağıdakı xəritə-sxemdə
iki qitə arasında müxtəlif illərdə qəbul edilmiş sərhəd xətləri təsvir olunmuşdur.
Avropa və Asiya
arasında müxtəlif
vaxtlarda qəbul edilən
sərhəd xətləri
Ptolomey və
Strabona görə.
1964-cü il.
Londonda
Beynəlxalq Coğra-
fiya
Konqresində
qəbul olunmuş
qərara görə.
2015-ci il. Rusiya,
Qazaxıstan və Azər-
baycan
coğrafiyaçılarının
Beynəlxalq
Coğrafiya İttifaqına
verdiyi təklifə görə.
Müzakirә edin:
– Sərhədlərin hansı coğrafi obyektlərdən keçdiyini müəyyən edin. Sizin fikrinizə görə,
ən düzgün
sərhəd xətti hansıdır?
LAYİHƏ