G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə44/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

 
 
137 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


– VIII әsrdә әrәblәrin Qafqaza hücumu, 
sonda islam dininin yayılması ilә nәticәlәndi. 
Azәrbaycanın hәr tәrәfindә mәskunlaşan 
yerli xalqlar islam-şәrq mәdәniyyәtinin 
tәsirinә mәruz qaldı. 
 
 
– Ölkә әrazisi XVIII әsrin sonu XIX әsrin әv-
vәllәrindәn başlayaraq İran vә Rusiyanın  
hәrb meydanına çevrildi. Azәrbaycan iki döv-
lәt tәrәfindәn bölüşdürüldü. Azәrbaycan türk-
lәri fәrqli sivilizasiyaların tәsirinә faha güclü 
mәruz qaldı. Buna baxmayaraq Azәrbaycan 
türklәri öz etnik bütövlüklәrini qoruyub 
saxlamağı bacardılar. 
 
– XX әsrin әvvәlindә azәrbaycanlıları Rusi-
yada “Qafqaz müsәlmanları” adlandırır-
dılar. 1918-ci ildә ilk olaraq Azәrbaycan 
Demokratik Respublikası yarandı. ADR-in 
dövründә ölkә sәrhәdlәri dünyanın bir çox 
ölkәlәri tәrәfindәn tanındı. Xalqı öz islam 
kimliyindәn milli kimliyә keçirtmәk o dövrdә 
Avropada tәhsil almış ziyalıların әn böyük 
arzusu idi. ADR-ın әsas ideologiyası ölkәdә 
Şәrq vә Qәrb mәdәniyyәtinin sintezini yarat-
maq idi. Mәhz hәmin dövrdә ziyalılar xalqın 
milli mәfkurәsini istiqamәtlәndirә bildilәr.  
 
– 1920-ci ildә Azәrbaycanda sovet hakimiy-
yәti quruldu. Sovet ideologiyası türkçülük, is-
lamçılıq  prinsiplәrinin mәhv edilmәsinә, mil-
lәtin mәnәvi baxımdan parçalanmasına isti-
qamәtlәnmişdi. Azәrbaycanlıların әksәriyyәti 
Sovet ideologiyasına qarşı mübarizә aparır-
dı. Minlәrlә Azәrbaycan ziyalısının repressi-
yalara mәruz qalmasının da sәbәbi bu idi.   
 
 
LAYİHƏ


 
 
138 
 
Müasir dövrü milli ideologiyanın yüksәk inkişaf mәrhәlәsi adlandırmaq olar. Ölkədə 
demokratiya, insan haqları, çoxpartiyalılıq prinsipləri mənimsənilmişdir. Azərbay-
canda Şərq-Qərb mədəni dəyərlərinin sintezi yaranmışdır ki, bu da aşağıdakı sahə-
lərdə özünü göstərir: 
1.  İqtisadiyyat  sahәsi.  Ölkədə  təsərrüfatın  müxtəlif  sahələrinə  qoyulan  xarici 
investisiyalar Avropa və İslam inkişaf bankları tərəfindən maliyyələşdirilir. 
 
2014-ci ildә Azәrbaycanın xarici ticarәt әlaqәlәri 
Müstəqil  
Dövlətlər Birliyi 
Avropa  
İttifaqı 
İqtisadi Əməkdaşlıq və  
İnkişaf Təşkilatı 
Asiya-Sakit okean İqtisadi 
Əməkdaşlıq Təşkilatı 
2,5 mlrd. dollar 
3,7 mlrd. dollar 
6,1 mlrd. dollar 
3,1 mlrd. dollar 
 
2. Tәhsil vә maarifçilik. Hər il minlərlə tələbə dünyanın ən nüfuzlu ali məktəb-
lərində təhsil almaq üçün göndərilir, eyni zamanda, xarici ölkələrdən gələnlərin sayı 
artmaqdadır.  
3.  Nәqliyyat.  Azərbaycanın  Şimal  –  Cənub  və  Şərq  –  Qərb  magistrallarının 
keçdiyi dəhlizdə yerləşməsi beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına geniş imkan 
yaradır.  2000-ci  ildə  Rusiya,  İran  və  Hindistan  arasında  bağlanan  Şimal-Cənub 
beynəlxalq  nəqliyyat  yolunun  Azərbaycandan  keçməsi  ölkə  iqtisadiyyatına  güclü 
təsir edir. Şərq-Qərb yolu Mərkəzi Asiya ilə Avropa ölkələrini birləşdirir.  
4. Mәdәniyyәt. Azərbaycanın mənəvi və maddi irsinin: muğam, aşıq sənəti və 
milli xalçaçılıq sənətinin, İçərişəhər kompleksinin qorunması  məsələləri YUNES-
KO tərəfindən “Bəşəriyyətin mədəni irs siyahısı”na daxil  edilmişdir.  
5. İdman. Ölkədə 2015-ci ildə Avropa Oyunları keçirilmişdir və gələcəkdə 2017-
ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ediləcək. 
 
 
 
“Sumqayıt. Xәzәr texnoparkı”. Elm və 
istehsalı birləşdirən bu iri müəssisədə 
dünyanın ən yeni texnologiyaları tətbiq 
edilir. 
BMT-nin “Sivilizasiyalar Alyansı”, YUNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub 
Mərkəzi və İSESKO-nun dəstəklədiyi “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” Bakıda 
keçirilmişdir. 
“Heydәr Әliyev mәrkәzi”. Dünyanın ən 
məşhur arxitektorlarından biri tərəfindən 
layihələndirilmiş mərkəzdə beynəlxalq 
miqyaslı tədbirlər, konfranslar keçirilir. 
LAYİHƏ


 
 
139 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
İfadələr arasında uyğunluğu müəyyən edib yazın: 
 
A. Azərbaycan ziyalısının repressiyalara məruz 
qalması. 
1. Azərbaycan Demokratik Respublikası dövründə. 
B. Xalqı öz islam kimliyindən milli kimliyinə 
keçirtmək. 
2. İslam dininin yayılması dövrü. 
C. İki böyük mədəniyyətin fərqli təsirlərini qəbul 
etməli oldular. 
3. Sovet hakimiyyəti illərində. 
D. Türk tayfaları – qıpçaq, oğuz, qarluqlar və  
yerli etnos xalqları. 
4. Azərbaycanın iki hissəyə parçalanması. 
E. Xalqın islam-şərq mədəniyyətinə daxil 
olması. 
5. Azərbaycan ərazisində türk xalqlarının 
məskunlaşması. 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
İnternet resurslarından istifadə edərək Azərbaycanın digər ölkələrlə siyasi, 
iqtisadi-mədəni əlaqələrinə aid məlumat toplayıb təqdim edin. 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə