G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

 
 
 
99 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


Dünyada 80-dən çox ölkə şirin su çatışmazlığından əziyyət çəkir. Şirin su ilə tə-
min olunmağın ən perspektivli yollarından biri Dünya okeanının duzlu sularının şi-
rinləşdirilməsidir. Dəniz sularının şirinləşdirilməsi texnoloqiyası 150-dən çox ölkə-
də  tətbiq  edilir.  Ən  güclü  su  şirinləşdirici  qurğular  Cənub-Qərbi  Asiyanın  varlı 
ölkələrindədir. Şirinləşdirilmiş sular əhalinin içməsi üçün yararlı deyil, məişətdə və 
sənayedə (maşınqayırma zavodlarında, elektrik  stansiyalarında) istifadə olunur.  
 
 
Dəniz suyunun şirinləşdirilməsi kifayət qədər 
sadədir. O, sxemdə göstərilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dəniz suyunun şirinləşdirilməsi həcminə görə 
birinci onluğa daxil olan ölkələr (2009-cu il) 
 
Ölkələr 
1. 
Səudiyyə Ərəbistan 
2. 
Birləşmiş Ərəb Əmirlikləri 
3. 
İspaniya 
4. 
Küveyt 
5. 
Qətər 
6. 
Əlcəzair 
7. 
Çin 
8. 
Liviya 
9. 
ABŞ 
10.  Оman 
 
Dünya okeanı qiymətli xammal  yanacaq mənbəyidir. Okean və dənizlərin  şelf 
zonalarından çıxarılan qiymətli yanacaq – neft və qaz daha böyük əhəmiyyət kəsb 
edir. İran körfəzi, Şimal dənizi, Meksika körfəzi, Kaliforniya sahilləri, Cənubi Çin 
və Xəzər dənizlərindən kifayət qədər neft çıxarılır. Dənizlərin şelfində dəmir filizi, 
mis, nikel və civə yataqları kəşf edilmişdir. 
 Okeanların dibində toplanmış, səthə qaldırılması mümkün olan zəngin filiz eh-
tiyatları var. Onlar Sakit okeanın mərkəzi və şərq hissəsində daha çoxdur (16 mln. 
km
2
).  Bu  filizlərin  çıxarılmasına  ilk  cəhdi  Havay  adaları  rayonunda  ABŞ  göstər-
mişdir.  Böyük  Britaniya,  Kanada,  Yaponiya  və  Çində  sualtı  kömür  şaxtaları  var. 
İndoneziya, Tailand, Malayziya sahillərində qalay, Namibiya sahillərində isə almaz 
çıxarırlar. 
Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində enerjiyә olan tələbatın ödənilmə-
sində Dünya okeanı mühüm rola malikdir. Dünya okeanından enerji almaq üçün ilk 
növbədə, qabarma-çəkilmədən istifadə edilir.  
Açıq dəniz və okeanlara çıxışı olan Fransa, Kanada, Böyük Britaniya, Avstraliya, 
Argentina, ABŞ və Rusiyada qabarmanın gücündən enerji alınır. Bu məqsədlə artıq 
xeyli sayda qabarma elektrik stansiyaları tikilmişdir.  
 
  
Sxem vә cәdvәl üzrә iş
Müzakirә edin: 
1. Sxemdən istifadə edərək suyun necə şirinləşdirildiyini izah edin. 
2. Nə üçün Dünya okeanına çıxışı olan dəniz su resurslarına malik tropik Afrika ölkələrində şirin 
su çatışmazlığı problemi mövcuddur? 
Qaynadılma 
Soyudulma 
Buxar 
Duzlu su 
Şirin su 
Termik üsulla dәniz suyunun 
şirinlәşdirilmәsi prosesi 
Coğrafiya və Kimya
LAYİHƏ


 
 
100 
 
 
Bir sıra ölkələrdə dalğa və cərəyanların enerjisindən istifadə olunması layihələri 
işlənilir. Belə bir elektrik stansiyası fransızlar tərəfindən Afrika sahillərində quraş-
dırılmışdır. 
Dünya okeanında bioloji resurslar – bitkilər (yosunlar) və heyvanlar (balıqlar, 
məməlilər,  molyusklar,  xərçəngkimilər)  da  çoxdur.  Okeanın  bütün  biokütləsi  35 
mlrd.  ton  təşkil  edir  ki,  onun  da  0,5  mlrd.  tonu  balıqların  payına  düşür.  Dünya 
okeanından ovlanan balıq, molyusk, xərçəngkimilər insanların zülala olan tələbatı-
nın 20%-nı ödəyir. Okean canlılarından heyvandarlıq üçün yüksək kalorili yem unu 
almaq məqsədilə istifadə edilir. Hazırda ABŞ, Fransa, Yaponiya, Niderland, İtaliya 
və s. ölkələr sahilboyu ərazilərində dəniz plantasiyaları yaradaraq marikültür təsər-
rüfatını inkişaf etdirir və müxtəlif növ dəniz canlıları yetişdirirlər.   
Okeanın hər tərəfi məhsuldar deyil. Təbii sərvətlərlə daha zəngin ərazilər, əsasən, 
sahilboyu şelf zonalarıdır. Norveç, Berinq, Oxot, Yapon dənizləri bioloji ehtiyatına 
görə daha məhsuldar ərazilər hesab olunur. 
Okean və dənizlərdən nәqliyyat mәqsәdilә istifadə edilməsinin tarixi daha qədim-
dir. Bu sahədə inkişaf etmiş sahilboyu və ada dövlətləri daha çox fərqlənir. Böyük 
Britaniya  və  Yaponiyada  dəniz  nəqliyyatı  xarici  daşımaların  98%-ni,  ABŞ-da  isə 
90%-nı təşkil edir.
  
Faydalı 
qazıntılar 
Faydalı 
qazıntının adı 
Faydalı qazıntının mövcud 
olduğu  su hövzələri 
 
Neft 
 
 
Təbii qaz 
 
Qızıl 
 
 
Boksit 
 
 
Dəmir filizi 
 
 
Qalay  
 
 
Fosforit  
 
 
Almaz  
 
– Dünya okeanında mineral eh-
tiyatların yayıldığı əraziləri təyin 
edin və cədvəli dəftərinizdə ta-
mamlayın.
 
  
Xәritә üzrә iş
LAYİHƏ


 
 
 
101 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


Böyük coğrafi kəşflər dövründən başlayaraq Atlantik okeanı gəmiçilikdə birinci 
yeri tutur. Hazırda Asiya–Avropa, ABŞ–Avropa, Afrika–ABŞ, Afrika–Latın Ame-
rikası və s. ticarət yolları Atlantik okeanından keçir.    
Sakit okeanda əsas yüklər  Şərqi Asiyanın “yeni sənayeləşmiş ölkələri” ilə Qərbi 
Amerikanın sahilləri boyunca aparılır. Hind okeanında ən çox yükdaşıma İran kör-
fəzi zonasındadır. Dəniz nəqliyyatının coğrafiyasına beynəlxalq kanallar, xüsusilə 
Süveyş  Panama kanalları mühüm təsir göstərir. Onlar gəmilərin yolunu bir neçə 
min km qısaldır. 
Dəniz nəqliyyatının coğrafiyasına konteynerləşdirmə, yəni yüklərin konteyner-
lərlə daşınması ciddi təsir göstərmişdir. Su nəqliyyatının inkişafı  Sinqapur, Rotter-
dam, Honkonq, Kobe, Pusan, Los-Anceles, Nyu-York, Hamburq, İokoqama, Tokio 
kimi nəhəng dəniz limanlarının yaranmasına səbəb olmuşdur.  
Son  zamanlar  Dünya  okeanı  sahillərindən  istirahət  və  turizm  məqsədləri  üçün 
istifadə edilməsi imkanları artır. 
 
 
 
 
 
Yük dövriyyəsi 50 mln. tondan çox olan universal dəniz 
limanları 
 
Liman 
Hansı ölkənin 
ərazisindədir 
Hansı su hövzəsinin 
sahilindədir 

Rotterdam 
 
 

Sinqapur 
 
 

Yeni Orlean 
 
 

Коbe 
 
 

Nyu-York 
 
 

Тiba 
 
 

Naqoya 
 
 

Hyuston 
 
 

İokoqamа 
 
 
10 
Şanxay 
 
 
 
2. Sxemi dəftərinizə çəkin və mətndən istifadə edərək onu tamamlayın. 
 
37%
25%
24%
14%
Dəniz yükdaşınmalarında yükün tərkibi
maye yüklər (neft və neft məhsulları,
mayeləşdirilmiş qaz və s
əsas yüklər (ərzaq, yarımfabrikat, hazır 
məhsullar)
xammal (dəmir filizi, kömür, boksit , 
fosforit və s) 
digər yüklər 
 
Sxem üzrә iş
 
Cәdvәl üzrә iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Dəftərinizə dünyanın ən 
iri  limanlarını qeyd edin 
və onları xəritədə tapıb 
cədvəli tamamlayın:  
 
– Dünyanın ilk 10 limanın-
dan 4-nün Yaponiyada, 3-
nün ABŞ-da olmasını nə ilə 
izah etmək olar?  
Müzakirә edin: 
– Dəniz nəqliyyatını “ölkələr-
arası ticarətin güzgüsü” 
adlandırırlar. Bu ifadəni necə 
əsaslandıra bilərsiniz? 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə