G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə61/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   62

 
 

193 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

 
 
M
ÜLKİYYƏT FORMALARI  
 
 
 
“Mülkiyyәt” sözünün mənası – әmlakdır. Əmlak maddi və qeyri-maddi əşyaların 
cəmidir. Əmlak daşınmaz və daşına bilən olur. Torpaq sahələri, su obyektləri, me-
şələr,  çoxillik  əkmələr  (bağ  sahələri,  yonca  əkinləri  və  s.),  binalar,  qurğular  və 
torpaqla möhkəm bağlı olan digər əmlak daşınmaz mülkiyyәtdir. Bir yerdən başqa 
bir yerə aparılması mümkün olan və daşınma zamanı heç bir zərər görməyən əmlak 
isə daşına bilәn mülkiyyәtdir.  
Mülkiyyət sahibsiz ola bilməz. Mülkiyyətin daha qədim və geniş yayılmış növlə-
rindən  biri  xüsusi mülkiyyәtdir.  Xüsusi  mülkiyyət  dedikdə,  qədimdə  –  geyim  və 
əmək alətləri, müasir dövrdə isə onlara əlavə olaraq torpaq, maşın və avadanlıqlar, 
nəqliyyat vasitələri, qiymətli kağızlar və s. başa düşülür. Xüsusi mülkiyyətin  şәxsi 
və fәrdi olmaqla 2 növü vardır.  
 
 
 
Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində mülkiyyətçi artıq torpağın, dəz-
gah və avadanlıqların birbaşa deyil, onların səhmlərinin, yəni qiymətli kağızların sa-
hibi olur. Onlar əllərindəki səhmlərə uyğun olaraq qazanılan gəlirlərdən pay almaq 
54 
Azәrbaycan Respublikasının mülkiyyәt 
haqqında qanunundan.  
 
Maddә 3. Mülkiyyәtçinin sәlahiyyәti 
vә mülkiyyәtin formaları: “Hər kəsin 
mülkiyyət hüququ vardır, mülkiyyətin 
heç bir növünə üstünlük verilmir. 
Mülkiyyət hüququ, o cümlədən, xüsusi 
mülkiyyət hüququ qanunla qorunur”. 
 
Müzakirә edin: 
1. Şəkillərdən hansılar  şəxsi, hansılar isə dövlət mülkiyyəti ola bilər? 
2. Hansı mülkiyyətin qorunması daha çətindir? 
  
Şәkil üzrә iş
Fәrdi mülkiyyәt – xırda istehsal sahibkarlığı 
ilə bağlı mülkiyyətdir. Fərdi mülkiyyətçilər öz 
fərdi mülkiyyətlərindən istifadə edərək həyət-
yanı əmtəə istehsalı, sənətkarlıq, xidmət işləri 
görməklə məşğul olurlar.  
X Ü S U S İ     M Ü L K İ Y Y Ә T  
Şәxsi mülkiyyәt – nəqliyyat vasitələri, yaşayış 
evləri, ev əşyaları, kənd təsərrüfatı inventarları, 
alətləri və s. ola bilər. Bu mülkiyyətin sahibi və 
ondan istifadə hüququ yalnız həmin şəxsə məx-
susdur  və  yalnız  onun  razılığı  ilə  başqasına 
verilər bilər. 
LAYİHƏ


 
 
 
194 
 
hüququna  malikdirlər.  Səhmdarlar  istədiyi  vaxtda    səhmləri  sata  və  ya  başqasına 
dəyişə bilirlər. ABŞ-da mövcud olan müəssisələrin 70%-ə qədəri fərdi, 10%-i şərikli, 
20%-i isə səhmdar cəmiyyətləridir. Dövlət bölməsinin xüsusi çəkisi isə cəmi 1%-dir. 
Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar yeni bir mülkiyyət forması meydana 
gəlmişdir. Bu, bәlәdiyyә mülkiyyәtidir. Bu mülkiyyət forması müəyyən ərazi daxi-
lində olan  təsərrüfat və sosial-məişət təyinatlı obyеktləri, özəlləşdirilməmiş mənzil-
ləri, xüsusi mülkiyyətə verilməyən torpaqları və s.-ni əhatə edir. Bələdiyyə idarə-
lərinin  maliyyə mənbəyi  torpaq, əmlak  vergisi, yerləşdirilən reklamlar,  avtomobil 
dayanacaqlarından  əldə  edilən  gəlirlərdir.  Bələdiyyələrin  işi  onlara  aid  ərazilərdə 
ekoloji  tarazlığı  qorumaq,  yolların  çəkilməsi  və  təmiri,  yaşıllaşdırma  və  abaqlıq 
işləri, su borularının təmiri və təmizlənməsi, müxtəlif bayram tədbirlərinin keçiril-
məsi və s.-dən ibarətdir. Bələdiyyə mülkiyyətinin idarə olunması, əhali arasında seç-
kilərin  nəticəsi  əsasında  seçilmiş  bәlәdiyyә orqanı  vasitəsilə  həyata  keçirilir.  Bə-
lədiyyə orqanında icma, qadınlar şurası və s. qurplar ola bilər. Hazırda Azərbaycan 
Respublikası ərazisində 1607 bələdiyyə fəaliyyət göstərir. 
 
 
Mülkiyyətin  növlərindən  biri  də  dövlәt mülkiyyәtidir.  Hər  bir  dövlət  müəyyən 
əmlaka    malikdir.  Bəzi  ölkələrdə  dövlət  əmlakının  həcmi    80–90%-ə  çatır.  Lakin 
inkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm 10%-dən 50%-ə qədərdir.  
Azərbaycan Respublikası ərazisi hüdudlarında torpaq, yerin təki, daxili sular və 
ərazi suları, bitki və heyvanlar aləmi, hava hövzəsi dövlətin müstəsna mülkiyyətidir. 
Ölkə  onun  ərazisinə  bitişik  Xəzər  dənizindən  istifadə  hüququna  malikdir.  Dövlət 
torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər.  
Müzakirә edin: 
1. Bələdiyyə orqanları hansı mənbələrdən maliyyələşir? 
2. Bələdiyyə orqanları hansı işləri yerinə yetirməlidir? 
3. Yaşadığınız yerdə bələdiyyələrin fəaliyyəti ilə tanış olmaq üçün  suallar tərtib edin. 
4. Bələdiyyənin işini yaxşılaşdırmaq üçün təkliflər hazırlayın.  
  
Sxem üzrә iş
LAYİHƏ


 
 

195 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

Ölkədə olan əksər təsərrüfat müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkə-
ləri, dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarixi abi-
dələr, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar dövlət mülkiy-
yətinə aiddir.  
Müasir dünyada mülkiyyətin ən mühüm qolu kimi intellektual (әqli) mülkiyyәtә 
üstünlük verilir. İntellektual mülkiyyət ayrıca bir mülkiyyət forması olub şəxsi xü-
susi mülkiyyətin bir qolu hesab sayılır. Bədii və elmi əsərlər, musiqi və incəsənət 
nümunələri, müxtəlif kompüter proqramları intellektual mülkiyyətdir. 
 
 
 
 
1. Mülkiyyət formalarını müqayisə edin: 
Mülkiyyət formaları 
Aid olan əlamətlər 
Xüsusi  
 
Bələdiyyə  
 
Dövlət 
 
 
2. Mətndən istifadə edərək dövlətə məxsus olan mülkiyyəti aşağıdakı cədvəl üzrə qruplaşdırıb yazın:  
Fiziki-coğrafi obyektlər 
İqtisadi-sosial obyektlər 
 
 
 
 
 
 
• Bill Qeytsin zəkası ən böyük sərvətdir. Bill Qeyts fərdi 
kompüter  inqilabının  ən  məşhur  sahibkarlarından  biridir. 
O,  informasiya  texnologiyalarının  yaradıcısıdır.  B.Qeyts 
məktəb illərindən kompüterdə proqram təminatı kodeksini 
mükəmməl  öyrənmişdir.  Hazırda  Bill  Qeyts  saniyədə 
250$, gündə isə 20 mln. $ qazanır. 
Maraqlıdır ki, "Maykrosoft"un banisi və adı kompüter erasının rəmzinə çevrilən Bill 
Qeyts öz uşaqlarına lazım olmadan kompüterdən istifadəni qadağan edib. 
1. Kompüter  texnologiya  mütəxəssisi  olmaq  üçün  hansı  biliklərə  malik  olmaq 
lazımdır? 
2. Sizcə, Bill Qeyts niyə öz övladlarına kompüterdə məqsədsiz məşğul olmağı qa-
dağan etmişdir? 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Azərbaycan Respublikasında əqli mülkiyyəti patentləşdirmək üçün nə etmək lazım 
olduğunu araşdırın və təqdimat hazırlayın. 
https://az.wikipedia.org/.../Ümümdünya_Əqli_Mülkiyyət 
2. Yaşadığınız ərazinin bələdiyyə idarəsi ilə maraqlanın və onun fəaliyyəti  haqqında məlumat 
toplayın. Dərs prosesində hazırladığınız sorğulara cavab alın, onları təqdim edin. 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə