G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

 
 
96 
 
Murrey  böyük  gəmiçilik  çayıdır.  Sərnişin  bərələri  Böyük  Suayırıcı  dağlarının  cənub 
hissəsində yerləşən Olberi şəhərinə qədər 2000 km-ə yaxın məsafəni qalxa bilirlər.  
 
 
 
Sakit okean hövzəsinə Böyük Suayırıcı dağlarının şərq yamacından axan çaylar 
aiddir. Daimi passat küləklərinin gətirdiyi yağıntı hesabına bu çaylar ilboyu bolsulu 
olurlar. Silsilənin şərq yamacı dik olduğundan Mərcan və Tasman dənizlərinə doğru 
qısa, sürətli və əyri-üyrü çaylar axır. Onların hamısı yuxarı axınlarında dar dərələrə 
malikdir. Silsiləni kəsən bir sıra çaylar astana və şəlalələr yaradır. Burada onlar SES-
lərin tikilməsində istifadə edilir. Aşağı axarlarında çaylar gəmiçiliyə yararlıdır.  
 
 
 
Avstraliyada  göllər  çoxdur,  lakin  onların  çoxu  axarsız  və  duzludur;  böyük  bir 
hissəsi yalnız yağış yağdıqdan sonra su ilə dolur. Şirinsulu göllər çox azdır.  
Materikin ən böyük gölü olan Eyr Mərkəzi düzənlikdə okean səviyyəsindən 16 m 
aşağıda yerləşir. Göl çökəkliyinə çoxlu sayda kriklər (Kuper,  Eyr və s.) axır. Fiziki 
xəritələrdə onun sərhədləri qırıq-qırıq xətlərlə verilmişdir.  
Quraq dövrdə gölün sahəsi kiçilir. Eyr gölü – Eyr-Nord və Eyr-Saut göllərindən 
ibarətdir. Yağışlı dövrdə kriklər dağlardan çoxlu su gətirir və göl vahid bolsulu sututara 
çevrilir.  Ən  rütubətli  illərdə  Eyr  gölünün  sahəsi  15  min  km
2
-ə  çatır.  Göldəki  sular 
Müzakirә edin: 
1. Murrey çayının mənsəbi Sakit okean 
sahillərinə yaxın yerləşir. Ancaq çay şərqə 
doğru deyil, qərbə doğru axır və Hind 
okeanına tökülür. Bunu nə ilə izah etmək 
olar? 
2. Avstraliyanın su təminatı ərazi üzrə necə 
dəyişir? 
  
Xәritә-sxem üzrә iş
2–10 
 
10–25 
 
25–50 
 
50–100 
 
100-dən çox 
Avstraliyanın su tәchizatı  
(hər nəfərə görə 1000m
3
/il)  
Şəkildə Eyr gölünün beş hissəyə 
bölünməsi aydın görünür. Lakin beş 
əsas göldən ancaq ikisində su vardır.  
Mətndəki informasiyadan və  gölün 
təsvirindən istifadə edərək şəklin 
hansı fəsildə çəkildiyini müəyyənləş-
dirin.
 
 
  
Mәtn vә şәkil üzrә iş
Eyr gölü. Avstraliya 
LAYİHƏ


 
 
 
97 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


buxarlanır,  hər  yer  duzla  örtülür.  Göl  dayaz  hissələrə  parçalanır.  Qərbi  Avstraliya 
yaylasında da çoxlu axarsız göllər var. 
 
 
Avstraliyanın ən böyük şirinsulu gölləri Tasmaniyada yerləşir. 
Əhalinin  suya  olan  tələbatını  ödəmək  üçün  Avstraliyada  səth  suları  çatışmır. 
Lakin  Avstraliya  böyük  yeraltı  artezian  sularına  malikdir.  Materikdə  çoxlu  sayda 
artezian hövzələri tapılaraq istifadə olunur. Onlar sənaye və kənd təsərrüfatının su 
təchizatında böyük rol oynayır. Avstraliyanın ən böyük artezian hövzəsi olan Böyük 
Artezian hövzəsi Karpentariya körfəzindən Darlinq hövzəsinə qədər uzanır. Yeraltı 
sulardan  çox  istifadə  olunması  bir  çox  sahələrdə  onların  tam  tükənməsinə  gətirib 
çıxarmışdır. 
 
 
 
 
 
 
• Arqayl gölü – 
Avstraliyada yerləşən bu süni  
şirinsulu gölün sahəsi 1000 km
2
-ə yaxındır. 
Gölün suyundan suvarmada istifadə olunur. 
Göldə xeyli balıq növü yetişdirilir
.
 
• Torrens gölü – böyüklüyünə görə Avstraliya-
nın ikinci duzlu axarsız gölüdür. Cənubi  Avstra-
liyada yerləşir. Son 150 ildə yalnız bir dəfə su ilə 
dolmuşdur. Göl milli park hesab edilir. 
– Avstraliyada içməli su problemini hansı yollarla həll etmək mümkündür? 
  
Şәkil vә mәtn üzrә iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
• Masazır gölü Azərbaycanın Abşeron yarımadasında 
yerləşir. Lakin o, xarıcı görünüşünə görə Hiller gölünü 
xatırladır. Onun da sularının rəngi tünd-çəhrayıdır. 
Şəkildən istifadə etməklə suallara cavab verin:
1. Şor, yoxsa şirinsulu göldür? 
2. Masazır gölü axarlı, yoxsa axarsız göldür? 
3. Gölün rəngi nə üçün qırmızıdır? 
4. Göldən hansı məqsəd ilə istifadə oluna bilər? 
Masazır gölü
  
Mәtn vә şәkil üzrә iş
LAYİHƏ


 
 
98 
 
 
D
ÜNYA OKEANINDAN İSTİFADƏ 
 
 
Aşağıdakı qrafikdə bir neçə yüzillik ərzində Yer kürəsində əhali ilə təbii ehtiyatlar arasında 
nisbətin dəyişilməsi göstərilmişdir. 
 
 
Müzakirә edin: 
1. Əhali və təbii sərvətlər arasında hansı dəyişikliklər baş verdiyini izah edin.  
2. Hansı nöqtə əhali ilə təbii ehtiyatlar arasında daha çox optimal nisbəti göstərir? 
3. Təbii ehtiyatlarla əhali arasında fərqin artmasının qarşısını almaq üçün nə etmək olar? 
4. Əhalinin təbii sərvətlərə olan tələbatının ödənilməsində Dünya okeanı hansı rola malikdir?  
Yer kürəsinin quru hissəsində əlverişli təbii ərazilər insanlar tərəfindən mənim-
sənilmişdir.  
İnsanlar bu ərazilərdəki təbii sərvətlərdən yüz illərdir ki, istifadə edir. Hazırda 
onların çoxu tükənmiş və ya tükənmək dərəcəsinə çatmışdır. Lakin Yer kürəsinin 
əhalisi artmaqda davam edir, sərvətlər isə daha çox azalır.  
 
Quruda  təbii  ehtiyatların  azalması  insanların  Dünya  okeanının  resurslarından 
istifadəyə daha çox diqqət yetirməsi ilə nəticələnmişdir. Sərvətlərin aşkar edilməsi 
və  istifadə  olunması  üçün  okeanların  xüsusiyyətləri  öyrənilməlidir.  Onların  əldə 
edilməsi üçün uyğun texnologiya və texniki avadanlığın yaradılması xeyli vəsait tə-
ləb edir. Lakin Dünya okeanı müxtəlif təbii ehtiyatlarla zəngindir və onlar quruda 
tükənməkdə olan təbii sərvətləri əvəz edə bilər.  
Dünya okeanının ən qiymətli sərvətlərindən biri dәniz sularının özüdür. Okean 
suyunda həll olmuş halda 70-dən çox kimyəvi element var: xörək duzu, xlor, maq-
nezium, kalium, brom, uran, qızıl və s. Dünyada adambaşına 270 mln m

su düşür. 
Lakin şirin su ilə qurunun yalnız 60%-i təmin olunmuşdur.  
0
2
4
6
XV əsr
XVII əsr
XIX əsr
XXI əsr
Əhali 
Təbii ehtiyatlar
 
Qrafik üzrә iş
 
27 
Dünyada suyu 
şirinləşdirən ən 
nəhəng qurğu 
 
 
 
 
 
Səudiyyə Ərəbistanı  
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə