G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   62

 
 

181 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

 
 
S
ƏNAYE SAHƏLƏRİ NECƏ YERLƏŞDİRİLİR? 
 
 
Maddi və qeyri-maddi istehsal sahələri müxtəlif ərazilərdə müəyyən prinsiplər 
əsasında  yerləşdirilir.  Müəsissələrin  yerləşdirilməsində  təbii  və  iqtisadi  amillərin, 
eləcə də ərazidə əhalinin sıxlığının təsiri böyükdür. Müəssisələrin düzgün yerləşdi-
rilməsi istehsal olunan məhsulun maya dəyərinə təsir edir. Maya dәyәri – hər hansı 
məhsulun  istehsal  edilməsinə  və  daşınmasına  çəkilən  xərclərə  deyilir.  Məhsulun 
satış  qiymәti  nizamlanmış  qiymətlər  sisteminə  əsaslanır.  Qiymәtlәr sisteminin 
formalaşmasında məhsul istehsalı üçün xammal və ya detalların alınması, əməkhaq-
qının  ödənilməsi,  binanın  xərcləri  (vergi,  işıq,  istilik,  su  və  s.),  gəlirlərin  bölüş-
dürülməsi, işçinin sosial müdafiəsinə çəkilən xərclər nəzərə alınır.  
51 
Müzakirә edin:   
– Maddi və qeyri-maddi istehsal sahələrinin yerləşdirilməsində hansı amillər nəzərə alınmalıdır? 
Ərazidə müəssisələrin yerləşmə uyğunluğunu tapın: nümunə: a–2; b–1. 
1. Hansı müəssisələr şəhərin mərkəzinə ən yaxın yerləşdirilmişdir və bunun səbəbi nədir? 
2. Şəhərin enerji ilə təminatı hansı mənbədən ödənilir və onun yerləşdirilməsində hansı amil əsas 
götürülmüşdür? 
3. Ayaqqabı fabrikinin  şəhərə daha yaxın, metallurgiya zavodunun  isə uzaqda yerləşdirilməsi 
hansı amillərlə əlaqədardır? 
4. Şəhər əhalisi hansı müəssisələrdə işləyərsə, daha az nəqliyyat xərcləri ödəyərlər? 
Şәkil üzrә iş
 
Müəssisələr: 
a) Su-elektrik stansiyası 
b) Daş karxanası 
c) İdman kompleksi 
d) Əyləncə mərkəzi 
e) Metaləritmə zavodu  
f) Ticarət mərkəzi 
g) Ayaqqabı fabriki 
 
LAYİHƏ


 
 
 
182 
 
Müəssisələrin düzgün yerləşdirilməsi məhsulun maya dəyərinə təsir edən mühüm 
amildir. Filizin tərkibində metalın miqdarı az olduqda saflaşdırılmaq tələb olunur. 
Saflaşdırma – filizin müxtəlif qarışıqlardan təmizlənməsi prosesidir. Qarışıqlar çox 
olduqda,  saflaşdırma  prosesi  həmin  ehtiyatın  çıxarıldığı  ərazidə  həyata  keçiril-
məlidir. Çünki saflaşdırma zamanı xeyli miqdarda tullantı yaranır. Belə filizi kənara 
daşımaq  üçün  daha  çox  nəqliyyat  xərcləri  tələb  olunur.  Ona  görə  də  müəssisənin 
yerləşdirilməsində  mineral  ehtiyat  mənbələrinə,  yəni  xammala  yaxınlıq  prinsipi 
əsas götürülür. Çilidə mis filizi sənayesi buna misaldır. 
•  Mis  ehtiyatlarına  görə,  Çili  dünyada  birinci  yeri  tutur.  Ölkədə  400-dən  çox  mis  filizi  yatağı 
mövcuddur. Yataqlar, əsasən, And mis qurşağında yerləşir. Bir ton çıxarılan süxurdan  5–10 kq mis 
əldə etmək mümkündür. Bu, mis filizinin “kasıb” oduğunu göstərir. Ona görə də, süxuru istehlak 
rayonuna daşımaq sərfəli deyil.  Hazırda Çilidə çıxarılan misin 90%-i Yaponiya, Fransa, AFR və 
Braziliyaya ixrac edilir.  
 
Çukikamata (Çili) – dünyada misin açıq üsulla çıxarıldığı ən böyük mədəndir. Onun uzunluğu 
4,3 км, eni 3 км, dərinliyi 850 м-ə bərabərdir. 
 
Saflaşdırılmış filizlərin (mis, dəmir və s.) əridilməsi və ondan metal külçələrin 
hazırlanması  digər  müəssisələrdə  həyata  keçirilir.  Belə  müəssisələr  metallurgiya 
zavodlarıdır. Əlvan metalın əridilməsi prosesi çoxlu enerji tələb edir. Ona görə də 
belə müəssisələr ucuz elektrik enerji mənbələrinə yaxın yerləşdirilir. Bu enerji amili 
məhsulun daha ucuz başa gəlməsinə imkan verir.   
 
• Elektrik enerjisindən asılılıq dünyada alüminium sənayesinin coğrafiyası-
na güclü təsir etmişdir. Alüminiumun əsas xammalı olan boksit istehsalına 
görə Yamayka, Avstraliya, Surinam, Qvineya fərqlənsə də, alüminium is-
tehsalına görə Norveç, Yaponiya, Kanada seçilir. ABŞ-ın əlvan metallur-
giya sənayesi isə su-elektrik stansiyalarının cəmləndiyi və ucuz enerji is-
tehsal olunduğu qərb ştatlarındadır. 
LAYİHƏ


 
 

183 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

 
Təsərrüfat  müəssisələrinin  yerləşdirilməsində  ərazinin  təbii  şəraiti  mühüm  rol 
oynayır.  Faydalı  qazıntıların  çıxarıldığı  mədənlərin  iqlim  şəraiti  onların  maya 
dəyərinə  birbaşa  təsir  göstərir.  Onların  emal  prosesi  isə  əsasən  xüsusi    binalarda 
yerləşir.  Belə  müəssisələrin  yerləşdirilməsində  ərazinin  iqlim  şəraiti  deyil,  relyef 
amili daha mühüm rola malikdir.  
 
İstehsal sexləri, anbar və əlavə yardımçı binaların  tikintisi üçün geniş və düzən  
ərazinin olması vacibdir. Tikinti üçün yollar, xammal, detallar, su, qaz kəmərləri, 
elektrik xətləri əsas şərtdir. İstehsal üçün vacib detalların müəssisəyə gətirilməsi və 
ya hazır məhsulların daşınması üçün nәqliyyat magistralları tələb olunur.  
Nəqliyyatın inkişafına təsir edən amillər çoxdur. Məsələn, dağlıq ərazilərdə ya-
macların  meyilliyi  18–20°-dən  çox  olduqda  dəmir  yollarının  çəkilməsi  mümkün 
deyildir. Avtomobil yollarının çəkilməsində relyefdən əlavə iqlim şəraiti də nəzərə 
alınmalıdır. Çünki dağlıq ərazilərdə iqlim sərtdir. Duman və şaxtalı günlərdə yollar 
daha təhlükəli olur.  
Bir ton әlvan metal әldә etmәk üçün tәlәb olunan süxur vә 
enerji. 
Sxemdəki rəqəmlər əsasında ağır və 
yüngül əlvan metal istehsal edən 
müəssisələrin harada yerləş-
dirilməsinə aid nəticə çıxarın  və 
cədvəli dəftərinizdə tamamlayın. 
Əlvan 
metallar 
Xammal 
mənbə-
lərində 
Enerji 
mənbə-
lərində 
Qalay 
 
 
Mis 
 
 
Sink  
 
 
Qurğuşun  
 
 
Titan  
 
 
Maqnezium    
 
Alüminium 
 
 
 
Müzakirә edin:  
– Ağır əlvan metallar yüngül əlvan metallardan hansı xüsusiyyətlərinə görə fərqlənir? 
  
Sxem vә cәdvәl üzrә iş
 
Müzakirә edin: 
1. Təsvir edilmiş məntəqələrin hansında yaşayış 
məntəqəsini salmaq daha məqsədəuyğundur?  
2. Hansı nöqtələrdə yaşayış məntəqəsinin 
yerləşdirilməsinə relyef amili mane olur? 
3. İqlimin əlverişsizliyi hansı məntəqələrdə daha 
aydın hiss oluna bilər? 
4. Hansı məntəqədə daşqın təhlükəsi böyükdür?  
Fikirlərinizi əsaslandırın.  
 
Şәkil üzrә iş
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə