ÖLKƏLƏRİN İqtisadi İNKİŞaf göSTƏRİCİLƏRİ VƏ azərbaycanin qlobal reytinqləRDƏKİ MÖvqeyi Elşən hacizadə



Yüklə 437,71 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix22.04.2023
ölçüsü437,71 Kb.
#106672
1   2   3   4   5   6   7   8   9   10
9. Ölkələrin iqtisadi inkişaf göstəriciləri və Azərbaycanın qlobal reytinqlərdəki mövqeyi

5. Nəticə 
Aparıcı qlobal reytinq təyinetmə təşkilatları tərəfindən ölkələrin iqtisadi inkişaf 
göstəricilərinin xarakterizə edilməsi çox mühüm əhəmiyyətə malikdir. Həmin hesabatlar hər 
hansı bir ölkə haqqında sosial-iqtisadi məlumatlara üçüncü tərəfin rakursundan baxmağa imkan 
verir. Bununla belə, bu hesabatlandırılanların milli statistika təşkilatlarının hesabat göstəriciləri 
ilə bəzən üst-üstə düşməməsi də ağrılı qarşılanmamalıdır. Belə ki, həmin reytinq göstəricilərinin 
hesablama texnologiyası müstəqil təyinatda spesifik olaraq müvafiq aparıcı təşkilata məxsusdur. 
Onların seçim edərək müəyyənləşdirdiyi bu hesablama texnologiyalarının ideal və qüsurlu 
olması ilə bağlı mülahizələr isə əlahiddə bir mövzunun predmetidir. Lakin bizim bu sferada 
apardığımız təhlillərin nəticəsi onu göstərir ki, aparıcı qlobal indeksləşmə və reytinq təyinetmə 
təşkilatları əksərən özlərinin tədqiqatlarını dövri qiymətləndirmə üzrə eyni baza göstəriciləri 
əsasında pilləli sistemdə qururlar ki, bu da müvafiq identifikasiyalaşdırmanı mümkün qədər 
biçimli edir. Bu baxımdan əksər hallarda Azərbaycanın qlobal indeksləşdirmə sistemindəki 
reytinqləri qəbul ediləndir. Həmin reytinqlərə baxdıqda aydınlığı ilə görmək olur ki, Azərbaycan 
Respublikasında sürətli inkişaf dinamizmi davam edir. O, bir çox sosial-iqtisadi göstəriciləri ilə 
təmsil olunduğu beynəlxalq təşkilatlarda, regional birliklərdə, İslam dünyasında, ərazi və əhali 
parametrləri yaxın və oxşar olan ölkələr sırasında mötədil mövqe tutur. Ölkədə həyata keçirilən 
inkişaf strategiyası ilə yaxın müddətlərdə Azərbaycanın ən güclü 50-40 ölkə sırasında dayanaqlı 
qərar tutması imkanlı olacaq, orta perspektivdə - 20-30 il ərzində isə onun müvafiq reytinqlər 
məcmusu 40-35-cı sıralarda qərarlaşacaqdır. 
 
 
 
 
 
 
 
 
 

Yüklə 437,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə