G9az(titul)


        Cәnub-Şәrqi Avropa regionuna



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə46/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

 
 
144 
 
 
 
Cәnub-Şәrqi Avropa regionuna daxil olan – Xorvatiya, Sloveniya, Bosniya və 
Herseqovina,  Serbiya,  Makedoniya  və  digər  ölkələr  yaxın  zamana  qədər  sosialist 
ölkələri blokuna daxil idi. Bu ölkələrdə yeni ictimai münasibətlər hələ də çətinliklə  
yaranmaqdadır. 
Siyasi, iqtisadi-sosial xüsusiyyətlərinə görə ziddiyyəti ilə fərqlənən Cәnub-Qәrbi 
Asiya regionunun  bir  neçə  ölkəsi  də    Aralıq  dənizinə  çıxışa  malikdir.  Bu  ölkələr 
Türkiyə, Livan, Suriya və İsraildir. Hazırda İsrail–Fələstin münasibətləri və Suriyada 
baş  verən  müharibə  bu  regionda  təhlükə  mənbəyi  olmaqla  yanaşı,  iqtisadiyyatın 
zəifləməsinə gətirib çıxarır.    
Hazırda  Aralıq  dənizi  sahilində  yerləşən  ölkələr  arasında  müxtəlif  birlik  və 
təşkilatlar  yaranmaqdadır.  2008-ci  ildə  regionda  yerləşən  ölkələrin  başçılarının 
iştirakı ilə yeni bir beynəlxalq təşkilat yaradılmasına dair razılıq əldə edilmişdir. Bu 
təşkilatın 43 üzvü vardır.  
“Aralıq dәnizi sahili ölkәlәrinin birliyi” adlanan təşkilatın məqsədi regiondakı 
ölkələr  arasında  sülh,  iqtisadi,  mədəni  əlaqələri  möhkəmlətmək,  onların  inkişaf 
səviyyələri arasında fərqi azaltmaqdır.    
 
 
•  Aralıq  dənizi  sahili  ölkələri  üzümçülüyün  inkişafı  üçün  ən  əlverişli  ərazilərdir.  Üzümçülüyün 
inkişafı Cənubi Avropa ölkələrinin əksəriyyətinin şərabçılıq üzrə istisaslaşmasına səbəb olmuşdur. 
Lakin Şimali Afrika ölklərində şərabçılıq, demək olar ki, inkişaf etməmişdir.

Müzakirә edin:  
– Bunu nə ilə izah etmək  olar? 
 
Mәtn üzrә iş
Cədvəli dəftərinizdə çəkib mətnə əsasən tamamlayın. 
Regionlar 
Ölkələr 
Dini tərkibi 
Təbii şəraiti 
İnkişaf səviyyəsi 
Cənubi Avropa 
 
 
 
 
Şimali Afrika 
 
 
 
 
Cənub-Şərqi Avropa 
 
 
 
 
Cənub-Qərbi Asiya 
 
 
 
 
  
Cәdvәl üzrә iş
LAYİHƏ


 
 
145 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
 
1. Cədvəli tamamlayın:  
№ 
Ölkələr 
Region 
Dini tərkibi 
İnkişaf səviyyəsi 
Turizmin inkişafı 
1. 
İtaliya 
 
 
 
 
2. 
Türkiyə 
 
 
 
 
3. 
Misir 
 
 
 
 
4. 
Fransa 
 
 
 
 
5. 
Liviya 
 
 
 
 
 
2. Suallara cavab verin:  
1)  Afrikaya yaxınlıq Cənubi Avropa regionuna, Avropaya yaxınlıq isə Şimali Afrika regionununa  
necə təsir edir? 
2)  Aralıq dənizi sahili regionlarının inkişafında nəzərə çarpan müasir fərqlərə hansı amillər təsir 
göstərib? 
– Əhalinin irqi tərkibi; 
Əhalinin  milli tərkibi
–  Əhalinin dini tərkibi; 
– Müstəmləkə və ya asılılığın uzun müddət davam etməsi. 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Sizə aşağıdakı ölkələrdən birinə səyahət etmək imkanı verilmişdir: 
1)  İtaliya;  
2)  Sloveniya;  
3)  Misir;  
4)  İsrail. 
 
Verilmiş suallar əsasında esse yazın: 
– Bu ölkələrdən hansını seçərdiniz?  
– Səyahət zamanı nəyə diqqət yetirərdiniz? 
– Hansı ölkənin təbiəti daha cəlbedici ola  bilər? 
– Hansı ölkəyə səyahət daha çox xərc tələb edə bilər? 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


 
 
146 
 
 
M
ÜASİR DÜNYANIN “İQTİSADİ GÜCLƏRİ” 
 
 
XX əsrin əvvəlinədək dünyanın iqtisadi mənzərəsi tәkmәrkәzli (bir dövlət və ya 
regionun üstünlüyü) olmuşdur. Belə ki, orta əsrlərin sonuna qədər təbii sərvətlərinin 
bolluğu  ilə  fərqlənən  Asiya  ölkələri,  xüsusən  də  Çin  dünyanın  ən  varlı  ölkəsi  
41 
1. XV əsrədək 
3. XX əsrin əvvəli 
2. XVIII–XIX əsrlər 
4. XX əsrin sonu 
Müzakirә edin: 
1. Dünyanın “iqtisadi güclərin” coğrafiyasının tarixən necə dəyişdiyini şərh edin.  
2. XXI əsrin əvvəlində Cənub yarımkürəsində yerləşən ölkələrin dünyanın iqtisadi güc mərkəzlərinə 
çevrilməsinin səbəbi nə ola bilər? 
 
Xәritә üzrә iş
5. XXI əsrin əvvəli 
LAYİHƏ


 
 
147 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


sayılırdı.  Dünya  dənizlərinə  nəzarəti  ələ  keçirən  Avropa  regionu  XVIII  əsrin  so-
nunda  dünyanın  güc  mərkəzinə  çevrildi.  Bu  həm  də  avropalıların  çoxlu  müs-
təmləkələrə sahib olması ilə əlaqədar idi.  
XX əsrin əvvəlində dünyanın iqtisadi mənzərəsində ikimərkəzlilik yarandı. Bu 
dövrdə Qərbi Avropa ilə yanaşı, ABŞ da güc mərkəzi oldu. Yaradılan iri elmi-təd-
qiqat institutlarına Avropadan məşhur alimlər cəlb edildi. Ölkədə elmi-texniki ye-
niliklərin tətbiq edildiyi nəhəng istehsal müəssisələri yaradıldı. İstehsal olunan məh-
sulun satışı üçün məqsədyönlü fəaliyyət – marketinq fəaliyyəti tətbiq edildi.  
1950-ci illərdən başlayaraq Yaponiyanın da iqtisadı gücü sürətlə artdı. Dünyada 
çoxmәrkәzli iqtisadi model yarandı.  
İqtisadiyyatda  Amerika  modelinin  mahiyyətlərindən  biri  xüsusi  mülkiyyətin 
iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutmasıdır. 
 
 
 
1975-ci ildə Fransanın təşəbbüsü ilə Almaniya, ABŞ, Fransa, Britaniya, İtaliya və 
Yaponiyanın üzv olduğu “Altılıq” – “Great-6” (“G–6”) yaradıldı. 1976-cı ildə Kana-
danın  bu  qrupa  daxil  edilməsi  ilə  “G–6”  qrupu  “Böyük  yeddilik”  (“G–7”)  adlandı. 
Rusiya 1997-ci ildə həmin quruma üzv seçildıkdən sonra “Böyük yeddilik”, “Böyük 
səkkizlik” (“G–8”) oldu. “G–8” çərçivəsində ən aktual məsələlər, dünyanı narahat edən 
siyasi, iqtisadi, sosial və s. problemlər müzakirə edilir.  
Dünya ixracatının 49%-i “'G–8”in payına düşür. Sənaye istehsalının 51%-i də 
bu qrupa məxsusdur.   
Cədvəldən (2014-cü il) istifadə edərək digər ölkələrə uyğun olan rəqəmləri təyin edin və dünyanın 
iqtisadi güc mərkəzlərinin fərqli göstəriciləri əsasında müxtəlif diaqramlar qurun.  
İqtisadi güc 
mərkəzləri 
Dünya əhalisi 
sayında payı 
(%-lə) 
Dünya 
ərazisinə 
görə payı 
(%-lə) 
Dünya ti-
carətində 
payı        
(%-lə) 
İstehsal edilən sə-
naye məhsulunun 
payı (%-lə) 
Kənd təsərrü-
fatı məhsulu 
istehsalında 
payı (%-lə) 
ABŞ 
4,5 
7,2 
16,8 
20,0 
12,0 
Avropa Birliyi 
6,2 
2,4 
42,0 
23,0 
19,0 
Yaponiya 
2,1 
0,3 
9,6 
9,0 
5,0 
Digər ölkələr 
87,2 
89,1 
31,6 
48 
64 
 
Nümunә: 
dünya əhalisi sayında 
güc mərkəzlərinin payı 
  
Cәdvәl üzrә iş
4,5
6,2
2,1
87,2
ABŞ
Avropa Birliyi
Yaponiya
Digər
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə