G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə50/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

 
 
157 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
 
Ölkə  əhalisinin  yaş  tərkibi  dövlətin  әmәk ehtiyatları  ilə  təmin  olunmasının  əsas 
göstəricisidir. Əmək ehtiyatları yaşı 16–65 olan və əmək qabiliyyətinə malik, işləməyə 
hazır olan əhalidir.  
Əmək qabiliyyətinə malik olan və hər hansı sahədə işləyənlər iqtisadi cәhәtdәn fәal 
әhali adlanır. Əmək ehtiyatlarının tərkibinə həm də işsizlәr daxildir. İşsizlər  işləmək 
istəyən və işaxtaran insanlardır.   
 
 
 
Dünya əhalisinin 45%-i iqtisadi cəhətdən fəal əhalidir. Çoxsahəli təsərrüfat struk-
turuna malik olan Qərbi Avropa, Şimali Amerika ölkələri və Rusiyada bu göstərici 48–
50%-ə çatır, Asiya, Afrika və Latın  Amerikası ölkələrində isə  35–40%-dir.   
Hər hansı ölkənin iqtisadi və sosial səviyyəsini göstərən amillərdən biri də işsizlik 
sәviyyәsidir.  İşsizlik sәviyyәsi  –  əhali  arasında  məşğul  olmayanların  sayının  әmәk 
ehtiyatlarının sayına nisbәti ilə müəyyən edilir: 
İşsizlik  səviyyəsi
 =
işsizlər
in sayı
 əmək ehtiyatlarının sayı
×100% 
Sabit iqtisadyyata malik olan ölkələrdə işsizlik səviyyəsi, adətən 7–8%-dən artıq 
olmur.  Bu  səviyyənin  daha  yüksək  olması  ölkədə  ciddi  iqtisadi  problemlərin  ya-
randığını  göstərir.  Statistik  məlumatlar  əsasında  işsizlik  səviyyəsini  hesablamaq 
mümkündür. 
Nümunә. 
Mәsәlә.  
Ölkə əhalisi 10 milyon nəfərdir. Onlardan 3,5 milyonu 16 yaşa qədər olanlar, 2 milyon nəfər 
təqaüdçülər, 0,5 milyon nəfər işləməkdən yayınanlar, 0,6 milyon isə işsizdir. İşsizliyin səviy-
yəsini müəyyən edin.  
Hәlli:  
Əhalinin sayı:  Əhali = 10 mln. nəfər  
İşçi qüvvəsinə daxil olmayan və əmək qabiliyyəti olmayan əhali: 
  
Әmәk qabiliyyәti olmayan =3,5 + 0,5 + 2 = 6 mln. nəfər  
Әmәk ehtiyatı:  İqtisadi cəhətdən fəal əhali = 10 – 6= 4 mln. nəfər  
İşsizlik sәviyyәsi: İşsizlik səviyyəsi = (0,6 : 4) x 100 = 15% 
 
Nәticә: işsizlik səviyyəsi yüksəkdir.  
•  Hazırda  əhalisinin  yaş  tərkibində  uşaqların  payının  ən  aşağı  olduğu 
ölkələr  Almaniya  və  İtaliyadır  (16%),  ən  yüksək  olan  ölkə  isə  Yəməndir 
(52%). Uşaqların ümumi sayına görə Çin və Hindistan irəlidədir (hər birində 
təqribən 350 mln. nəfər).   
Yaşlı əhalisinin payı ən çox olan ölkə İsveç (25%), ən aşağı olan isə Malidir 
(2%).    
ÖLKӘ ӘHALİSİ 
İşçi qüvvəsinə daxil olmayan 
əhali (işləməkdən yayınan) 
Əmək qabiliyyəti olmayan, (16 yaşa qədər 
olanlar, xüsusi təyinatlı müəssisələrdə olanlar 
və işləməyən təqaüdçülər)
İqtisadi cəhətdən fəal 
İşsizlər 
Əmək ehtiyatları 
LAYİHƏ


 
 
 
158 
 
Əhalinin işçi qüvvәsinә daxil olmayanlar qrupuna iş qabiliyyəti olsa da, işlə-
məyən və ya fəal iş axtarmayan yetkin insanlar  daxildir.  
Ölkədə əmək qabiliyyəti olmayan əhalinin sayının iqtisadi cəhətdən fəal əhalinin 
sayına olan nisbəti demoqrafik yük adlanır. Dünyada orta hesabla hər 100 iqtisadi 
cəhətdən fəal işçi təqribən 70 nəfər uşaq və təqaüdçünü təmin edir. 
Demoqrafik  göstəricilər  arasında  əhalinin  cins tәrkibi  mühüm  rola  malikdir. 
Әhalinin cins tәrkibi kişi və qadınların faiz nisbəti ilə müəyyən olunur.  
 
 
 
Asiya  ölkələrinin əksəriyyətində kişilər sayca üstündür (məsələn, Hindistanda 
hər  1000  nəfər  kişiyə  940,  Şri-Lankada  isə  897  qadın  düşür).  Bu,  qadınların  ağır 
həyat şəraiti və kişilərin orta  ömür  müddətinin  qadınlara  nisbətən çox olması ilə 
bağlıdır. Rusiya, Avropa və Şimali Amerikada isə qadınlar sayca üstündür. Bu isə 
qalanların daha uzunömürlü olması ilə əlaqədardır. 
 
Müzakirә edin: 
1. Regionlarda qadın və ya kişilərin sayca  üstün olmasının yaratdığı nəticələrə dair fərziyyələrinizi 
şərh edin.  
 
Xəritəyə əsasən cədvəli dəftərinizdə tamamlayın. 
Kişi  və  qadınların sayca 
bərabər olduğu ölkələr 
Region 
Ölkə 
Kişilərin sayca üstün olduğu 
ölkələr 
 
 
Qadınların sayca üstün olduğu 
ölkələr 
 
 
Әhalinin cins tәrkibi 
100 
DÜNYA 
101 
100 
AVROPA 
95 
100 
ASİYA 
105 
  
X ә r i t ә   ü z r ә   i ş
 
LAYİHƏ


 
 
159 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
Mətn və xəritə-sxemlərdən istifadə  edərək  cədvəli  tamamlayın. 
№ 
 
Ölkə 
İqtisadi  inkişaf  səviyyəsi: (inki-
şaf etmiş/ inkişaf etməkdə olan) 
Əhalinin  cins strukturu: 
(qadın/kişi bərabəriyi) 
Orta  ömür  
müddəti 

ABŞ 
 
 
 

Fransa 
 
 
 

Hindistan   
 
 

Sudan 
 
 
 
 
Müzakirә edin: 
– Cədvəl  əsasında  hansı  mövcud  qanunauyğunluğu  müəyyən  etmək  olar?  
 
 
 
1. İnsanların hansı qrupa aid olduqlarını müəyyən edin və cədvəli tamamlayın: 
1. 9-cu sinif şagirdləri  
2. İxtisasına uyğun iş tapmayan 
diplomat  
3. Görmə qabiliyyəti zəifləmiş kompüter 
dizayneri  
4. Təqaüdə çıxmış coğrafiya müəllimi  
5. İşindən azad edilmiş məktəb direktoru  
6. Daha gəlirli iş axtaran və yarımgün işləyən mühasib 
7. Uzun müddət xəstə olduğundan işindən imtina etməyə məcbur olan sürücü  
8. İxtisasına uyğun iş tapmayan kollec məzunu 
9. Günaşırı işləyən və özünə daimi iş yeri axtaran qadın bərbər 
10. “Xidməti” vəzifəsini yerinə yetirərkən xəsarət alaraq iş qabiliyyətini itirmiş elektrik 
11. Restoranda günəmuzd çalışan 25 yaşlı gənc  
12. Güclü külək olduğundan dənizə çıxa bilməyən balıqçı 
13. Evdar qadın 
14. Yay vaxtı çimərlikdə işləyən tələbə 
15. Başqa yerə köçməsi ilə əlaqədar əvvəlki iş yerindən azad olan həkim.    
 
2. Sinifinizdə sorğu aparın. Uşaqların valideynlərinin işlə təmin olunmasını müəyyən 
edin. Demoqrafik yükü hesablayın.  
 
 

II 
Əmək ehtiyatına 
daxil olmayan 
əhali 
Əmək ehtiyatları 
Məşğul 
olanlar/fəal əhali 
Işsizlər 
 
 
 
 
Cәdvәl üzrә iş
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin saytının (www.stat.gov.az) məlu-
matlarından istifadə edərək cədvəli tamamlayın, Azərbaycanda işsizlik səviyyəsini hesab-
layın, illər üzrə göstəriciləri müqayisə edərək nəticəni qeyd edin.  
 
2010-cu il 
2015-ci il 
Ölkə üzrə əhalinin ümumi  sayı 
 
 
İşsizlərin sayı (min nəfər) 
 
 
İqtisadi cəhətdən fəal əhalinin sayı (min nəfər)  
 
 
İşsizlik  səviyyəsi 
 
 
Nəticə: işsizlik səviyyəsi artıb/azalıb 
 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə