G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə42/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

 
 
131 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
 
1.  Müasir sivilizasiyaların yaranmasının cəmiyyət üçün hansı müsbət və mənfi xüsusiyyətləri 
vardır? 
Müsbət 
Mənfi 
 
 
 
 
 
2.  Eramızdan  əvvəl  I  minillikdə  yaranan  sivilizasiyaların  mövcud  olduğu  ölkələr  hazırda  hansı 
inkişaf səviyyəsindədir? Bunu nə ilə izah edə bilərsiniz? 
 
 
  
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Köhnə dünya 
Yeni dünya 
 
 
  
Xәritә üzrә iş
“Sivilizasiyaların toqquşması” nəzəriyyəsi ABŞ-ın Harvard Universitetinin alimi 
Samuel Hantinqton tərəfindən işlənmişdir. Hantinqtonun fikrincə, XXI əsrdə 
sivilizasiyaların toqquşması baş verəcəkdir. Lakin Hantinqtonun əleyhdarları 
hesab edirlər ki, etnik fərqlərə baxmayaraq, qloballaşma prosesləri 
intensivləşəcək və bəşəriyyət ümumplanetar birliyə nail olacaqdır”.  
 
S. Hantinqtonun nəzəriyyəsinin lehinə və əleyhinə arqumentlər gətirərək fikir-
lərinizi şərh edin. 
 
 
Dәrsdәn sonra
 
Sivilizasiyaları cədvələ uyğun 
qruplaşdırın:  
LAYİHƏ


 
 
132 
 
 
T
ÜRK DÜNYASININ SİVİLİZASİYALARARASI  ƏLAQƏLƏRDƏ 
ROLU 
 
 
 
Türk sivilizasiyası  –  Avrasiyada  yaranan  ən  qədim  sivilizasiyalardan  biri  olub  
eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşmışdır. Hazırda türk xalqları 
əlverişli-coğrafi mövqeyə malik olan Ön Asiya, Mərkəzi Asiya, Qafqaz regionları, 
Kiçik  Asiya  yarımadası,  Sayan-Altay  dağlarının  şimal-qərb  bölgəsi,  Talas  vadisi, 
Ordos  vilayəti,  Orxon-Yenisey  ətrafı  ərazilər,  Urmiya  gölü  hövzəsi,  Qara  dəniz 
sahili ərazilərində məskunlaşmışlar. Türklərin “Böyük çöl”də məskunlaşması onla-
rın həyat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıb-
yığılan alaçıq və yurtalardan istifadə edir, əsasən, heyvandarlıqla məşğul olmuşlar. 
37 
Türk xalqlarının yayıldığı әrazilәr 
Müzakirә edin: 
1. Türk xalqlarının yaşadıqları ərazilərin Avrasiyadakı mövqeyini təhlil edin. Onların hansı 
ölkələrdə olduğunu siyasi xəritəyə əsasən tapıb yazın. 
2. Hansı qonşu sivilizasiyalar türk xalqlarının inkişafına daha çox təsir göstərə bilər? Bu təsir 
özünü necə büruzə verir? 
ÇİN   
RUSİYA  
AVROPA  
HİNDİSTAN  
 
İRAN  
 
ƏRƏBİSTAN 
 
ANADOLU 
İlk türk 
məskənləri 
Qədim genişlənmə 
arealları
Köçlərin 
istiqaməti 
  
Xәritә üzrә iş
LAYİHƏ


 
 
133 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


Türklərin  yerdəyişməsi  tarixi  mənbələrdə  “Xalqların böyük köçü” adlanır.  Bu 
nəhəng miqrasiya eramızın II əsrindən başlayaraq 300 ildən çox davam etmişdir. V–
VI əsrlərdə türklər Altay dağlarından Avropaya qədər yayılaraq Şərq, Qərb, Slavyan-
pravoslav sivilizasiyalarının qovuşduğu ərazilərdə məskunlaşmışdılar. Türklər məs-
kunlaşdığı ərazilərə əvvəlki yurdlarının izlərini apardılar. Rusiyada və Mərkəzi Asi-
yada təkrarlanan coğrafi adlar bunu sübut edir.  
 
 
Rus dilindəki  coğrafi adları dəftərinizə yazın və  türk mənşəli adlara uyğunluğunu müəyyən edin. 
Onları xəritədə göstərin. 
  
 
Türk sivilizasiyası Avropa və Asiya xalqlarına yaxınlaşmış, özündə onların bəzi 
xüsusiyyətlərini  birləşdirmişdir.  Bu  proses  müasir  türk  xalqlarının  zahiri  görünü-
şündə, din, dil, mədəniyyət və iqtisadiyyatında da öz əksini tapır.  
Zahiri әlamәtlәrinә görә müasir türk xalqları bir-birindən fərqlənir. Türk xalq-
larının bir qismi (uyğurlar, yakutlar, qırğızlar və s.) monqoloid, müəyyən bir hissəsi 
(qaqauzlar, karaimlər və s.) avropoid irqinin əlamətlərinə malikdirlər. Türkiyə türk-
ləri,  azərbaycanlılar,  türkmanlar,  tatarlar  isə  zahiri  görünüşünə  görə  hər  iki  irqin 
əlamətlərini daşıyırlar.  
Eyni ərazilərdə məskunlaşmış türk və digər xalqların dil vә adәt-әnәnәlәri, şifahi 
xalq әdәbiyyatı, yazı mәdәniyyәti dә bir-birinin təsirinə məruz qalmışdır. Belə ki, rus 
dilində yüzlərlə türk, eləcə də türk dilində ərəb, fars, latın mənşəli sözlər indiyədək 
istifadə olunmaqdadır. 
 
Türk mәnşәli adlar 
1.  Yenisu 
2.  Bəy göl 
3.  Qаrаgül 
4.  Tümən 
5.  Hacı Tərxan 
6.  İsti göl 
Rus dilindәki coğrafi adlar 
 Байкал 
 Астрахань 
 Каракул 
 Тюмень 
 Енисей 
 Иссык-кул 
Qәdim Türk arxeoloji abidәlәri Dağlıq Al-
tayda daha rəngarəngdir, yaxşı qorunmuşdur. 
 Orxon-Yenisey 
yazıları Türk sivilizasi-
yasının ən qədim abidə-
lərindən biridir. Abidələr 
Rusiyada Yenisey 
çayının yuxarı axarında, 
Monqolustanda Orxon 
çayı sahillərindədir. Türk 
ədəbiyyatında bu yazılar 
“Milli vəsiyyətnamə” 
hesab olunur. 
 Kurqanlar – Altaydan Qafqaza qədər 
uzanan Böyük çölün hər yerində rast gə-
linir. Kurqanlar bürünc, qızıl və gümüş bə-
zək əşyaları ilə zəngindir. 
Müzakirә edin:  
– Türk xalqları üçün ümumi olan daha hansı yazı nümunələri və tarixi abidələri tanıyırsınız? 
 
VII әsrdә yaşamış sәrkәrdә 
Gültәkinin abidәsi. Orxon 
çayı hövzəsi 
 
  
Müzakirә edin
 
Coğrafiya vә Tarix 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə