G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə52/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

 
 
163 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


Afrika  ekoloji  böhrana  –  quraqlıq,  səhralaşma,  torpaqların  məhsuldarlığının 
azalması və şirin su çatışmazlığına məruz  qalmış  bir  regiondur.  Əhalinin sürətlə 
artması bu problemlərin daha da kəskinləşməsi ilə nəticələnir. 
Asiyanın  da  əhalisi  sürətlə  artmaqdadır. Lakin Asiyanın müxtəlif regionlarında 
demoqrafik vəziyyət fərqlidir. 
 
 
Ölkələrin demoqrafik və  iqtisadi  göstəricilərini müqayisə edin.  
 Region 
Ölkə 
İstehsal olunan 
məhsul və xid-
mətlərin ümumi 
dəyəri (mlrd. $)
Təbii  artım 
(1000 nəfərə
görə)  
Region
 
Ölkə 
İstehsal olunan 
məhsul və xid-
mətlərin ümumi 
dəyəri (mlrd. $)
Təbii  artım 
(1000 nəfərə 
görə) 
Şərqi Asiya
  Yaponiya 
4751 
–1 
Cənubi  Asiya 
Nepal 
62,4 
19 
Çin 
17617 

Pakistan 
835 
20 
Cənubi 
Koreya 
1697 

Banqladeş 
496 
15 
Əfqanıstan 
58,8 
24 
 
Qeyd. Cәdvәl  2013-cü  ilin  statistik mәlumatlarına  әsasәn  tәrtib  edilmişdir. 
 
Müzakirә edin:  
– Demoqrafik və  iqtisadi  göstəricilər  arasında hansı əlaqə vardır?
 
 
Çin və Yaponiya əhali təzələnməsinin birinci tipinə  keçməyə nail olmuşlar. Bu 
proses həmin ölkələrdə aparılan demoqrafik siyasətin nəticəsidir, xüsusilə Yaponi-
yada ciddi demoqrafik islahatlar aparılmışdır. Bu ölkə dünyada uşaq ölümünün ən 
aşağı səviyyəsinə çatmışdır.  
Cənubi  və  Mərkəzi  Asiyanın  əhalisi  isə  sürətlə  artır.  Bu  regionlarda  doğumun 
azalmasına doğru aparılan demoqrafik siyasət milli və dini adət-ənənələrə görə istə-
nilən nəticəni vermədi. Cənub-Qərbi Asiyanın iqtisadi göstəriciləri yüksək olan öl-
kələrində – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyndə isə, ümumiyyətlə, do-
ğumun məhdudlaşdırılması qadağandır. Bu ölkələrdə əhalinin artımı yüksək olsa da, 
hökumət təbii artımı yüksəltmək üçün müxtəlif istiqamətli tədbirlər (doğulan uşaq-
lara müavinət verilir, çoxuşaqlı ailələrə güzəştlər edilir və s.) görür. 
 
 
 
 
 
Cәdvәl üzrә iş
Dünya 
Asiya 
Müzakirә edin:  
– Dünya əhalisinin payında Asiyanın 
üstün mövqeyinə aid 5 səbəb yazın. 
Dünya әhalisinin payında  Asiyanın xüsusi çәkisi
 
  
Sxem üzrә iş
LAYİHƏ


 
 
 
164 
 
Latın Amerikasında da әhali sürәtlә artır. ХХI  əsrin başlanğıcında Latın Ame-
rikasının əhalisi 520 mln. nəfər olmuşdur. Braziliya və  Meksikanın əhalisi isə artıq 
100 mln. nəfəri keçmişdir. Ən yüksək  təbii artım regionun ən az inkişaf etmiş ölkə-
ləri olan Qvatemala, Beliz, Honduras, Salvador və Paraqvayda  müşahidə edilir.  
 
Әhalinin yaş  strukturu 
 
 
Asiya, Afrika və Latın Amerikası ölkələrində əmək emiqrasiyası müşahidə olun-
mur. Bu regionlardan iqtisadi cəhətdən fəal əhali inkişaf etmiş ölkələrə – Qərbi Av-
ropa  və  ABŞ-a  miqrasiya  edirlər.  İstisna  olaraq  Asiyada  varlı  ərəb  ölkələri  əmək  
immiqrasiya  mərkəzlərinə  çevrilmişdir.  BƏƏ  və  Küveytdə  işləyən  əhalinin                   
80–90%-i mühacirlərdir. 
 
 
 
 
 
1. Asiya, Afrika və Latın Amerikası ölkələrində demoqrafik hadisələr arasında  məntiqi ardıcıllığı 
müəyyən edin:   
 İşsizlik artır.   
 Ərzaq çatışmazlığı baş verir.    
 Doğulanların sayı yüksəlir.  
 Əhalinin sayı sürətlə artır.   
 Yoxsulluq artır.  
 
 
 
 
2. Yaş-cins piramidalarının hansı Çinə, hansı isə Banqladeşə aiddir? Cavabınızı əsaslandırın.  
Kişi                       Qadın 
Kişi                       Qadın 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
Sxem üzrә iş
55%
42%
Afrika
62%
33
%
5%
Asiya
62%
32%
6%
Latın Amerikası 
Əməkqabiliyyətli 
əhali
16 yaşa qədər
65 yaşdan yuxarı

B
LAYİHƏ


 
 
165 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
A
VROPA, ŞİMALİ AMERİKANIN VƏ AVSTRALİYANIN ƏHALİSİ 
 
 
Avropa, Şimali Amerika və Avstraliya həyat səviyyəsinin yüksək olduğu region-
lardır. Bu regionlarda doğum və ölümün aşağı göstəriciləri və bunun nəticəsi kimi 
təbii artımın azlığı müşahidə olunur. Keyfiyyətli qidalanma və tibbi xidmət səviy-
yəsinin  yüksəlməsi  orta  ömür  müddətinin  artmasına  səbəb  olmuşdur.  2012-ci  ilin 
göstəricilərinə görə, orta ömür müddəti İtaliyada 83 il, Fransada isə 82 il təşkil edir.  
Son illərdə Avropa, Şimali Amerika və Avstraliyada doğulanların sayının azal-
ması isə bir çox amillərlə bağlıdır:  
– qadınların ictimai fәallığının artması (ali tәhsil almaları, müxtәlif vәzifәlәrdә 
çalışmaları vә s.)  
– gecikmiş nikahların üstünlük tәşkil etmәsi (tәhsilin gec  başa çatması, gәlәcәk 
üçün karyera vә yüksәk maddi tәminat istәyi); 
– uşaqların tәhsil vә tәrbiyәsinә sәrf olunan xәrclәrin artması; 
– ailә tәmәllәrinin zәiflәmәsi; 
– әhalinin maddi vә mәdәni tәlәbatlarının artması; 
– yaşlı valideynlәrin övladlarının deyil, dövlәt himayәsindә yaşaması. 
Bəzi Avropa ölkələrində tәbii artım sıfıra bərabərdir, yəni doğulan və ölənlərin 
sayı eynidir. Məsələn, İspaniya, Avstriya, Danimarka və s. ölkələrdə, sadəcə, nəsil-
lərin  əvəz  olunması  baş  verir.  Bir  sıra  ölkələrdə  isə  əhalinin  tәbii artımı  sıfırdan 
aşağıdır, yəni təbii azalma prosesi baş verir.  
 ABŞ, Avstraliya, Avropa ölkələrində doğulanların sayının azalması və orta ömür 
müddətinin artması əhalinin yaş tərkibinə də təsir edir. Onlar üçün uşaq və gənclərin 
xüsusi  çəkisinin  azalması,  yaşlıların  isə  artması  səciyyəvidir.  Bu  proses  “millәtin 
qocalması” adlanır. Yaşlıların xüsusi çəkisinin 12–14% olması demoqrafik qocal-
manın başlanğıcı, 16–18%-dən artıq olması isə yüksək həddi hesab edilir.  
Əhalinin yaş tərkibində baş verən dəyişikliklər əmək ehtiyatlarının azalmasına, 
demoqrafik yükün  artmasına və digər sosial problemlərin yaranmasına səbəb olur: 
47 
Dünya әhalisinin sayında Avropanın payı  
Müzakirә edin: 
– “Əhali təzələnməsinin birinci tipi”, “əhalinin təbii azalması”, “demoqrafik böhran” terminlə-
rindən istifadə edərək dünya əhali sayında Avropa ölkələrinin payının dəyişməsini izah edin.  
  
Sxem üzrә iş
Digər ölkələr 
 
Avropa
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə