G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

 
 

175 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

4.  Kimya sәnayesi – təbii materialları əvəzləyən süni materialların istehsalını əhatə 
edir. Müasir dövrdə kimya sənayesinin rolu artmışdır. Bu, elm və texnikanın inkişaf 
etməsi və istehsala tətbiq olunması ilə əlaqədardır. Kimya sənayesi çoxsahəlidir. 
 
 
 
5. Meşә sәnayesi – oduncaq tədarükü və ağac emalı  sahələrini  əhatə edir.  Emal 
prosesində  yaranan  tullantılar  meşə-kimya  məhsullarının  (ağac  kəpəyindən  alınan 
lövhə və s.) istehsalında istifadə olunur.  
 
 
 
6. Yüngül sәnaye – bilavasitə insanların istifadə etdiyi geyim və eləcə də ayaqqabı, 
çanta, ev əşyaları (yataq dəstləri, xalça və s.) məhsulları istehsal edən qədim sahədir.  
 
 
 
LAYİHƏ


 
 
 
176 
 
7. Qida sәnayesi – əhalini ərzaqla təmin edən sahədir. Bu sahə tələb olunan xam-
malı, əsasən, kənd təsərrüfatından alır.  
 
Qida sənayesi kənd təsərrüfatı ilə birlikdə aqrar-sәnaye kompleksini əmələ gətirir.   
 
Üçüncü sektor – xidmәt sahәlәrini əhatə edir. 
 
 
Son illər xüsusilə inkişaf etmiş ölkələrdə üçüncü sektorun – ticarət və nəqliyyat, 
turizm, rabitə və bank xidməti, səhiyyə və təhsil, kino və teatr və incəsənət sahələri 
aparıcı mövqeyə  keçmişdir. Bu ölkələrdə iqtisadi cəhətdən fəal əhalinin əsas hissəsi 
üçüncü sektorda çalışır. ABŞ, Kanada, Yaponiya, İsrail, Avstraliya, Qərbi Avropa 
ölkələrinin  təsərrüfat  strukturunda  xidmət  sahəsində  işləyənlərin  nisbəti  70%-ə 
qədərdir. Belə ölkələrdə sənaye və kənd təsərrüfatında çalışanların sayı azdır. Çünki 
yüksək  səviyyəli texnoloji avadanlıqları tətbiq etməklə inkişaf etmiş ölkələrdə ağır 
əl əməyi, əsasən, aradan qaldırılmışdır. Bu ölkələrdə bütün sahələrdə texnika geniş 
tətbiq olunur və az material tutumlu məhsullar istehsal olunur.  
 
Ölkələr üzrə təsərrüfatın müxtəlif  sahələrində çalışanların təqribi payını təhlil edin.
 
 
Müzakirә edin: 
1. Nə üçün ABŞ-da iqtisadi cəhətdən 
fəal əhalinin payı Nigeriyadan daha 
çoxdur? 
2. ABŞ-ın və Nigeriyanın işləyən əha-
lisi müvafiq olaraq hansı sahələrdə 
daha çox çalışır? 
3. İşləyən əhalinin sektorlar üzrə böl-
güsü ölkənin iqtisadi inkişafına dair 
məlumat verə bilirmi? Cavabınızı 
əsaslandırın. 
  
Diaqram üzrә iş
Şəkillərə əsasən xidmət sahələrini sadalayın.
  
Şәkil üzrә iş
 
a
 
b
c
f
 
d
e
LAYİHƏ


 
 

177 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

Nepal, Banqladeş, Efiopiya, Qvineya, Mozambik, Ruanda, Butan, Uqanda kimi 
inkişafdan  geri  qalmış  ölkələrdə  iqtisadi  cəhətdən  fəal  əhalinin  5–20%-i  üçüncü 
sektorda, mütləq əksəriyyəti isə birinci sektorda çalışır. 
 
 
 
Hazırda dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə iqtisadiyyatın dördüncü sek-
toru formalaşır. O, informasiya sahәsini (məlumatların yığılması, təhlili, informa-
siyalar əsasında idarəetmə), elmi-tədqiqat və onların tətbiq yollarını əhatə edir.  
 
 
 
 
 
  
1. Təsərrüfat sahələrinə uyğun olaraq cədvəldə verilənlərin əsasında ölkələr üçün 
diaqramlar qurun və ölkələri gəlir mənbələrinə görə qruplaşdırın. 
Ölkələr 
İl ərzində müxtəlif sahələrdən əldə olunan gəlirlər, %-lə 
Kənd təsərrüfatı 
Sənaye 
Xidmət sahələri 
Küveyt 

53 
47 
ABŞ 

25 
73 
Fransa 

27 
71 
Polşa 

39 
55 
Rusiya 

39 
54 
Çin 
21 
48 
31 
Hindistan 
29 
30 
41 
Efiopiya 
57 
10 
33 
 
2. Avstraliyada boksit istehsalı Yamaykadan yeddi dəfə artıqdır. Lakin Avstraliyada bu 
sahədə əhalinin 1%-i, Yamaykada isə 25%-i çalışır. Bunu nə ilə izah etmək olar? 
 
 
 
Kәnd tәsәrrüfatında işlәyәn әhalinin payı 
Müzakirә edin:  
– İnkişaf etməkdə olan ölkələrdə əhalinin 
əksəriyyətinin kənd təsərrüfatı sahələrində 
işləməsinə baxmayaraq, bu məhsulların əsas 
ixracatçısı inkişaf etmiş ölkələrdir.  
Səbəbini izah edin. 
 
  
Diaqram üzrә iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
  
Cәdvәl üzrә iş
 
Ətrafınızdakı insanlar arasında iqtisadi cəhətdən fəal əhalinin ən azı 20 nəfəri ilə 
sorğu keçirin. Onların harada işlədiklərini müəyyənləşdirin və mətndəki sektorlara 
uyğun qruplaşdırın. Nəticəni cədvəl və ya diaqram şəklində təqdim edin. 
Soyadı və adı 
Kənd təsərrüfatı 
Sənaye 
Xidmət 
 
 
 
 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


 
 
 
178 
 
 
M
ADDİ VƏ QEYRİ-MADDİ İSTEHSAL SAHƏLƏRİ 
 
İqtisadiyyatın  müxtəlif  sahələrinin  bir-biri  ilə  əlaqəsi  olmadan  onların  inkişafı 
qeyri-mümkündür. 
 
 
 
Hər  hansı  məhsulun  istehsal  edilməsi  prosesi  müxtəlif  sayda  təsərrüfat  müəs-
sisələrini  əhatə  edir.  Eyni  tələbatı  ödəyən  müəssisələr  tәsәrrüfat sahәlәri  yaradır. 
Məsələn,  insanların  qidaya  olan  tələbatını  ödəmək  üçün  fəaliyyət  göstərən  müəs-
sisələrin cəmi qida sәnayesi sahәsi adlanır. Kənd təsərrüfatı məhsulları istehsalı isə 
kənd təsərrüfatı sahəsini əmələ gətirir.  
Maddi   qeyri-maddi istehsal sahәlәri  vardır.  Təsərrüfat  sahəsinin  tərkibi  və 
istehsal olunan məhsullar nə qədər mürəkkəbdirsə, istehsal sahələri də bir o qədər 
çoxsahəlidir; məsələn: bir təyyarə yüz iyirmi mindən çox hissə və detaldan ibarətdir. 
Onların hazırlanması yüzlərcə müəssisədə xeyli sayda ixtisaslı kadr, daim yenilənən 
texnoloji  avadanlıq  və  s.  tələb  edən  mürəkkəb  bir  istehsal  prosesidir.  Hər  hansı 
istehsal  prosesi  elektrik  enerjisi,  nəqliyyat  vasitələri  və  yolları  olmadan  fəaliyyət 
göstərə bilməz.   
50 
I.    İqtisadiyyatın müxtəlif sahələrinin inkişafında 
elektrik enerjisinin rolu nədən ibarətdir? 
II. Yeni elmi nailiyyətlərin əldə edilməsinin və 
ixtisaslı kadrların istehsal prosesinə nə kimi 
təsiri vardır? 
III. Xidmət sahələrinin inkişafının hər hansı 
məhsul istehsalı prosesinə nə kimi təsiri 
vardır? 
IV. İstehsal prosesində nəqliyyatın rolu nədən 
ibarətdir?  
 
Sxem üzrә iş
 
Suallara ətraflı cavab yazın və sxemi dəftərinizdə tamamlayın:  
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə