G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə53/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

 
 
 
166 
 
 Dövlət büdcəsindən təqaüdlərə ayrılan vəsaitin artması tələb olunur. 
 Yaşlılara göstərilən tibbi və sosial xidmətlərin genişləndirilməsi tələb olunur. 
 İşləyən əhalidən dövlət büdcəsinə vergi daxilomalarının miqdarı azalır.
 
 
 
Əhalinin ümumi sayının dəyişməsinə yalnız təbii artım deyil, mexaniki artım da 
səbəb olur. Böyük Coğrafi kəşflər dövründən başlayaraq emiqrasiya regionu hesab 
olunan Avropa hazırda dünyanın əsas immiqrasiya regionuna çevrilmişdir. Hazırda 
Avropada 18–20 mln. nəfər əcnəbi işçi vardır ki, onların çoxu vətəndaş statusunda 
deyil, qastarbayter (almanca “gast“ – qonaq + “arbeiter”– işçi) kimi bu regionda 
yaşayır. Məsələn, əcnəbi işçilər Lüksemburqda (ümumi əhalinin 39%-i), İsveçrədə  
(20,1%) üstünlük təşkil edir. Bu ölkələrə xarici işçi qüvvəsi, əsasən, Avropa Birliyi 
Diaqrama əsasən cədvəli dəftərinizdə tamamlayın. 
Təbii artımı sıfırdan  aşağı 
olan ölkələr (1000 nəfərə görə) 
Təbii artımı  sıfırdan yuxarı olan 
ölkələr (1000 nəfərə görə) 
Təbii artımı sıfıra  bərabər olan 
ölkələr (1000 nəfərə görə) 
... 
... 
... 
... 
... 
... 
 
 
Sxem üzrә iş
LAYİHƏ


 
 
167 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


ölkələrindən gəlir ki, onlara da işləmək və yaşamaq üçün xüsusi icazə almağa ehtiyac 
yoxdur. Avropanın digər ölkələrinə gələn immiqrantlar, əsasən, inkişaf etməkdə olan 
ölkələrdəndir.  
 
 
ABŞ, Kanada və Avstraliyada da əhalinin sayı, əsasən, immiqrasiya hesabına ar-
tır. Amerika xalqının formalaşmasında kütləvi miqrasiyaların mühüm rolu olmuşdur. 
Müasir amerikalılar dünyanın müxtəlif regionlarından gələnlərin etnik qarışmasının 
nəticəsidir.  ABŞ-da  immiqrasiyanın  xarakter  və  miqyası  tarixən  dəfələrlə  dəyiş-
mişdir.   
Müzakirә edin: 
1. “Əhalinin miqrasiyası” xəritə-sxemindən istifadə edərək immiqrasiya və  emiqrasiyanın üstün 
olduğu Avropa ölkələrini qruplaşdırın və cədvəl şəklində dəftərinizdə yazın.  
2. İnkişaf etmiş region olsa da, Avropanın bəzi ölkələri emiqrasiya mərkəzləridir. Bunun səbəbləri 
barədə fərziyyələrinizi söyləyin.  
  
Xәritә üzrә iş
 
İmmiqrasiya 
ölkələri
 
Emiqrasiya 
ölkələri
 
Miqrantların axın 
istiqamətləri
 
LAYİHƏ


 
 
 
168 
 
İmmiqrant axınının əsas səbəbi kasıb ölkələrdən gələnlərin Avstraliya, Amerika 
və Qərbi Avropa ölkələrində daha əlverişli həyat şəraiti, yüksək əməkhaqqı və nor-
mal əmək şəraitinə nail olmaq istəyidir.  
 
 
 
1. ABŞ, Kanada, Avstraliya və Avropa ölkələrində demoqrafik hadisələr arasında  
məntiqi ardıcıllığı müəyyən edin:   
 
 Doğulanların sayı azalır.  
 Yaşlı əhalinin sayı artır.  
 Əmək ehtiyatları azalır.  
 Əhalinin yaş tərkibində uşaq və gənclərin 
xüsusi çəkisi azalır.  
 Millət “qocalır”.  
 Demoqrafik yük artır.  
 İşçi qüvvəsi tələb edilir. 
 Miqrantların sayı çoxalır.  
  
2. Mətndəki düzgün olmayan ifadələri müəyyən edin və doğruya çevirin:  
a) Doğulanların sayının az olması  və  orta  ömür  müddətinin  artması  “millətin  
qocalması”na  səbəb  olur.   
b) Avropa  ölkələrində həyata keçirilən demoqrafik siyasət doğumun artırılmasına 
yönəldilmişdir. 
c) Əhalinin ümumi sayında emiqrantların payının çox olması, əsasən, İsveçrə, Latviya və 
Lüksemburq üçün səciyyəvidir.  
d) Fransa və Almaniya emiqrasiyanın üstünlük təşkil etdiyi ölkələrdir. 
e) ABŞ-da əhalinin yaş tərkibində uşaqların payı 30%-dən çoxdur. 
 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


 
 
169 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
P
RAKTİK DƏRS. 
AZƏRBAYCANDA DEMOQRAFİK VƏZİYYƏT  
 
Qrafik, cədvəl və diaqramlarda verilmiş informasiyalardan istifadə etməklə Azər-
baycanda demoqrafik vəziyyət haqqında hesabat hazırlayın. Çıxardığınız nəticələrin 
nə dərəcədə doğru olduğunu yoxlamaq üçün onları paraqrafın sonunda verilən məlu-
matlarla müqayisə  edin. 
 
 
 
Azәrbaycan әhalisinin ümumi artımının illәr üzrә dinamikası. 
Müzakirә edin:  
– Azərbaycan Respublikasında əhalinin sayının dəyişməsini təhlil edin: 2000–2013-cü illər 
arasında əhalinin ümumi artımı nə qədər olmuşdur? 
 
 
 
Xəritə-sxemə əsasən Azərbaycanda əhalinin təbii artımının (2015-ci il statistikasına əsasən) daha 
yüksək və aşağı olduğu inzibati rayonları müəyyən edin və cədvəli dəftərinizdə tamamlayın. 
  
  
48 
0
20
40
60
80
100
120
140
2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013
m
in
nəfər
Təbii artımı yüksək 
olan rayonlar 
Təbii artımı aşağı 
olan rayonlar 
 
 
 
Sxem üzrә iş
  
Xәritә üzrә iş
 
LAYİHƏ


 
 
 
170 
 
 
2012-ci ilin  statistik  göstəricilərinə  əsasən  tərtib  olunan Azərbaycan əhalisinin yaş-cins  pi-
ramidasını təhlil edin və cədvəli dəftərinizdə tamamlayın.  
 
 
1. Əhalinin yaş qruplarından 
hansı üstünlük təşkil edir? 
  
2. Müxtəlif  yaş 
qruplarında 
əhali  arasında 
kişilərin və 
qadınların  
nisbəti necədir?
Uşaqlar   
Orta yaş-
lılar 
 
Yaşlılar 
 
3. Dövlətin qarşısında 
hansı sosial problemlər 
durur? 
 
 
 
Miqrasiya göstəricilərinin dəyişmələrini hesablayın və respublika əhalisinin sayına necə təsir 
göstərdiyini təhlil edin.  
Əhalinin  beynəlxalq  miqrasiyası (min nəfərlə) 
İllər 
Ölkəyə daimi yaşamaq  üçün 
gələnlər 
Ölkədən daimi yaşamaq  üçün ge-
dənlər 
Əhalinin artımı,  yaxud 
azalması 
1990 
84,3 
137,9 
 
1995 
6,2 
16,0 
 
2000 
4,4 
9,9 
 
2005 
2,0 
2,9 
 
2010 
2,2 
0,8 
 
2015 
2,3 
0,4 
 
 
Dünyanın əksər dövlətlərində olduğu kimi, Azərbaycanda da XX əsrdə əhalinin sürətli 
artımı müşahidə olunmuşdur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 
1897-ci ildə Azərbaycan əhalisinin sayı 1,8 milyon nəfər olmuş, 2014-cü ildə isə 9,47 mil-
yona  çatmışdır.  Hazırda  əhalinin  cinsi  tərkibində  qadınların  sayının  kişilərin  sayından  az 
miqdarda  üstünlüyü  müşahidə olunur: qadınlar 51%, kişilər isə 49% təşkil edir. 2014-cü ilin 
statistik göstəricilərinə əsasən, təbii artım 12,4 nəfər olmuşdur. Doğulan uşaqların 53,6%-i 
oğlanlar, 46,4%-i isə qızlar təşkil etmişdir. Əhalinin yaş tərkibində yaşlı əhalinin payı art-
maqdadır və bu, hazırda əhalinin 11%-ni təşkil edir. Əgər bu proses davam edərsə, onda de-
moqrafik inkişaf əhalinin qocalması prosesinin başlanması ilə səciyyələnər. Orta ömür müd-
dəti 72,6 yaş, o cümlədən kişilərdə 69,9 yaş, qadınlarda 75,4 yaşdır (2008–2013-cü illər).  
Əhalinin  sayına  miqrasiyalar  da  təsir  edir.  2011-ci ildə Azərbaycanı 484 nəfər həmişə-
lik tərk etmiş, 2181 nəfər isə daimi yaşamaq üçün buraya gəlmişdir ki, bu da əhalinin sayına 
ciddi  təsir etməmişdir.  
 
 
Dövlət Statistika Komitəsinin saytının (www.stat.gov.az) respublikada demoqrafik və-
ziyyət haqqında daha dolğun təsəvvür yaradan məlumatlarından istifadə edərək hesa-
batınızı tamamlayın.    
 
Sxem üzrә iş
 
Cәdvәl üzrә iş
DƏRSDƏN SONRA
 
min 
nəfər 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə