ÖLKƏLƏRİN İqtisadi İNKİŞaf göSTƏRİCİLƏRİ VƏ azərbaycanin qlobal reytinqləRDƏKİ MÖvqeyi Elşən hacizadə


Con Mudus  ( 1868-1958 )  tərəfindən təsis edilən



Yüklə 437,71 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix22.04.2023
ölçüsü437,71 Kb.
#106672
1   2   3   4   5   6   7   8   9   10
9. Ölkələrin iqtisadi inkişaf göstəriciləri və Azərbaycanın qlobal reytinqlərdəki mövqeyi

Con Mudus 
(
1868-1958
)
 tərəfindən təsis edilən, 
kredit reytinqləri verən, risklər üzrə tədqiqat və 
təhlillər aparan özəl şirkət (
ABŞ

Moody’s - 
http://www.moodys.com
 
1900
Kredit reytinqi 
Sovereign Ratings 


№ 
Təşkilatın adı 
Loqolar 
və yaranış 
tarixi 
Nəşrin və 
məlumat bazasının adı 
17 
“Institutional İnvestor” şirkəti - Biznes aləmini 
beynəlxalq maliyyə üzrə müxtəlif nəşrlərlə təmin 
edir, müstəqil borcların ödənilməməsi ehtimalı 
ilə bağlı ölkə kredit reytinqi verir. 
Institutional Investor 
http://www.institutionalinvestor.com
 
 
İnstitutional İnvestor 
Ölkə Kredit Reytinqi 
Country Credit Rating 
Şəkil: Dünya ölkələrini qlobal indeks və reytinqlərlə dəyərləndirən beynəlxalq təşkilatlar və 
qurumlar 
Ölkələrin qloballaşma prosesinə qoşulması Qloballaşma İndeksi (
KOF, Globalization 
Index
) ilə hesablanır. Qloballaşma indeksi iki ayrı mənbə - KOF İsveçrə İqtisad İnstitutu (
KOF 
Swiss Economic Institute
) və Xarici Siyasət Jurnalı (
Foreign Policy Magazine
) tərəfindən 
hazırlanmışdır. Ancaq bunlar arasında ən əhatəlisi və məşhur olanı KOF İsveçrə İqtisad İnstitutu 
tərəfindən hazırlanan KOF Qloballaşma İndeksidir (
KOF Globalization İndex
). KOF 
Qloballaşma İndeksi həm yekun qloballaşma indeksi, həm də onun alt-indeksləri olan iqtisadi 
qloballaşma, siyasi qloballaşma və sosial qloballaşma indeksləri üzrə ölkələrin reytinqini 
müəyyən etməyə imkan verir. Bütün indekslər 1-100 bal arası sistemlə qiymətləndirilir. 100 bal 
ən yüksək qloballaşma, 1 bal isə ən zəif qloballaşma səviyyəsini ifadə edir [2, 7]. 
Ölkələrin dünya çapında rolunu dəyərləndirən iqtisadi göstəricilər sırasında Rəqabətlilik 
Reytinqi də mühüm əhəmiyyət kəsb edir. Ölkələrin Rəqabətlilik Reytinqi Dünya İqtisadi Forumu 
(
World Economic Forum
) tərəfindən hər il yayımlanan “Qlobal Rəqabətlilik Hesabatı” (
The 
Global Competitiveness Report
) çərçivəsində hazırlanan Qlobal Rəqabətlilik İndeksinə əsaslanır. 
Qlobal Rəqabətlilik İndeksi (
Global Competitiveness Index
) ölkə iqtisadiyyatlarının əsas 
müqayisəli üstünlüklərinin və çatışmazlıqlarının müəyyən edilməsinə imkan verən 12 meyar - 
“institutlar”, “infrastruktur”, “makroiqtisadi mühit”, “sağlamlıq və ibtidai təhsil”, “ali təhsil və 
peşə təhsili”, “əmtəə bazarının səmərəliliyi”, “əmək bazarının səmərəliliyi”, “maliyyə bazarının 
inkişafı”, “texnoloji hazırlıq”, “bazarın miqyası”, “biznesin inkişafı”, “innovasiya” və hər meyar 
üzrə alt indekslər əsasında tərtib edilir [7]. 
Qloballaşma reytinqləri sırasında Dünya İdarəetmə İndeksi Reytinqinə də önəm verilir. 
Dünya İdarəetmə İndeksi (
WGI-World Governance Index
) Yeni Dünya İdarəetmə Forumu 
(
FnWG-The Forum for a new World Governance
) tərəfindən dünyada idarəetmənin mövcud 
səviyyəsini və təkamülünü qiymətləndirmək məqsədilə tərtib edilir. İndeks 5 əsas göstərici - 
“sülh və təhlükəsizlik”, “qanunun aliliyi”, “insan hüquqları və iştirakçılıq”, “davamlı inkişaf”, 
“insan inkişafı” və alt-göstəricilər əsasında formalaşdırılır. İndeksin hesablama metodu BMT-nin 
İnsan Hüquqları İndeksinin hesablanma metodu ilə oxşardır. Yekun göstərici 0 (
ən zəif
) və 1 (
ən 
yüksək
) bal ilə ifadə olunur. Dünya İdarəetmə İndeksi çərçivəsində həmçinin bu indeksi təşkil 
edən əsas göstəricilər üzrə də ölkənin reytinqi tərtib edilir. İndeksin hazırlanmasında istifadə 
olunan məlumatlar müxtəlif beynəlxalq təşkilatlar və bəzi transmilli konsaltinq şirkətlərinin 
hesabat və araşdırmalarından əldə edilir [2, 7]. 
Müstəqil Fondların Linaburg-Maduell Şəffaflıq İndeksinin də ölkələr reytinqinin 
ölçülməsində özünəməxsus yeri vardır. Linaburg-Maduell Şəffaflıq İndeksi (
The Linaburg-
Maduell Transparency Index
) ölkələrdə müstəqil zənginlik fondlarının şəffaflıq reytinqini 
müəyyənləşdirən, İsveçrənin Suveren Zənginlik Fondu İnstitutunda (
The Sovereign Wealth Fund 
Institute
) Carl Linaburg və Michael Maduell tərəfindən formalaşdırılmış reytinq göstəricisidir. 
Hazırda İnstitutun davam edən layihələrindən biridir. Bu indekslə ölkələrin müstəqil zənginlik 


fondlarının şəffaflıq səviyyəsi 10 ballıq sistem çərçivəsində qiymətləndirilir. 1 bal minimum 
səviyyəni, 10 bal isə maksimum səviyyəni göstərir. İnstitut bir fondun məqbul şəffaflıq 
səviyyəsində olması üçün ən azı 8 bal almasının zəruri olduğunu tövsiyə edir [2, 7]. 
Ölkələrin maliyyə-iqtisadi qüdrəti bir sıra ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən 
hesabatlandırılan kredit reytinqləri ilə hesablanır. Bu hesablamalar əsasən üç agentlik – 
“Standard & Poor's”, “Fitch”, “Moody’s” tərəfindən həyata keçirilir [2, 7]. 
“Standard ənd Purs” şirkətinin Kredit Reytinqləri (
Standard & Poor's Financial Services 
LLC
) maliyyə xidmətləri göstərən “Standard & Poor's” agentliyi tərəfindən hazırlanan kredit 
reytinqləridir. “Standard & Poor's”, “BBB-” və ondan yüksək kredit reytinqinə malik qiymətli 
kağızları investisiyaya münasib dərəcəyə (
investment grade
), “BB+” və ondan aşağı kredit 
reytinqinə malik qiymətli kağızları isə spekulyativ dərəcəyə (
speculative grade
) aid edir. 
“Fitç Reytinq” LTD-nin Kredit Reytinqi (
Fitch Ratings LTD
)
 
beynəlxalq kredit 
bazarlarına kreditqabiliyyətliliyi üzrə müstəqil və əsaslandırılmış qiymətləndirmələr təqdim edən 
“Fitch Ratings” LTD beynəlxalq agentliyinin kredit reytinqidir. Fitch qiymətləndirmə 
metodologiyası “Standard & Poor's” qiymətləndirmə metodologiyası ilə oxşardır. 
“Mudis” şirkətinin kredit reytinqləri (
Ratings agency Moody's
) Moody's şirkəti tərəfindən 
standartlaşdırılmış reytinq əmsallarından istifadə etməklə borcalanların kredit qabiliyyətliliyini 
qiymətləndirən reytinq göstəricisidir. 1900-cu ildə Con Mudi tərəfindən təsis edilən Moody's
 
şirkəti (
Moody’s Investors Service
) özəl və dövlət təşkilatlarında maliyyə tədqiqatı və təhlillərini 
həyata keçirir. Dünya kredit reytinqi bazarının 40%-ni əhatə edən şirkət, həmçinin 
standartlaşdırılmış reytinq əmsallarından istifadə etməklə borcalanların kredit qabiliyyətliliyini 
qiymətləndirir. 
Dünya ölkələrinin sosial-iqtisadi durumu bir sıra monetar və fiskal parametrlər üzrə də 
reytinqləşdirilir. Bu sırada hər hansı bir dövlətin borcunu əks etdirən Xarici borc reytinqidır. 
Dövlət Borcu Reytinqi bir qədər ön sırada dayanır. Dövlət Borcu Reytinqi (
Public Debt Rating

dövlət borcunun ÜDM-dəki payını əks etdirən reytinq göstəricisidir. Dövlət borcu büdcə 
defisitini bağlamaq üçün dövlətin maliyyə əvəzləmələrinin nəticəsi olaraq büdcə profisiti 
çıxılmaqla ötən illərin kəsrləri məbləğlərinin məcmusuna bərabərdir.
 
Dövlət borcu göstəricisi 
ölkənin maliyyə müstəqilliyini xarakterizə edir [7]. 
Bütün bunlarla yanaşı dövriyyədə ölkələrin inkişaf səviyyəsini xarakterizə edən bir sıra 
digər reytinq və indeks göstəricilərindən də istifadə olunur. Bütün bu hesabatlandırmalarda 
Azərbaycan Respublikasının da iqtisadi inkişaf səviyyəsi əksini tapır. 

Yüklə 437,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə