G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

 
 
134 
 
Türk xalqlarının dini inanclarında da Avropa, Asiya mədəniyyətlərinin izi aydın 
görünür.  Qədim  türk  xalqları  Tenqriyə,  yəni  Tanrıya  inanırdı.  Onların  fikrincə, 
Tenqri “әbәdi sәma ruhu” idi. Qonşu sivilizasiyaların inkişafı türk xalqlarının dini 
inanclarının təsiri altına düşməsinə və müxtəlif dinlərin yayılmasına səbəb oldu.  
Türk xalqlarının dini mәnsubiyyәti 
D i n l ə r  
İslam 
Buddizm 
Xristian 
İudaizm 
türklər 
azərbaycanlılar 
tatarlar  
özbəklər  
türkmənlər 
xakaslar 
altaylılar 
tuvalılar 
qaqauzlar 
çuvaşlar 
 
karaimlər 
 Fərqli  sivilizasiyalar  arasında  ticarət  əlaqələrinin  türk  torpaqlarından  keçməsi 
onların iqtisadi hәyatına təsirsiz qalmamışdır. Tarixən “İpək yolu” adlandırılan ti-
carət əlaqələri bu ərazilərdə iri şəhərlərin yaranmasına səbəb olmuşdur. Türk tacirləri 
Avropada ehtiyac  duyulan  Çin  və  Hindistan  mallarının mübadiləsində  fəal  iştirak 
edir və sürətlə varlanırdılar. Bu isə türk dövlətlərinin iqtisadi, sosial və mədəni sə-
viyyəsinin yüksəlməsinə imkan verirdi.  
Türk xalqları Avrasiyada təqribən 12 mln. km
2
 ərazidə yayılmışlar. Hazırda türk 
xalqlarının 6 müstəqil  dövləti mövcuddur: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qır-
ğızıstan, Özbəkistan, Türkmənistan.  
Bəzi türk xalqları müəyyən özünüidarə hüquq səlahiyyətləri olan dövlət qurum-
larına malikdir. Onların əksəriyyəti Rusiya Federasiyasında türk müxtar respublika 
dövlət  qurumları  aşağıdakı  regionlarda  qruplaşmışdır:  Sibir  regionunda  –  Altay, 
Tuva,  Xakasiya,  Saxa  –  (Yakutiya);  Ural-Volqaboyu  regionunda  –  Başqırdıstan, 
Tatarıstan,  Çuvaşıstan;  Şimali  Qafqaz  regionunda  –  Kabarda-Balkar,  Qaraçay-
Çərkəz. Çin Xalq Respublikasının tərkibindəki Sınsızyan-Uyğur Muxtar Vilayəti də 
türk dövlәt qurumlarından biridir.  
Bəzi türk xalqları isə yaşadıqları ərazilərdə yerli xalqlar hesab edilir. Onlar dövlət 
qurumuna malik olmayıb, Rusiya, İran, İraq, Əfqanıstan, Gürcüstan, Suriya, Ukray-
na, Bolqarıstan, Macarıstan, Yunanıstan, Latviya və digər ölkələrin ərazisində yaşa-
yırlar.  
 
Türk dövlətlərinin əksəriyyəti təbii ehtiyatlarla – neft, qaz, dəmir filizi, daş kömür 
və s. ilə zəngin, iqlimi kənd təsərrüfatı üçün əlverişlidir. Azərbaycan, Türkmənistan, 
Müstəqil türk dövlətləri 
İdarəetmə hüququna malik olan 
türk qurumları  
Yerli türk xalqları  
 
Xәritә üzrә iş
 
1
4
2
3
Türk dövlət qurumlarının yerləşdiyi 
regionları və oradakı muxtar 
respublikaları sadalayın: 
LAYİHƏ


 
 
135 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


Qazaxıstan,  Özbəkistan kimi ölkələrə dünyanın inkişaf  etmiş  ölkələrinin  marağı da 
bununla əlaqədardır. Hazırda türk dövlətləri dünyanın ən nəhəng layihələrində iştirak 
edir. 
  
 
 
1. Mətndən istifadə edərək cədvəli tamamlayın: 
 
Müstəqil türk 
dövlətləri 
Rusiya Federasiyası tərkibində olan türk dövlət 
qurumları 
Çin Xalq respublikasının tərkibində 
olan türk dövlət qurumu 
Sibir 
Ural-Volqaboyu 
Şimali Qafqaz 
 
 
 
 
 
 
2. Xəritə-sxemddə rəqəmlərlə qeyd olunan Rusiya Federasiyası ərazisindəki türk dövlət 
qurumlarını sadalayın, orada yaşayan xalqların hansı irqə mənsub olduğunu tapın: 
 
 
3. Yerli türk xalqlarının yayıldığı ölkələrin iqtisadi inkişafını müqayisə edin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Azərbaycan dilinə daxil olan alınma ərəb, fars, rus və ingilis sözlərinə aid 
nümunələr yazın və təqdim edin.
 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


 
 
136 
 
 
A
ZƏRBAYCANIN SİVİLİZASİYALARARASI MÖVQEYİ  
 
 
 
Azərbaycanın  ərazisi  antik  dövrlərdən  “Böyük  İpək  yolu”nda  olduqca  önəmli, 
strateji mövqeyə malik bir region kimi qiymətləndirilir. Ölkənin Şərq və Qərbi bir-
ləşdirən  ticarət  yolları  üzərində  yerləşməsi  Bərdə,  Şamaxı,  Gəncə,  Şəki,  Ərdəbil, 
Təbriz, Naxçıvan şəhərlərinin inkişafına güclü təsir etmişdir.  
Müasir  dövrdə  Azərbaycan  zəngin  mədəniyyətə  məxsusdur.  Bu  mədəniyyətə 
qonşu bir-birindən fərqli sivilizasiyaların təsiri də olmuşdur. Azərbaycanda mövcud 
olan müasir mədəniyyət uzun zaman ərzində formalaşmışdır:  
– Azәrbaycan xalqı tarix sәhnәsinә 
tәxminәn e.ә. III minilliyin orta-
larında çıxmışdır. Azәrbaycan xalqı-
nın formalaşmasında Mәrkәzi Asiya-
dan Qәrbә doğru geniş miqyasda köç 
edәn oğuz, qıpçaq, qarluq vә digәr 
türk tayfaları mühüm rol oynamışdır. 
 
38 
Azәrbaycan Respublikasının coğrafi mövqeyi 
 
Xәritә üzrә iş
A
V
R
O
P

A
S
İ
Y
A
Avropa və Asiya arasında sərhəd bütün dövlərdə mübahisəli olmuşdur. Aşağıdakı xəritə-sxemdə 
iki qitə arasında müxtəlif illərdə qəbul edilmiş sərhəd xətləri təsvir olunmuşdur. 
Avropa və Asiya 
arasında müxtəlif 
vaxtlarda qəbul edilən 
sərhəd xətləri 
Ptolomey və 
Strabona görə. 
1964-cü il. 
Londonda 
Beynəlxalq Coğra-
fiya Konqresində 
qəbul olunmuş 
qərara görə. 
2015-ci il. Rusiya, 
Qazaxıstan və Azər-
baycan 
coğrafiyaçılarının 
Beynəlxalq 
Coğrafiya İttifaqına 
verdiyi təklifə görə. 
Müzakirә edin: 
– Sərhədlərin hansı coğrafi obyektlərdən keçdiyini müəyyən edin. Sizin fikrinizə görə, ən düzgün 
sərhəd xətti hansıdır? 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə