ÖLKƏLƏRİN İqtisadi İNKİŞaf göSTƏRİCİLƏRİ VƏ azərbaycanin qlobal reytinqləRDƏKİ MÖvqeyi Elşən hacizadə


Qlobal indeksləşmələr kontekstində Azərbaycanın dünya dövlətləri təsnifatında



Yüklə 437,71 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix22.04.2023
ölçüsü437,71 Kb.
#106672
1   2   3   4   5   6   7   8   9   10
9. Ölkələrin iqtisadi inkişaf göstəriciləri və Azərbaycanın qlobal reytinqlərdəki mövqeyi

4. Qlobal indeksləşmələr kontekstində Azərbaycanın dünya dövlətləri təsnifatında 
mövqeyi 
Aparıcı qlobal reytinq təşkilatlarının hesabatları və milli statistik mənbələrdə Azərbaycan 
dünya iqtisadiyyatında mötədil və dinamik inkişafda olan ölkə kimi mövqe tutur. Onun iqtisadi 
potensialı əhali və ərazi parametrlərindən tutmuş bir sıra aqreqat indekslərdə də əhəmiyyətini 
nümayış etdirir. 
Dünya iqtisadiyyatı texnoloji inkişaf baxımdan çox ciddi mərhələlər qət etsə də, ölkələrin 
iqtisadi inkişafında, onların dünyadakı iqtisadi və siyasi statusunun müəyyən olunmasında sahib 
olduqları insan sayı hələ də öz əhəmiyyətini qoruyub saxlayır. 
Azərbaycan ərazisinə görə dünyada 112-ci sırada qərar tutmuşdur. Onun əhalisi dünya 
əhalisinin 0,13%-ni təşkil edir və bu göstəriciyə görə o ölkələr arasında 91-ci sırada dayanır. 
Eyni zamanda Azərbaycan bu göstəricisi ilə Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və Belarus 
(
ərazisi ölçüləri istisna olmaqla
) istisna olmaqla bütün keçmiş Sovet respublikalarından, Rusiya, 


Türkiyə, İran və Qazaxıstan istisna olmaqla isə digər bütün qonşularından öndədir [7]. 
BMT-nin, Dünya bankının, nüfuzlu beynəlxalq təsisatların, habelə ayrı-ayrı ölkələrin 
milli statistika xidmətlərinin hesabatlarında mühüm reytinq təyinatları üzrə Azərbaycan 195 ölkə 
sırasında mütləq əksər göstəricilər üzrə ilk yüzlüyə, 70% və 50% makrogöstəriciləri ilə müvafiq 
olaraq 50-70-ci sıralarda yer tutur. Ümumilikdə götürüldükdə isə bütün parametrlər üzrə 
Azərbaycanın dünya dövlətləri təsnifatında mövqeyi ortalamada 50-ci sırada dayanır. Elə 
göstəricilər var ki, Azərbaycan hətta qəti olaraq 30-40-cı yerləri tutur [6]. 
ÜDM göstəricilərinə baxdıqda Azərbaycan dünya dövlətləri təsnifatında 70-ci sıradadır. 
Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankının reytinq düzümündə həmin mövqe 
təsbit ediləndir. Bu göstərici üzrə Azərbaycan Rusiya, Qazaxıstan və Ukrayna istisna olmaqla, 
MDB-nin başqa dövlətlərindən, həmçinin də Rusiya, Türkiyə, İran və Qazaxıstan istisna olmaqla 
digər bütün qonşularından öndədir. Adambaşına düşən ÜDM təsnifatına görə də Azərbaycan 70 
ölkə sırasında qərar tutur. Bu göstəriciyə görə Azərbaycan Estoniya, Litva, Latviya, Rusiya və 
Qazaxıstan istisna olmaqla, digər bütün keçmiş Sovet Respublikalarından, həmçinin də Rusiya, 
Türkiyə və Qazaxıstan istisna olmaqla, digər bütün qonşularından öndə dayanır. 
Dünya İqtisadi Forumunun “Qlobal rəqabətqabiliyyətlilik” indeksi də ölkələr reytinqinin 
müəyyənləşdirilməsində 
aparıcılığı 
ilə 
fərqlənir. 
Forumun 
dərc 
etdiyi 
“Qlobal 
rəqabətqabiliyyətlilik 2014-2015” hesabatına əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi” 
üzrə Azərbaycan dünyanın 144 ölkəsi arasında 38-ci yerdə qərar tutur. Bu göstərici üzrə 
Azərbaycan MDB məkanında lider mövqedə dayanır [8]. 
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (
CIA
) hər il yayımladığı “The World Factbook” 
nəşri və milli statistika xidmətlərinin hesabatlarına əsaslanaraq, Azərbaycan ixracat reytinqinə 
görə 60-cı sıralarda yer tutur. Bu göstəricisi üzrə də Azərbaycan Rusiya, Qazaxıstan və Ukrayna 
istisna olmaqla, digər bütün keçmiş Sovet Respublikalarından, Rusiya, Türkiyə, İran və 
Qazaxıstan istisna olmaqla, digər bütün qonşularından öndədir. 
Son illərin tədqiqat nəticələrinə görə Azərbaycan biznes mühitinin yaxşılaşdırılması 
sahəsində dünyanın ən islahatçı ölkəsi kimi irəli çıxmışdır. O, bu göstərici üzrə keçmiş sovet 
respublikalarından Qazaxıstan, Rusiya və Ukrayna kimi ölkələrdən, həmçinin də qonşu Türkiyə 
və İrandan öndədir. 
“Standard & Poor's”, “Fitch”, “Moody’s” kimi təşkilatlar Azərbaycanın kredit reytinqini 
pozitiv qiymətləndirirlər. Neftin qiymətinin kəskin enişi, ayrı-ayrı makroregionlarda və 
ümumilkdə dünya iqtisadiyyatında gedən böhranlı vəziyyətlərə baxmayaraq, hazırda da 
Azərbaycan öz kredit reytinqlərini qoruyub saxlayır [7]. 
Maliyyə müstəqilliyini xarakterizə edən Dövlət Borcu Reytinqinə də nəzər yetirdikdə 
görərik ki, Azərbaycan dövlət borclarının ÜDM-dəki payı göstəricisi ən aşağı sıralarda yer alır. 
Bu göstərici üzrə Azərbaycan bütün keçmiş sovet respublikalarından, həmçinin də bütün qonşu 
ölkələrdən daha yaxşı mövqedə dayanır. 
KOF - Qloballaşma İndeksi üzrə də Azərbaycan keçmiş sovet respublikalarından 
Qırğızıstan, Ermənistan, Belarus, Tacikistan, Özbəkistandan və Türkmənistandan, həmçinin də 
qonşu İrandan öndədir. 
Azərbaycan həmçinin “Cinni indeksi”nə görə keçmiş sovet respublikalarından Rusiya, 
Türkmənistan, Gürcüstan, Moldova, Ermənistan və Özbəkistan, həmçinin də Qazaxıstan istisna 
olmaqla, bütün qonşu ölkələrdən daha yaxşı vəziyyətdədir. 
Azərbaycanın “İnsan İnkişafı İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Dünya İdarəetmə 
İndeksi” və “Həyat Keyfiyyəti Reytinqi” kimi göstəriciləri sistemində reytinqi mötədildir. 
Bütün bunlar pozitiv inkişaf ssenarisində Azərbaycanın yaxın perspektivdə ən güclü 50-


40 ölkə sırasında qərar tutmasına imkan yaradır. Bir sıra əsaslandırmalar isə 2050-ci il 
perspektivində Azərbaycanın 40-cı sıranı aşıb keçəcəyinə şanslı ümidlər verir. 

Yüklə 437,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə