G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

 
 
 
111 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


 
 
 
 
Amazon meşələrinin sahəsi sürətlə kiçilir, buna səbəb oduncaq tədarükü, tropik bit-
kilərin  plantasiyalarının  genişləndirilməsidir.  Selvasda  heveya,  kinə  ağacı  (bu  ağacın 
meyvələrindən malyariya xəstəliyinin müalicəsi üçün dərman hazırlanır), qırmızı ağac, 
balsa (dünyada ən yüngül ağac), qovun ağacı (papayya), batat, maniok və s. bitir. Cən-
gəlliklərdə təkcə palmanın 100-dən çox növü vardır. 
 
 
Selvasda bitən Braziliya qozunun tərkibi zülallarla 
zəngindir. Bu xüsusiyyətinə görə onu “əti əvəz edən 
bitki” adlandırırlar. 
 
Qovun ağacı – papayya.
 
Braziliyada bu 
bitkinin geniş plantasiyaları vardır.
 
 
 
Mәtn, xәritә-sxem vә şәkil üzrә iş
• Cənubi Amerikanın ekvatorial meşələri (və ya selvas) Transamazon magistralı çəkilənə qədər, demək 
olar  ki,  mənimsənilməmişdir.  Uzunluğu  5000  km-dən  çox  olan  bu  magistral  Amazon  meşələrindən 
keçməklə Perunun paytaxtı Lima şəhəri ilə Braziliyanın Resifi şəhərlərini birləşdirir. Magistral eyni za-
manda  Atlantik okeanından Sakit okeana qədər uzanır. Leysan yağışları magistral boyu xeyli çətinliklər 
yaradır, xüsusilə baş verən sürüşmələr nəticəsində yolun kənarları uçulub-dağılır. Yolun əsas məqsədi –
materikin mərkəzində olan təbii ehtiyatların mənimsənilməsidir. 
Transamazon magistralının 
iqtisadi əhəmiyyətini  5 cümlə
ilə şərh edin. 
Transamazon 
magistralı 
yağışdan sonra 
- - -
 
Transamazon magistralı 
LAYİHƏ


 
 
 
112 
 
Savannalar Afrika ərazisinin 40%, Cənubi Amerikanın və Avstraliyanın isə 20%-
dən çox hissəsini əhatə edir. Savannalarda əkinçilik ərazinin yağıntı göstəricilərinə 
uyğun olaraq aparılır.  
 
          
Bu fotoşəkillər  Cənub yarımkürəsinin savannasında yerlə-
şən eyni əraziyə aiddir. Lakin onlar ilin müxtəlif vaxtla-
rında çəkilmişdir. Şəkillərin ilin hansı dövrü üçün səciyyə-
vi olduğunu təyin edin və aşağıdakı cavablarla onları uy-
ğunlaşdırın: 
 
А) Savanna qışda 
 
В) Savanna yayda 
 
С) Quraqlıq dövrü   
D)Yağıntılı dövr  
E) Dekabr–yanvar–fevral ayları 
F) İyun–iyul–avqust  ayları 
 
1__            2__ 
 
Ərazinin iqliminə uyğulaşdırılan bitkilərdən biri pambıq və şəkər qamışıdır. Bu 
bitkilərin  ixracına  görə,  Braziliya  və  Avstraliya  fərqlənir.  Məhsuldarlığın  yüksək 
olmasının səbəbi pambıq və şəkər qamışının genetik cəhətdən modifikasiya olunmuş 
yeni sortlarının əldə edilməsidir.     
 
 
• Kənd təsərrüfatında məhsuldar-
lığın artırılması dünyanın ərzaq 
probleminin həllində mühüm rola 
malikdir. Bu məqsədlə xüsusilə  
inkişaf etmiş ölkələrdə seleksiya 
işləri aparılır. Seleksiya işlərinin 
məqsədi daha yüksək məhsul-
darlığa malik olan və əlverişsiz 
hava şəraitinə dözümlü bitki sort-
larının əldə edilməsidir. Gen 
mühəndisliyinin inkişaf etdiyi XX 
əsrdə seleksiya işlərinin isti-
qamətində mühüm dəyişiklik baş 
vermişdir. Genetik cəhətdən modi-
fikasiya olunmuş sortların GMO-
nın (Geneticelly Modified Orga-
nisms) tətbiqi kənd təsərrüfatında 
inqilab yaratmışdır. Lakin GMO-
nun birbaşa insan orqanizminə mənfi təsirləri vardır. Buna baxmayaraq GMO çəltik, qarğıdalı, 
pambıq, soya, pomidor, xiyar və s. bitkilərin becərilməsində geniş tətbiq edilir.    
 
 
Şәkil üzrә iş
  
Mәtn vә xәritә üzrә iş
 
1
2
 
GMO-nun geniş tətbiq edildiyi ölkələr 
 GMO-nun qismən tətbiq edildiyi ölkələr 
 
GMO-nun qadağan edildiyi ölkələr 
Müzakirә edin:  
– GMO-nun tətbiq edildiyi, qismən tətbiq edildiyi və qadağan edildiyi ölkələrin qruplaşdırılmasını 
əks etdirən cədvəl tərtib edin və onu tamamlayın. 
LAYİHƏ


 
 
 
113 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


Tropik səhralar Afrika və Avstraliyada geniş sahə tutur. Lakin onlardan istifadə 
istiqamətləri fərqlidir. Afrika səhraları təbii halda, demək olar, əkinçilik üçün yarar-
sızdır. Əkinçilik yalnız vahələrdə xurma palmasının becərilməsi və yarımsəhralarda 
qummiarabik bitkisinin meyvələrinin yığılması ilə məhdudlaşır.    
Avstraliya səhra və yarımsəhralarında bitki örtüyü nisbətən çoxdur. Bu səhralar 
qoyunçuluq üçün otlaq kimi istifadə edilir.  
 
 
 
Cənubi  Amerikanın  subtropik  iqlim  qurşağında  çöl  zonası  –  pampa  formalaş-
mışdır. Pampa La-Plata ovalığında, Argentina və Uruqvayda ərazicə geniş yer tutur. 
Rütubətli subtropik  iqlim şəraitinin  hakim olduğu  bu ərazidə  münbit qırmızı-qara 
torpaqlar yaranmışdır. Pampada birillik otlar daha hündürdür. Pampa Cənub yarım-
kürəsinin ən məhsuldar və geniş taxılçılıq zonasıdır. Taxılçılığın inkişafı Argentina-
da heyvandarlığın da inkişafına səbəb olmuşdur.  
 
 
 
1.  Cənub materiklərinin təbii zonalarının təsərrüfat əhəmiyyətinə dair nümunələr sadalayın. 
2.  GMO nə deməkdir? Onları nə üçün tətbiq edirlər? GMO-nun istifadə edilməsinə öz 
münasibətinizi bildirin.   
3.  Ayrı-ayrı materiallar üzrə rəqəmlərin hansı təbii zonalar olduğunu yazın:  1. ...   2. ...   3. ...
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


b

















• Qummiarabik. Seneqal akasiya-
sıdır. Onun şirəsidən şirniyyat və 
saqqız istehsalında istifadə olunur.  
• Merinos. Bu qoyun cinsi Avstraliya 
səhraları üçün səciyyəvidir. Qoyunların 
sayına və yun istehsalına görə Avstra-
liya dünyada birinci yeri tutur.   
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə