G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə59/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   62

 
 

187 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

Ərazinin orta illik temperaturu, il ərzində günəşli saatların cəmi, yağıntıların orta 
illik miqdarı və ilin hansı dövründə düşməsi – kənd təsərrüfatı üçün aqroiqlim ehti-
yatlarını əmələ gətirir. Aqroiqlim ehtiyatlarının əsas göstəricisi orta illik tempera-
turun +10°C-dən yuxarı olmasıdır. Yer kürəsində əkinçiliyin coğrafiyası, ilk növ-
bədə, aqroiqlim ehtiyatlarının paylanmasından asılıdır. O həm də şəkərli bitkilərdə 
şəkərin, yağlı bitkilərdə yağın, ot bitkilərində zülalın miqdarına təsir edir. Ərazidə 
müşahidə olunan illik aktiv temperaturların cәmi hər hansı bitkinin əkilməsi üçün  
vacib  şərtdir.  Məsələn,  çəltiyin  becərilməsi  üçün  il  ərzində  3900–4500°C,  kartof 
üçün 1900–3300°C, buğda üçün 1600–2000°C, şəkər çuğunduru üçün 2400–3700°C 
aktiv temperatur cəmi tələb olunur. 
 
 
 
Pambıq, çəltik, tərəvəz kimi yüksək miqdarda istilik tələb edən bitkilərin becə-
rilməsində relyef amili də mühüm şərtlərdən biridir. Onlar, əsasən, düzənlik relyefdə 
əkilir.  Düzənliklər  kənd  təsərrüfatı  texnikasının  istifadəsi  və  suvarma  sisteminin 
quraşdırılması üçün əlverişlidir.  
Bitkilər 
Yayıldığı regionlar 
Tələb okunan aktiv temperatur cəmi 
Çəltik (düyü) 
 
 
Kartof 
 
 
Buğda  
 
 
Şəkər çuğunduru 
 
 
Aktiv temperaturun illik cәmi 
Xәritә üzrә iş
 
8000°-dən yüksək
4000°– 8000°
 
2000°– 4000°
 
Yüksək dağlıq
1000°– 2000°
400°– 1000°
 
400°-dən az
– Mətn və aktiv temperaturların illik cəmi
 
xəritəsindən istifadə edərək cədvəli tamamlayın: 
Aktiv temperaturun illik cәmi 
LAYİHƏ


 
 
 
188 
 
Əkinçiliyin  coğrafiyası  torpaq örtüyündәn    bilavasitə  asılıdır.  Torpaqların 
münbitliyini  qorumadan  əkinçilikdə  yüksək  məhsul  əldə  etmək  mümkün  deyil. 
Hazırda dünyanın kənd təsərrüfatı üçün yararlı torpaq fondu sürətlə kiçilir. Əhalinin 
sayının  artması  torpaqların  eroziyaya  məruz  qalmasına,  adambaşına  düşən  torpaq 
sahəsinin azalmasına səbəb olur.  
Əkinçiliyin inkişafında nəzərə alınan amillərdən biri əraziyə düşәn yağıntıların 
miqdarıdır. Çay, kətan, cut, şəkər qamışı və s. bitkilər suya daha çox, pambıq, bostan, 
üzüm isə aztələbkardır. Yağıntıların kifayət qədər olduğu ərazilərdə bitkilərin suya 
tələbatı  təbii  yolla  ödənilir  ki,  bu  da  dәmyә  әkinçılıyi  adlanır.  Dəmyə  əkinçiliyi, 
əsasən, dağlıq ərazilər  və mülayim iqlim qurşağı üçün səciyyəvidir. 
Quraq ərazilərdə bitkiçilik suvarmaya əsaslanır. Suvarma əraziyə düşən yağıntı-
ların illik rejimindən asılıdır. Suvarma səhralarda il boyu, yay ayları quraq olan sub-
tropik iqlim şəraitində yayda, qışı quraq keçən isti hava şəraitinə malik olan  musson 
və subekvatorial ərazilərdə isə qış aylarında həyata keçirilir. Azərbaycan ərazisində 
suvarma sistemi, əsasən, Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqlarında tətbiq 
olunur.  
 
 
Suvarma ərazinin meyilliyindən də asılıdır. Meyilliyi 2–6°-dən yüksək olan  əra-
zilərdə suvarma aparılmır. Çünki suvarma zamanı su axını torpağın üst münbit qa-
tının yuyulmasına (eroziyasına) səbəb olur.  
Əkinçiliyin bəzi sahələri (tərəvəzçilik) şəhər 
kənarlarında  yerləşdirilir.  İlin  qış  dövründə 
şəhər əhalisinin tərəvəzə olan tələbatını isti-
xanaların  hesabına  ödəmək  mümkündür. 
Kənd təsərrüfatının digər sahəsi – heyvandar-
lığın  da  bəzi  sahələri,  əsasən,  təbii  şərait 
amillərindən asılıdır.  
Maralçılıq  Avrasiya  və  Şimali  Amerikanın 
şimal  rayonlarında,  atçılıq  –  Mərkəzi  Asi-
yanın çöl və dağlıq rayonlarda, arıçılıq – dağ-
lıq ərazilərdə, subalp və alp çəmənliklərində, 
qoyunçuluq isə, əsasən, dağlıq, quru yarım-
səhra  və  səhra  iqlim  şəraitində  yayılmışdır. 
Balıqçılıq  dənizsahili  boyu  rayonlarda,  çay, 
Dünyanın sumlanan әrazilәri 
Müzakirә edin:  
1. Əkinçiliyin daha geniş inkişaf et-
diyi ərazilər, əsasən, hansı iqlim 
qurşağlarında yerləşir?  
2. Avropanın hansı ölkələrində 
əkinçilik suvarmaya əsaslanır? 
        
– әkin sahәlәri
Xәritә üzrә iş
 
Heyvandarlıq sahәlәrinin yerlәşdirilmә 
prinsiplәri 
LAYİHƏ


 
 

189 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

təbii və süni göllərdə inkişaf etdirilir. Heyvandarlığın donuzçuluq və quşçuluq sa-
hәlәri  isə  təbii  şəraitdən  az  asılıdır.  Bu  sahələrin  yerləşdirilməsində  iri  yaşayış 
məntəqələrinin mövcudluğu nəzərə alınır.  
Kənd təsərrüfatının insanların həyatını ərzaqla təmin etməsinə baxmayaraq, onlar 
həm də ətraf mühitə güclü təsir edir. Bu özünü torpaqların eroziyasında, suvarmanın 
düzgün  aparılmaması  nəticəsində  baş  verən  şoranlaşmada,  yeraltı  suların  çirklən-
məsində,  mal-qaranın  fasiləsiz  otarılması  nəticəsində  yaranan  səhralaşmada  və  s. 
aydın göstərir.  
 
 
 
 
1. Xəritə-sxemdəki rəqəmləri cədvələ uyğun qruplaşdırın. 
Dəmyə əkinçiliyi
 
Suvarma əkinçiliyi
İlboyu 
Yayda (iyun-avqust) 
Qışda (dekabr-fevral) 
 
 
 
 
 
 
 
 
Xәritә üzrә iş
 
a
b
d
c
e
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
2. Təsərrüfatın yerləşmə prinsiplərinə əsasən dağlıq ərazilərdə kənd təsərrüfatı 
sahələri necə paylana bilər?  
1. Arıçılıq; 2. Qoyunçuluq; 3. Maldarlıq; 4. Əkin yerləri; 5. Meşə təsərrüfatı. 
Nümunə:
 1 – a 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə