ÖLKƏLƏRİN İqtisadi İNKİŞaf göSTƏRİCİLƏRİ VƏ azərbaycanin qlobal reytinqləRDƏKİ MÖvqeyi Elşən hacizadə



Yüklə 437,71 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix22.04.2023
ölçüsü437,71 Kb.
#106672
  1   2   3   4   5   6   7   8   9   10
9. Ölkələrin iqtisadi inkişaf göstəriciləri və Azərbaycanın qlobal reytinqlərdəki mövqeyi



ÖLKƏLƏRİN İQTISADİ İNKİŞAF GÖSTƏRİCİLƏRİ VƏ 
AZƏRBAYCANIN QLOBAL REYTİNQLƏRDƏKİ MÖVQEYİ 
Elşən HACIZADƏ 
Azərbaycan Dövlət İqtisad Universiteti, i.e.d., professor 
AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 
e-poçt: 
elshan@hajizada.com
 
1.
 
Giriş 
Azərbaycanın iqtisadi qüdrəti və dünyada geosiyasi əhəmiyyəti artmaqda davam edir. Bu 
istiqamətdə ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 
müəyyən edilən iqtisadi kurs əsasında məqsədyönlü siyasət aparılır, çoxsaylı dövlət proqramları 
həyata keçirilir, strategiyalar, konsepsiyalar reallaşdırılır, inteqrasiya prosesləri genişləndirilir və 
dərinləşdirilir. Hazırda ölkənin gələcək inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq 
olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında çox iddialı, eyni zamanda 
real hədəflər müəyyənləşdirilmişdir. Belə ki, həmin konsepsiyaya əsasən 2020-ci il üçün neft 
amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcmi 
2013-cü ilə nisbətdə 2 dəfə artırılaraq 100 milyard manata yüksəldiləcəkdir [7]. 
Ölkədə iqtisadi inkişaf proseslərinin nəticələrini Azərbaycan Respublikasının Dövlət 
Statistika Komitəsinin hesabatlarında aydınlığı ilə görmək və təhlil etmək mümkündür [4]. 
Bununla yanaşı, qloballaşmanın dərinləşdiyi indiki məqamda bir sıra aparıcı ixtisaslaşmış 
beynəlxalq təşkilatlar da bu inkişaf proseslərini qiymətləndirirlər, hazırladıqları indeksləşmə 
modelləri əsasında Azərbaycanın da dünya ölkələri sırasındakı reytinqini müəyyənləşdirirlər. Hər 
iki tərəfin hesabatlandırmaları respublikanın iqtisadi inkişafında uğurlu dinamizmin bərqərar 
olmasına bir daha yəqinlik gətirir. Burada, həmçinin bütün bu reallıqlara bir elmi sistemlilik 
gətirmək, müvafiq təhlil əsasında ümumiləşdirmələr aparmaq zərurəti də ortaya çıxır. Bunun 
üçün də ölkələrin iqtisadi inkişaf göstəriciləri və onların xarakteristikası, dünya ölkələrinin 
qlobal indeks və reytinqlərlə dəyərləndirilməsi, qlobal indeksləşmələr kontekstində Azərbaycanın 
dünya dövlətləri təsnifatında mövqeyi kimi məsələlər bizim tədqiqatın da predmeti və obyektinə 
çevrilir. 

Yüklə 437,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə