ÖLKƏLƏRİN İqtisadi İNKİŞaf göSTƏRİCİLƏRİ VƏ azərbaycanin qlobal reytinqləRDƏKİ MÖvqeyi Elşən hacizadə



Yüklə 437,71 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix22.04.2023
ölçüsü437,71 Kb.
#106672
1   2   3   4   5   6   7   8   9   10
9. Ölkələrin iqtisadi inkişaf göstəriciləri və Azərbaycanın qlobal reytinqlərdəki mövqeyi

2.
 
Ölkələrin iqtisadi inkişaf göstəriciləri və onların xarakteristikası 
Hər hansı bir ölkənin iqtisadi inkişafı təyin olunmuş hesabatlanmadan keçir. Bir çox 
ölkələr öz səviyyəsini ABŞ-la müqayisə etməyə meyillidirlər. Bu kimi müqayisələr təhlil 
qammasını tam ifadə etmədiyindən qüsurlu sayılır. Buna görə də ümumi təsbit olunmuş iqtisadi 
meyarlardan istifadə olunur. 
Müasir dünyada ölkələrin iqtisadi inkişafı xarakterizə edən göstəricilərin sayı müxtəlif və 
çoxçeşidlidir. Bu göstəriciləri dəyərləndirməzdən öncə iqtisadi inkişafın özünün mahiyyətinə 
varmaq gərəkli sayılır. İqtisadi ensiklopediyalarda iqtisadi inkişaf (
economic development
) geniş 
təkrar istehsal və iqtisadiyyatın, məhsuldar qüvvələrin, artım və inkişaf amillərinin, elmin, 
təhsilin, mədəniyyətin, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin, habelə insan kapitalının 
tədricən keyfiyyət və struktur dəyişikliklərini əks etdirən proses olaraq təyinat alır. Cəmiyyətin 
iqtisadi inkişafı çoxplanlı proses olub, iqtisadi artımı, innovasiya iqtisadiyyatını və vençur 
biznesini, iqtisadiyyatda struktur irəliləyişləri, əmək məhsuldarlığının artımını və əhalinin həyat 
keyfiyyətini əhatə edir. İnkişaf proseslərinin effektivliyi əksərən iqtisadiyyatın dövlət 
tənzimlənməsinin, dövlətin özünün və onun institutlarının effektivliyi ilə müəyyən olunur [1, 5]. 


Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri qismində Ümumi Daxili Məhsul (
ÜDM
), 
Ümumi Milli Məhsul (
ÜMM
) və Milli Gəlir (
MG
), ÜDM-in adambaşına düşən miqdarı, əhalinin 
həyat səviyyəsinin keyfiyyəti və səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi, insan kapitalı və 
iqtisadi azadlıq indeksləri çıxış edirlər. Bu göstəricilər sırasında ÜDM, ÜMM və MG ön 
mövqedə dayanaraq mütləq göstəricilər hesab olunur. Ölkənin iqtisadi inkişafının müəyyən 
edilməsində mütləq göstəricilərlə yanaşı struktur göstəricilərdən də istifadə olunur. Struktur 
göstəricilər - iqtisadiyyatın müxtəlif sektorlarında məşğulluğun nisbəti, yanacaq-enerji balansının 
strukturu, nəqliyyat növləri üzrə daşınmalar və s. ehtiva edir. Bundan başqa bu sferada sosial 
təyinatlı göstəricilər də yer alır. Həmin göstəricilər sosial infrastruktur elementlərini əks etdirərək 
əhalinin həyat keyfiyyətinin yüksəlişi, rifahı və uzunömürlülük səviyyəsinin artımı, sağlam, aktiv 
yaradıcı nəslin formalaşması və təkrar istehsalı səciyyələndirilir. Sosial göstəricilər həm də geniş 
çevrədə sosial siyasətin əsas məqsədlərində ifadə olunan insan inkişafı indeksi, savadlılıq faizi, 
informatizasiya səviyyəsi, korrupsiyanın yayılması və kölgə iqtisadiyyatı kimi indikatorlarla da 
əks olunur. Bununla yanaşı, ölkənin iqtisadi inkişafı, həm də onun dünya təsərrüfatı sistemində 
iştirakı, inteqrasiyasının bir sıra göstəriciləri ilə xarakterizə edilir. Bu sırada ixrac, idxal və xarici 
ticarət kvotası, ölkənin xarici ticarət dövriyyəsi və onun dünya ticarət dövriyyəsində xüsusi 
çəkisi, adambaşına düşən xarici ticarət dövriyyəsi, kapitalın beynəlxalq miqrasiyası proseslərində 
ölkənin xüsusi çəkisi və digər bu kimi göstəricilər daha mühüm hesab olunur [1, 3]. Bir xüsusi 
cəhəti də vurğulamaq gərəklidir ki, hər hansı bir ölkə iqtisadiyyatının inkişafının və artımının 
sabitliyini və dayanıqlılığını müəyyən edən ən mühüm göstəriciləri, inkişaf bazası insan 
kapitalının tərkib hissələrinə - tərbiyəyə, mədəniyyətə, təhsilə, elmə, əhalinin həyat keyfiyyətinə 
qoyulan investisiyalar əhatə edir. 

Yüklə 437,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə