G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

 
 
 
122 
 
Ekoloji siyasətin təmin olunmasında əsas rol dövlətə məxsusdur. Lakin bu siya-
sətin hazırlanmasında və həyata keçirilməsində beynəlxalq təşkilatlar, elmi ictimaiy-
yət, ictimai hərəkatlar da iştirak edir. 
 
• Qrinpis – beynəlxalq müstəqil ekoloji qeyri-
hökumət təşkilatıdır. 47 ölkədə şöbəsi var. 
“Qrinpis”in məqsədi – ətraf mühitin mühafizəsi, 
ekoloji maarifləndirmə, qlobal iqlim dəyişikliyi, 
meşə sahələrinin azalması, balıq ovu sənayesinin 
hədsiz artması, kommersiya xarakterli balina ovu
gen mühəndisliyinin inkişafı, radiasiya təhlükəsi və 
qütb regionlarının təbiətinin qorunması kimi qlobal 
ekoloji problemlərdir. 
 
• “Tәmiz şәhәr” – ekoloji vəziyyətin 
yaxşılaşdırılması və ekoloji problemlərin 
həlli üçün Azərbaycan Respublikası 
prezidentinin sərəncamı ilə təsis olunmuş 
ictimai təşkilat.  
Hazırda təşkilat aşağıdakı layihələri həyata 
keçirir: “Abşeron göllərinin ekoloji 
bərpası”, “Təmiz Binəqədi” və “Balaxanı 
Sənaye Parkı”. 
 
 
 
1.  Sadalanan tədbirlərin ekoloji siyasətin hansı istiqamətlərinə uyğun gəldiyini müəy-
yən edin: 
a)  təbii resurslardan istifadə, zərərli maddələrin tullantıları üçün ödənişlərin yığılması, 
b)  təbii ehtiyatlardan qənaətlə istifadə edən, aztullantılı texnologiyaya malik təkrar emal 
müəssisələri üçün vergi və kredit güzəştləri; 
c)  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  qərarına  əsasən 
ekoloji cəhətdən zərərli müəssisələrin fəaliyyətinin dayandırılması; 
d)  orta təhsil sistemində ekoloji biliklərin icbari tədrisi
e)  Bakıda “Ekologiya ili” çərçivəsində “Gənclik ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-
praktik konfransın keçirilməsi; 
f)  Azərbaycan Respublikasının qanunlarına tabe olmamaga, ətraf mühitə və insanların 
sağlamlığına zərər vurulması hallarına görə məsuliyyətə cəlb olunma. 
 
Abşeronda neftlə çirklənmiş sahil 
 
Neftdən təmizlənmiş ərazilərdə ağac əkilməsi 
Müzakirə edin:
  
1.  Fotoşəkillərdə  göstərilən  tədbiri  həyata  keçirmək  üçün  ekoloji  siyasətin  hansı  istiqa-
mətlərindən istifadə olunur? 
2.  “Ekoloji böhran” və “Ekoloji siyasət” terminlərini necə başa düşürsünüz? 
3.  Ekoloji  siyasətin  ekoloji  problemlərin  həllinə  yardımçı  olmasına  və  dünyanı  ekoloji 
böhrandan xilas etməsinə inanırsınızmı? 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
www.greenpeace.org
 
və http://tamizshahar.az/ saytlarında “Qrinpis” və “Təmiz 
şəhər”  təşkilatlarının  məqsədləri  və  həyata  keçirdikləri  layihələr  barədə  daha 
ətraflı məlumat alın. 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


 
 
 
123 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


 
E
KOLOJİ MONİTORİNQ
 
 
 
 
Azərbaycan  Respublikasının  Konstitusiyası  Azərbaycan  vətəndaşlarına  sağlam 
ətraf  mühitdə  yaşamaq  təminatını  verir.  Lakin  əhalinin  yaşadığı  mühitin  yaşayış 
üçün  nə  dərəcədə  əlverişli  olduğunu  müəyyən  etmək  lazımdır.  Bunun  üçün  ərazi 
ekoloji cəhətdən qiymətləndirilir. Ərazinin ekoloji vəziyyəti onu formalaşdıran təbii 
komponentlərin vəziyyəti ilə müəyyən olunur, yəni ekoloji monitorinq aparılır.  
Әrazinin ekoloji monitorinqi – ətraf mühitin arasıkəsilmədən müşahidə olunması 
sistemidir. Ekoloji qiymətləndirmə aşağıdakı kimi aparılır: 
1. Qiymətləndiriləcək təbii komponentlər (torpaq, su, hava) seçilir. Bu kompo-
nentlərin siyahısı tərtib olunur. 
2. Qiymətləndirmə meyarları seçilir. Meyarlar əsasında qiymətləndirmə aparılır; 
məsələn,  torpaqların qiymәtlәndirilmәsi  onların  duzluluğu vә eroziya dәrәcәsi 
müəyyənləşdirilir. Bitkilәrin qiymәtlәndirilmәsi meyarları – qırılmış meşәlәrin faizlә 
nisbәti vә bitki növlәrinin mәhv olunmasına  əsasən  müəyyənləşdirilir.  Atmosferin 
qiymәtlәndirilmәsi meyarları havada olan qazların tərkibinin miqdarına görə müəy-
yən edilir. Suyun qiymәtlәnidirilmәsi meyarı isə suyun kimyәvi vә fiziki tәrkibinin 
dәyişmәsi ilə müəyyən edilir.  
Ekoloji monitorinqin tәşkil edilmәsi. 
1. Ərazidə torpaq və bitki nümunələri yığılır, hava və su mənbələri seçilir, bit-
kilərin  ziyanvericilər  tərəfindən  zədələnmə  dərəcələri  müəyyən  olunur,  kəsilmiş 
meşələrin sahələri hesablanır, otlaq sahələrinin otyeyən heyvanlar tərəfindən nə qə-
dər zəbt olunduğu aşkarlanır. 
2. Nümunələrin yoxlanılması və təhlili, adətən laboratoriyalarda aparılır. Lakin 
dünyada  ekoloji  vəziyyətin  pisləşməsi  ilə  əlaqədar  torpaqların,  suyun, havanın  və 
digər təbiət mənbələrinin təhlilinə ehtiyac artmışdır. Ekoloji qiymətləndirmə təşki-
34 
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi  
(fraqment). 
 
Maddә 39. Sağlam әtraf mühitdә yaşamaq hüququ. 
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat 
toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağ-
lamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq 
hüququ vardır. 
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən 
edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura 
bilməz. 
IV.  Dövlər  ekoloji  tarazlığın  saxlanılmasına,  yabanı  bitki-
lərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növ-
lərinin qorunmasına təminat verir.
– Sizin fərziyyənizə gö-
rə, bu avtomobil hansı 
funksiyanı yerinə yeti-
rir? 
 
Müzakirә edin:  
–  IV bəndə aid hansı 
nümunəni misal gətirə 
bilərsiniz?
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə