G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə27/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

 
 
 
87 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 Şimali Amerikanın şimal-qərbindəki Yukon çayı Asiyadakı Sibir çaylarını xatır-
ladır. Yukon çayı Sakit okeana axır. 
Şımal Buzlu okeanı hövzəsinə aid olan çaylar ilin çox hissəsini buzla örtülü olur. 
Bu  hövzənin  ən  böyük  çayı  Böyük  Kölə  gölündən  başlayan  Makkenzidir.  Şimali 
Amerika çaylarının qidalanma rejimi və səviyyəsi müxtəlifdir. 
Göllərinin  ümumi sahəsinə görə Şimali Amerika yalnız Avrasiyadan geri qalır. 
Göllərdən ən böyükləri Böyük Ayı, Böyük  Kölə, Vinnipeq və Atabaska tektonik və 
buzlaq mənşəlidir. Şimali Amerikanın Böyük Gölləri dünyada ən böyuk şirinsulu 
göllərdir.  
Böyük Göllər kompleksinin tərkibinə beş göl daxildir. Bu göllər qrupu Müqəddəs 
Lavrenti çayı vasitəsilə Atlantik okeanına birləşir.  
 
 
 
Bu göllər qışda donmur. Onların hər biri özünəməxsus xüsusiyyətə malikdir. Göl-
lərin ABŞ və Kanada iqtisadiyyatında mühüm rolu vardır. Onların sahilləri əhalinin 
sıx məskunlaşdığı ərazilərdən biridir.  Göllər şirin su mənbəyi olmaqla yanaşı, turizm 
baxımından  da  əhəmiyyətlidir.  Yuxarı  Göldən  Atlantik  okeanına  qədər  gəmiçilik 
kanallarının uzunluğu 3900 km-dir.  
 
 
 
 
 
 
 
1. Böyük Göllərin tərkibinə daxil olan gölləri 
mütləq hündürlüyə görə ardıcıl yazın.  
2. Ən dərin və sahəsinə görə ən böyük göl 
hansıdır? 
3. Niaqara şəlaləsi hansı göllər arasındadır?  
 
Müzakirә edin:  
– Göllərin və şəlalənin iqtisadi əhəmiyyətini 
şərh edin. 
 
• Niaqara hindu dilində “guruldayan su” deməkdir. Onun səsi 25 km-dən 
eşidilir. Şəlalənin  hündürlüyü 53 m, eni isə 1100 m-dir. 
Niaqara şəlaləsi dün-
yanın ən görməli yer-
lərindən biridir. Bura il 
ərzində orta hesabla 
25 milyon turist gəlir. 
 
Niaqara şəlaləsi 
4 
5 
1 – Yuxarı, 2 – Miçiqan, 3– Huron, 4 – Eri, 
5 – Ontario. 
Şimali Amerika. Böyük Göllәr  
1 
1 
3 
2 
3 
2 
4 
5 
Niaqara şəlaləsi 
 
Sxem üzrә iş
LAYİHƏ


 
 
88 
 
 
 
1.  Mətndəki hidronimləri (su obyektlərini bildirən coğrafi adlar) dəftərə yazın.  
2.  Şimali Amerikanın kontur xəritəsində onlara uyğun gələn rəqəmləri qeyd edin.  
 
 
 
3.  Aşağıdakı plan əsasında Missisipi və Kolorado çaylarını müqayisə edin: 
 
Suallar 
Missisipi  Kolorado 
a) Çayların mənbəyi və mənsəbi haradır? 
b) Çaylar hansı istiqamətdə axır? 
c) Çayların axın xüsusiyyətinə relyef necə təsir edir? 
d) Çaylar nə ilə qidalanır? 
e) Çayların rejimi necədir və iqlimdən necə asılıdır? 
f)  Çaylardan  təsərrüfat məqsədilə necə  istifadə olunur?  
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


 
 
 
89 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
C
ƏNUBİ AMERİKANIN DAXİLİ SULARI 
 
 
 
Cənubi Amerika ən sıx çay şəbəkəsinə malikdir və burada  planetin ən bolsulu 
çayı olan Amazon axır. Amazonun uzunluğu Maranyon və Ukayali çaylarının bir-
birinə qovuşduğu yerdən hesablanır. Çayın mənbəyi And dağlarından başlayan Uka-
yalidən  hesablandığı  halda,  o  həm  də  dünyanın  ən  uzun  çayı  kimi  qəbul  edilir. 
Amazon  Atlantik  okeanına  tökülür.  Əsasən,  yağış  suları  ilə  qidalanır.  Çay  ilboyu 
bolsulu olur. Buna səbəb Amazonun ekvatorial iqlim qurşağında olması çayın sol 
qollarınn  şimal  subekvatorial,  sağ  qollarının  isə  cənub  subekvatorial  iqlim  qur-
şağında yerləşməsidir.  
Аmazon hidroenerji potensialı ilə zəngindir. Çayın üzərində SES yoxdur, lakin 
onun qolları üzərində bəndlər və SES-lər tikilmişdir. Eninin, dərinliyinin çox və il-
boyu bolsulu olması Amazon çayını gəmiçilik üçün əlverişli edir. Nəhəng okean gə-
miləri çaya daxil olur və mənsəbdən 150 km məsafədə yerləşən Manaus limanına 
qədər qalxır. Аmazon unikal endemik heyvan və bitkilərin yaşadığı  yerdir. 
 
 
Anakonda. Amazon çayının ən məşhur 
canlısı anakondanın uzunluğu 12 m-dir. 
Anakondanın zəhəri yoxdur, o, şikarını 
diri-diri udur.
 
 
Viktoriya Regiya. Dünyada ən böyük 
zanbaqdır. Yarpağının diametri 1,5 m-
dir. O üstündə 12–13 yaşlı uşağı sax-
laya bilir. 
 
 
Piranya. 20 sm-lik kiçik balıqdır. Piraniyalar 
sürü ilə  hücum edir və bir neçə dəqiqə ərzində  
iri heyvanı  parçalaya bilirlər.
 
 
Piraruka balığının uzunluğu 5 m-ə, 
çəkisi isə 200 kq-a çatır.
 
24 
• Cənubi Amerikadakı Rio-Neqru çayı Amazonun ən uzun  qolu 
hesab edilir. Onun suları tünd rəngdədir. Amazona töküldükdən 
sonra Rio-Neqrunun suları bir neçə kilometr Amazon suları ilə 
qarışmır və ayrıca tünd rənglə axmaqda davam edir.   
  
Müzakirә edin: 
– İki çayın sularının tez qarışmamasının səbəbləri nə ola bilər? 
Rio-Neqru çayının Amazona 
töküldüyü yer
 
Mәtn üzrә iş
LAYİHƏ


 
 
90 
 
Materikin digər iri çayı – Paranadır. Onun mənbəyi Braziliya yaylasından  baş-
layır. Cənuba doğru axaraq subekvatorial, tropik  və  subtropik iqlim  qurşaqlarından 
keçir və La-Plata körfəzinə tökülür. Əsasən, yağış suları ilə qidalanır. Parana çayının 
bolsululuq dövrü Cənub yarımkürəsinin yay ayları olan dekabr–fevral aylarına düşür. 
• Parana çayının Braziliya və Argentinanın iqtisadiy-
yatında rolu böyükdür. Çayın təsərrüfatda rolu yalnız 
enerji istehsalı ilə məhdudlaşmır. Parana və onun qol-
ları ağac axıdılması, suvarma, balıqçılıq, nəqliyyat və 
məişət məqsədilə istifadə edilir. 
 
•  İtaypu  –  Braziliya  və  Paraqvay  sərhədində  Parana 
çayı üzərində SES-dir. Burada istehsal olunan elektrik 
enerjisi Braziliyanın 20%, Paraqvayın 90% tələbatını 
ödəyir.
 
Cənubi Amerikanın şimalında Qviana yaylasından başlayaraq eyniadlı düzənliklə 
–  Orinoko çayı  axır.  Çay  mənsəbində  delta  yaradır.  Şimal  yarımkürəsinin  subek-
vatorial iqlim qurşağında yerləşdiyinə görə Orinokonun hövzəsinə yay aylarında bol 
yağıntı  düşür. Dünyanın ən hündür şəlaləsi olan Anhel Orinoko çayı üzərində yer-
ləşir. Çayın hövzəsi sıx meşələrlə örtülmüşdür. Orinokonun yerləşdiyi Venesuelanın 
meşə məhsulları ixracatçısı olması da bununla əlaqədardır. Çayın hidroenerji resurs-
larından az istifadə edilir.  
• Anhel şəlaləsi YUNESKO-nun ümumdünya irs 
siyahısına daxil olan Kanaim Milli Parkının əra-
zisində yerləşir. Bu, dünyada sahəsinə görə ən 
böyük parklardan biridir və buraya hər il milyon-
larla turist gəlir. 
 
Anhel şәlalәsi. Venesuela
 
Cənubi Amerika çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə aiddir. Bu, ma-
terikin  qərbdən  şərqə  doğru meyilli  və  And  dağlarının  Atlantik və Sakit  okeanlar 
arasında suayırıcısı olması ilə əlaqədardır. Materikdə Sakit okeana tökülən iri çay-
ların formalaşması mümkün deyil. 
Cənubi Amerikanın gölləri çox deyildir. Burada iri göllər yoxdur. Sahəsinə görə 
ən böyük gölləri Titikaka və Marakaybo gölləridir.
 
 
 
• Dünyanın ən hündür dağ gölü sayılan Titikaka 
çox yüksəkdə yerləşdiyi üçün onun suyu həmişə  
soyuq olur.  
1. Siyasi xəritəyə əsasən Titikakanın hansı 
dövlətlərin ərazisində yerləşdiyini müəyyən edin. 
2. Nə üçün Titikaka gölü təsərrüfatda az istifadə olu-
nur? 
Titikaka gölü. 
Gölün ətrafın-
da Cənubi 
Amerikanın  
endemik hey-
vanı olan lama-
ya  rast gəlinir. 
  
Mәtn üzrә iş
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə