G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə49/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

 
 
 
154 
 
ilə  əlaqədar  idi.  Tez-tez  baş  verən  epidemiyalar  və  müharibələr  də  çoxsaylı  insan 
itkisinə səbəb olurdu. 
 
XX əsrdən başlayaraq səhiyyənin inkişafı, insanların həyat şəraitinin yaxşılaşması 
ölümün azalmasına səbəb olmuşdur. Doğumun yüksək səviyyədə qalması əhalinin tə-
bii artımının çoxalması və sayının kəskin artması ilə nəticələnmişdir.  
XX əsrdə elmin, təbabətin inkişafı, ailə planlaşdırılması siyasəti, qadınların ictimai 
aktivliyinin artması, şəhər həyat tərzinin yayılması nəticəsində təbii artım səviyyəsi aşağı 
düşdü. Sənayenin inkişafı kənd əhalisinin şəhərlərə köçməsinə səbəb oldu. Şəhərlərdə 
yaşayan ailələrdə isə uşaqların sayı kənd ailələrinə nisbətən həmişə az olmuşdur.  
Hazırda dünyanın müxtəlif region və ölkələrində demoqrafik vəziyyət fərqlidir. Af-
rika, Asiya və Latın Amerikası ölkələrinin əksəriyyətində əhalinin təbii artımı yüksək-
dir. Belə ölkələrdə demoqrafik partlayış baş verir, yəni ölümün az, doğumun çox ol-
ması nəticəsində əhalinin sayının yüksək templə artması müşahidə edilir.   
Avropa, Şimali Amerika və Avstraliyada isə təbii artım göstəriciləri aşağıdır. Bu 
ölkələrdə əhali artımının I tipi – doğumun və ölümün aşağı olması (hər 1000 nəfərə 12 
nəfər və daha az) nəticəsində təbii artımın aşağı göstəricisi səciyyəvidir. Bəzi ölkələrdə 
isə təbii artım mənfidir, yəni yerli əhalinin ümumi sayında azalma baş verir. Bu proses 
demoqrafik böhran adlanır.   
Hər hansı ölkədə demoqrafik vәziyyәtә uyğun olaraq demoqrafik siyasәt yürüdülür. 
Demoqrafik siyasət əhalinin sayının tənzimlənməsi məqsədilə həyata keçirilən  inzi-
bati, iqtisadi, təbliğatı və s. tədbirlər sistemidir. Adətən, demoqrafik siyasət təbii artı-
mın yüksək olduğu ölkələrdə doğumu azaltmağa doğru, təbii artımın aşağı düşdüyü 
ölkələrdə isə onu yüksəltməyə doğru aparılır. Demoqrafik  siyasət  nəticəsində  təbii 
artım kəskin dəyişə – doğum arta və ya azala bilər. Əhalinin təbii artımının kəskin 
şəkildə dəyişməsi demoqrafik inqilab adlanır.  
 
 
 Müavinətlərin verilməsi 
 Çoxuşaqlı  ailələrə və yeni evlənənlərə  güzəştlər       
 Uzunmüddətli ödənişli analıq məzuniyyətinin 
verilməsi 
 Tibbi xidmət və təhsil ödənişlərinin dövlət 
hesabına olması 
 Körpələrin uşaq müəssisələrinə  cəlb edilməsi və s. 
 Nikah yaşının artırılması 
 Müxtəlif  təbliğat  tədbirləri  
 Ali təhsil müəssisələrində təhsil alanların 
ailə qurmasının qarşısının alınması   
 Azuşaqlı ailələrdə uşaqların təhsil və tibb 
xidmətlərinə üstünlük verilməsi 
 Uşağı az olan valideynlərə iqtisadi və 
sosial güzəştlərin verilməsi və s. 
İNKİŞAF ETMİŞ ÖLKƏLƏR 
İNKİŞAF ETMƏKDƏ OLAN  ÖLKƏLƏR
 
DEMOQRAFİK  SİYASƏT
 
Doğum göstəricilərinin artırılması üçün
 
Doğum göstəricilərinin aşağı salınması üçün
 
Aşağı doğum 
 “Demoqrafik böhran” 
Yüksək  doğum 
“Demoqrafik  partlayış” 
LAYİHƏ


 
 
155 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
Azərbaycan Respublikasının “Ailə kodeksində” üçuşaqlı ailələr ideal ailə kimi qiy-
mətləndirilir. Beş uşağı olan analar isə vaxtından xeyli əvvəl pensiya almaq hüququ 
qazanır. 
 
 
 
 
1. Mətndə verilən xəritə-sxemdən istifadə edərək, a) Nigeriya, Argentina, ABŞ,  Fransa, Estoniya, İran, 
Hindistan, Avstriya və Meksika dövlətlərinin adlarını cədvəlin uyğun xanalarına qeyd edin: 
Demoqrafik  siyasət 
Doğum göstəricilərinin artırılmasına yönələn 
Doğum göstəricilərinin aşağı salınmasna 
yönələn 
 
 
b) Dünyanın siyasi xəritəsindən istifadə edərək cədvələ daha  10 digər ölkə əlavə edin.   
 
2. Sinfinizdə sorğu aparın. Üçuşaqlı ailələrin sayını müəyyən edin. Bu ailələrin digərlərinə nis-
bətən neçə faiz olduğunu hesablayın. 
 
 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
1. İnternet  axtarış  sistemindən  istifadə  edərək  Çin,  Yaponiya,  Almaniya  və 
Rusiya  ölkələrinin  hansı  demoqrafik    siyasət    apardığını    müəyyən  edin. 
Axtarışın nəticələri haqqında qısa mətn hazırlayın.  
2. İnternet  axtarış  sistemindən  istifadə  edərək  hazırda  dünyanın  müxtəlif 
ölkələrində yayılmış “Ailənin 3-cü övladı” layihəsinə aid məlumat toplayın. 
Ailədə  3-cü  övlad  olan  məşhurların  siyahısını  yaradın.  Onların  uğurları 
haqqında maraqlı faktlar toplayın. 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


 
 
 
156 
 
 
D
ÜNYA ƏHALİSİNİN YAŞ-CİNS TƏRKİBİ. ƏMƏK EHTİYATLARI 
 
 
Ölkənin  demoqrafik  vəziyyəti,  ilk  növbədə,  əhalinin  yaş  tәrkibindәn (struktu-
rundan) asılıdır. Yaş tərkibi əhalinin müxtəlif yaş qrupları üzrə paylanmasıdır.  
Əhalinin yaş tərkibinə doğulan uşaqların sayı və orta ömür müddəti və miqrasiyalar 
təsir  edir.  Əhalinin  yaş  tərkibində  doğumun  yüksək  olması  uşaqların,  orta  ömür 
müddətinin çox olması isə yaşlıların payını artırır.  
 
44 
Müzakirә edin:  
1. Əhalinin yaş tərkibinə görə hansı qrupları 
vardır? 
2. Hansı regionlarda uşaqlar  üstünlük  təşkil  
edir?  
3. Hansı regionlarda yaşlılar üstünlük  təşkil  
edir?  
 
Sxem üzrә iş
 
Dünyanın müxtәlif regionlarında әhalinin yaş tәrkibinin 
qruplar üzrә paylanması (%-lә)  
Uşaqlar:  
0–15 yaş 
Yaşlılar: 
65 yaşdan 
yuxarı 
Yetkinlәr: 
16 yaşdan  
65 yaşadək 
Əhalinin ən aşağı  və ən  yuxarı orta  ömür  müddətinə malik olan ölkələri  siyasi xəritəyə əsasən 
müəyyən edin və adlarını dəftərinizə yazın.  
Müzakirә edin:  
– Əhalinin orta ömür müddəti ilə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi arasında hansı əlaqə  möv-
cuddur? 
Dünya әhalisinin orta ömür müddәti 
 
Xәritә üzrә iş
 
Orta ömür müddəti (il)
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə