G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

 
 
 
119 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


2. Mətndəki şəkillərə əsasən azonal landşaftlar üzrə yayılan landşaft tiplərini müəyyən 
edin və cədvəli tamamlayın:  
Landşaft tipi 
Böyük Qafqaz 
Kiçik Qafqaz  Naxçıvan  Talış 
1. Nival 

 

 
2. Subnival 
 
 
 
 
3. Alp çəmənləri 
 
 
 
 
4. Subalp çəmənləri 
 
 
 
 
5. Dağ meşələri 
 
 
 
 
6. Dağ çölləri və kserofit kolluqlar 
 
 
 
 
7. Yarımsəhra 
 
 
 
 
 
3. Xəritə-sxemdə qeyd olunan məntəqələri 
zonal, 
azonal, intrazonal landşaftların 
yayılmasına görə 
qruplaşdırın: 
zonal 
azonal 
intrazonal 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“E
KOLOJİ SİYASƏT

 
 
 
 
 
XX əsrdə elm və texnikanın sənaye və kənd təsərrüfatının intensiv yollarla inki-
şafı, həmçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini güc-
ləndirmişdir.  Bir çox ekoloji  problemlər  kəskinləşmiş,  bəziləri  isə ekoloji böhran 
xarakteri almışdır. 
Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə də-
yişməsidir ki, nəticədə təbii komplekslər, oradakı canlı orqanizmlərin gələcək mövcud-
luğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müxtəlifdir. Ətraf 
mühiti ekoloji  vəziyyətinə görə 5 qrupa ayırmaq olar: 
1. Tәbii vәziyyәt – insan fəaliyyətinin olmadığı və ya çox zəif olduğu ərazilərdir. 
Yer kürəsinin ekstremal ərazilərində (yüksək dağlar, arktik səhralar, ekvatorial cən-
gəlliklər və s.) təbii şərait, demək olar ki, dəyişməmişdir. 
33 
• Aral dənizinin quruması, Afrikada səhralaşma, Amazon 
meşələrinin qırılması problemlərinin yaranma səbəblərinə aid 
mülahizələrinizi şərh edin.
 
Müzakirә edin:
 
1. Bu problemlərin qarşısını almaq üçün hakimiyyət orqanları nə 
etməlidir? 
2. “Ekoloji siyasət düzgün aparılsa idi, bu problemlər yaranmaz-
dı” fikrinə münasibət bildirin. 

  

 

 B 

 C 
• 


 E 

 F 
LAYİHƏ


 
 
 
120 
 
2. Müvazinәt vәziyyәti – insan fəaliyyətinin təsiri olsa da, təbiət özünü bərpa edə 
bilir.  Müvazinət  vəziyyəti  mülayim  qurşağın  iynəyarpaqlı  meşələrində,  rütubətli 
ekvatorial meşələrin savanna ilə sərhədində  müşahidə olunur. 
3. Böhran vәziyyәti – insan fəaliyyətinin təsiri böyükdür. Belə ərazilərdə təbiətdə 
dəyişiklik dərəcəsi  yüksək  olur.  Lakin  ilkin  təbii  komplekslərin  mövcudluğu  hiss 
olunur. Böhran vəziyyətinə çöl, meşə-çöl, savanna və seyrək meşələr aid ola bilər.  
4. Faciәli vәziyyәt – özünün əvvəlki vəziyyətinə bərpa olunması qeyri-mümkün  
mühiti əks etdirir. Belə mühitdə əhalinin yaşaması çətinləşir. Təbiətin özünü bərpa 
etməsi üçün illər tələb olunur. Adətən, iri şəhərlərin kənarlarında, faydalı qazıntıla-
rın çıxarıldığı ərazilərdir. 
5. Kollaps vәziyyәti – bioloji məhsuldarlığını əbədi itirən ərazilərdir. Kollaps və-
ziyyətə malik olan ərazilərdə insanların yaşaması təhlükəlidir. Belə ərazilərə misal 
olaraq Çernobılı göstərmək olar. Bu şəhərdə atom-elektrik stansiyasında baş verən 
partlayışdan sonra yaşamaq təhlukəli hal almışdır. Kollaps vəziyyətində təbii mü-
hitin özünü bərpa etməyə gücü çatmır.  
Əhatə etdiyi əraziyə görə ekoloji böhran qlobal, regional  lokal ola bilər.  
Qlobal ekoloji böhranla mübarizə aparmaq çox çətindir, onun həlli üçün dövlət-
lərin birgə fəaliyyəti vacibdir. Hazırda qlobal ekoloji böhrana nümunə kimi Avro-
pada  “turşulu  yağışları”,  “istixana  effekti”  və  Antarktidada  “ozon  dəliyi”ni 
göstərmək olar. 
 
 
 
Regional ekoloji böhran bəzi dövlətləri və ya dövlətin regionlarını əhatə edir. O 
həmçinin qonşu regionlara da mənfi təsir göstərə bilər; lakin onu bir və ya bir neçə 
dövlətin səyi ilə həll etmək mümkündür. Lokal ekoloji böhran daha kiçik əraziləri 
əhatə  edir.  Buna  nümunə  kimi  dağ-mədən  sənayesinin  çirkləndirdiyi  landşaftları, 
sənaye tullantıları ilə çirklənmiş su hövzələrini və torpaq örtüyünü göstərmək olar. 
Bu problemlərin həlli torpaqların rekultivasiyası və pozulmuş landşaftların bərpası 
ilə mümkündür. 
Atmosfer, litosfer və hidrosferin sənaye müəssisələrinin zəhərli tullantıları ilə  
çirklənməsi dövrümüzün qlobal probleminə çevrilmişdir. 
Avropada bir çox məşhur 
memarlıq abidələri turşulu 
yağışların təsirindən dağılır. 
LAYİHƏ


 
 
 
121 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


 
Regional ekoloji problemlərə əyani misal kimi Abşeronun neftlə çirklənmiş əra-
zilərini göstərmək olar. Azərbaycan hökuməti dövlət və özəl şirkətlərlə birgə tor-
paqların rekultivasiyası ilə bağlı qərar qəbul etmişdir. Görülən tədbirlər torpaq və su 
hövzələrinin  təmizlənməsinə,  bitki  örtüyünün bərpasına  imkan  vermişdir.  Neft  və 
neft məhsulları ilə çirklənmiş 1430 hektar torpaq sahəsi Azərbaycan hökumətinin 
2006–2013-cü illər ərzində həyata keçirdiyi tədbirlər nəticəsində təmizlənmişdir. Bu 
tədbirlər Azәrbaycanın ekoloji siyasәtinin tərkib hissəsinə aiddir. Hazırda  ekoloji 
siyasət hər bir dövlətin siyasətində mühüm yer tutur. Lokal ekoloji böhran daha kiçik 
ərazi əhatə edir. Böyük Şor gölünün əvvəlki vəziyyəti buna misal ola bilər. 
Ekoloji siyasәt – ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə 
edilməsi  üçün  siyasi,  iqtisadi,  qanunverici,  maarifləndirici-təbliğat  xarakterli 
tədbirlər sistemidir. Bütün dövlətlər, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş döv-
lətlər mütərəqqi ekoloji siyasəti formalaşdırmağa çalışır. Ekoloji siyasətin məqsədi 
tәbiәtin, cәmiyyәtin vә iqtisadiyyatın balanslı inkişafı üçün şərait yaratmaqdır. 
 
№ 
Ekoloji siyasətin istiqamətləri 
Ekoloji siyasətin  məqsədi 
1. 
Siyasi  
ətraf mühitin mühafizəsi uğrunda hökümətlərin siyasi və 
ictimai təşkilatların fəaliyyəti 
2. 
İqtisadi 
ətraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi 
sistemlərinin yenidən işlənməsi, həmçinin təbiətdən səmə-
rəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqi 
3. 
Qanunverici  
cəmiyyət, istehsalat və təbiət arasında münasibətlərin 
tənzimlənməsinə yönəldilmiş qanunların qəbul edilməsi 
4. 
Maariflәndirici vә tәbliğat 
əhalinin ekoloji biliklərinin və mənəvi məsuliyyətinin 
formalaşdırılmasına kömək edilməsi 
5. 
İnzibati nәzarәt 
təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına və 
təsərrüfat fəaliyyətinə nəzarət, ekoloji monitorinqi 
Müzakirә edin: 
– Yaşadığınız əraziyə yaxın yerləşən hansı çirklənmiş ərazini (su hövzəsi, mədən, tala, küçə və s.) 
yeniləşdirmək istərdiniz? Onun yerində hansı layihəni həyata keçirərdiniz?
• Böyükşor gölü, 2000-ci il. Beynəlxalq ekspert-
lərin fikrincə, Böyükşor gölü dünyanın ən çirk-
lənmiş su hövzələrindən biri olub Abşeronun 
ekoloji vəziyyətinə mənfi təsir göstərirdi. Yarım 
əsrdən çox müddətdə gölə neft-mədən suları və 
ətraf yaşayış məntəqələrinin çirkab suları axıdılıb.
 
Mәtn vә şәkil üzrә iş
 
a
 
b
• Böyükşor gölü sahilindә “Olimpiya” stadionu, 2015-ci il. 
Gölün təmizlənməsi problemi Bakı şəhəri və ətraf qəsə-
bələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlәt proqramı 
çərçivəsində öz həllini tapmışdır. Nəticədə Böyükşor gölü 
sahilində bulvar və park salınmış, I Avropa Oyunlarının 
keçirildiyi “Olimpiya” stadionu tikilmişdir. 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə